14 Avqust 2025 01:09
9934
Fərmanlar
A- A+
Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında 

Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında 


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana və "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanına uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra - EHİS) və onun altsistemlərinin aparılması, saxlanılması və təkmilləşdirilməsi, habelə bu Fərmanın 3.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görsün;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra - Nazirlik):

3.1. EHİS-in fəaliyyətinin təmin edilməsi ilə bağlı:

3.1.1. EHİS-in aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün;

3.1.2. EHİS-in Azərbaycan Respublikası Prezidentinin2019-cu il 3 iyun tarixli 718 nömrəliFərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün;

3.1.3. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" 2021-ci il 17 aprel tarixli 1315 nömrəli və "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin;

3.2. elektron xidmətlər göstərilməsinin təşkili və göstərilməsi ilə bağlı:

3.2.1. elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin (o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankının) və digər büdcə təşkilatlarının (bundan sonra - qurumlar), eləcə də elektron imza xidmətindən istifadə üçün müraciət edən digər hüquqi və fiziki şəxslərin elektron imza vasitələri ilə təmin olunması işini təşkil etsin;

3.2.2. qurumların elektron xidmətlər göstərməsində istifadə edilən dövlət informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin EHİS vasitəsilə aparılmasının təmin edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirsin;

3.2.3. qurumların elektron xidmətlərindən EHİS vasitəsilə "bir pəncərə" prinsipi əsasında istifadəni təmin etsin; 

3.2.4. qurumlar tərəfindən elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq verilən sənədlərin EHİS vasitəsilə identikləşdirilməsi mexanizmini, eləcə də həmin mexanizmin təhlükəsizliyini təmin etsin; 

3.2.5. elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi üçün qurumlara metodiki dəstəyi təmin etsin; 

3.2.6. dövlət qulluqçularının və hərbi qulluqçuların informasiya texnologiyalarından istifadə və kibertəhlükəsizlik sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirsin; 

3.2.7. bu Fərmanın 3.2.1-3.2.6-cı yarımbəndlərində və 5.2-ci bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dövlət Xidmətlərinin Elektron Reyestrindən aşağıdakı məlumatların EHİS vasitəsilə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə ötürülməsini və həmin məlumatların aktuallığını təmin etsin: 

4.1. elektron xidmətin adı, həmin xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, habelə elektron xidmətin göstərilməsindən imtina halları, ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişin məbləği, hüquqi əsası və ödənilmə üsulları barədə məlumatların;

4.2. dövlət xidmətinin inzibati reqlamentində müəyyən edilən və xidmətin elektron formada göstərilməsi ilə bağlı olan digər məlumatların.

5.  Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılsın və  Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 

5.1. EHİS-in fəaliyyətinin təmin edilməsi ilə bağlı:

5.1.1. sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin istifadəçilərinin identikləşdirilməsi prosesinin sadələşdirilməsi (asanlaşdırılması) məqsədilə həmin informasiya ehtiyatlarında və sistemlərində "Vahid Giriş" altsistemini tətbiq etsinlər;

5.1.2. "Açıq məlumatlar" portalının fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirliklə birlikdə sahibi olduqları (formalaşdırdıqları) açıq məlumatların EHİS vasitəsilə"Açıq məlumatlar" portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsinlər. 

5.2. elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı aşağıdakı tədbirləri həyata keçirsinlər: 

5.2.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılmasını və həmin bölmədə EHİS-ə keçidin verilməsini;

5.2.2. elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini;

5.2.3. elektron xidmət bölməsində "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə keçid verilməsini, eləcə də bu bölmədən maneəsiz və sərbəst istifadənin təmin edilməsini;

5.2.4. elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müvafiq sənədlərin (ərizə, blank və sair) elektron formasının interaktiv qaydada doldurulmasını, elektron informasiya ehtiyatlarına (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) daxil edilməyən sənədlərin skan edilmiş surətlərinin, elektron sənədlərin və məlumatların elektron formada qəbul edilməsini (bu Fərmanın 5.2.5-ci yarımbəndi nəzərə alınmaqla), bu barədə şəxsə təsdiq bildirişinin göndərilməsini və həmin sənədlərə normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və müddətdə baxılmanın, eləcə də elektron xidmətlərin fasiləsiz göstərilməsinin təmin olunmasını;

5.2.5. dövlət xidmətləri, o cümlədən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktlarla ərizəyə əlavə edilməli olan sənədlərin və  məlumatların EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsini, yalnız bu mümkün olmadığı hallarda onların təqdim edilməsinin müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunmasını və ya müraciət edən tərəfindən təmin olunmasını;

5.2.6. göstərilən elektron xidmətlərə görə normativ hüquqi aktlarda nəzərdə tutulmuş rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin (ödəniş xidməti təchizatçıları vasitəsilə) təmin edilməsini, eləcə də elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsini;

5.2.7. elektron xidmətlər göstərilməsində istifadə olunan dövlət informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların tamlığının, aktuallığının, mötəbərliyinin və təhlükəsizliyinin təmin edilməsini;

5.2.8. elektron xidmətlər göstərilməsinin gedişatı barədə şəxsə EHİS-də yaradılan şəxsi kabinet, elektron poçt və ya telefon (mobil və stasionar) vasitəsilə məlumat almaq imkanının yaradılması üçün tədbirlər görülməsini və nəticənin ona təqdim olunmasını; 5.2.9. elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq elektron sənədin və ya identikləşdirməyə imkan verən rekvizitlərə malik digər sənədin verilməsini (elektron xidmət göstərilməsinin nəticəsi olaraq sənədlərin və məlumatların verildiyi hallarda);

5.2.10. bu Fərmanın 5.2.1-5.2.9-cu yarımbəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat verilməsini.

6. Bələdiyyələrə tövsiyə edilsin ki, bu Fərmanın 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etsinlər. 

7. "Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 380 (Cild I) 2-5-ci hissələri ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 avqust 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!