06 Iyul 2023 11:30
32729
Milli Məclis
A- A+

Elşad Mirbəşiroğlu: Hərbi doktrinada dəyişikliklər etməyin zamanıdır  

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşir oğlu belə təkliflə çıxış edib.

Azərbaycan Respublikasının hərbi doktrinası 2010-cu ildə  qəbul edilib. Hərbi doktrinanın 75-ci maddəsində qteyd olunur ki, Azərbaycan Respublikasının dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq, doktrinada dəyişikliklər, dəqiqləşdirmələr və əlavələr etmək olar. Bu gün artıq yeni reallıqlar şəraitində yaşayırıq. Azərbaycan Respublikasının təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişmişdir. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, regionda yeni geosiyasi reallıqlar və təhlükəsizlik mühiti formalaşdırılıb.  Müvafiq olaraq, Azərbaycan Respublikasının Hərbi doktrinasında da dəyişikliklər etmək lazımdır. Azərbaycan Respublikası həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik sisteminin yaradılması missiyasını da öz üzərinə götürüb. Hərbi doktrinada bu məqamın da ifadə olunması yaxşı olardı. Azərbaycan Respublikasının təhlükəsizliyinə olan təhdidlərin də xarakteri dəyişib. Doktrinada yeni reallıqlara uyğun dəqiqləşdirmələrin və dəyişikliklərin edilməsi zəruridir. Xüsusilə də, Doktrinanın 14, 15, 16, 21 və s. maddələrində dəqiqləşmənin aparılması lazımdır. Azərbaycan ərazisində separatizmə açıq dəstək verən Fransa ilə bağlı müvafiq məqamlar öz ifadəsini tapmalıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Fransanın davranışları ilə bağlı münasibətini açıq bildirdi. Bütün bunlar bir daha Azərbaycan Respublikasının Hərbi doktrinasında müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video