08 Fevral 2026 22:23
565
CƏMİYYƏT
A- A+
“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat  

“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat  


Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri ilə əlaqədar ona bəyanat ünvanlayıb.

İcmadan AZƏRTAC-a daxil olmuş bəyanatda ABŞ-ın vitse-prezidentinə müraciətlə deyilir:

“Hörmətli cənab Vens,

Mətbuatdan sizin Azərbaycana səfər edəcəyiniz barədə eşitdik.

“Odlar Yurdu”na xoş gəlirsiniz. Azərbaycan sülhpərvər məmləkətdir. Ölkəmizdə tarixən müsəlmanlar, xristianlar, yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan ailə dəyərlərinə, mənəvi-ənənəvi dəyərlərə böyük önəm verən bir ölkədir.

Azərbaycanın xristian dünyası ilə, Müqəddəs Taxt-Tacla münasibətləri uğurla inkişaf edir. Son vaxtlar ölkəmizdən Vatikana çoxsaylı yüksəksəviyyəli səfərlər edilmişdir.

Keçən il Bakıda “İsa Məsihin son Zaman Müqəddəsləri Kilsəsi”sinin Bakı ofisinin açılış mərasimi keçirilmişdir. Eyni zamanda, Bakıda ikinci katolik kilsəsinin inşası nəzərdə tutulur.

Keçmiş Sovetlər İttifaqının rəhbərliyinin cinayətkar laqeydliyi ucbatından 1987-ci ildən başlayaraq Ermənistanda Qərbi azərbaycanlılar deportasiyaya məruz qalmış, kəndləri, yurd yerləri boşaldılmış, yandırılmış, talan olunmuş, məscidləri, mədəni irsi dağıdılmışdır. Qərbi azərbaycanlıların mədəni irsi mənimsənilmiş, tarixi saxtalaşdırılmışdır. Xüsusilə, İrəvanda azərbaycanlılara məxsus Göy Məscidin mahiyyəti dəyişdirilmişdir.

Qərbi azərbaycanlılar bu illər ərzində Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar da, heç vaxt Ermənistandakı öz dədə-baba yurdlarını unutmamış, daim ora dönmək arzusu ilə yaşamışlar.

Qərbi azərbaycanlıların Ermənistana heç bir ərazi iddiası yoxdur, onlar Ermənistanın suverenliyinə qarşı çıxmırlar. Tam əksinə, Qərbi azərbaycanlılar Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanla dayanıqlı sülhə nail olmaq siyasətini, eləcə də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə inkişaf edən Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəkləyirlər.

Biz 2025-ci il 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton görüşünü, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməni, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayırıq.

Biz, həm də Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunmuş tərəqqini, iki ölkə arasında etimad quruculuğu tədbirlərini, o cümlədən ticarət əlaqələrinin başlanmasını tam dəstəkləyirik.

Biz, eyni zamanda, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun tezliklə reallaşmasını gözləyirik.

Hörmətli cənab Vens,

Son vaxtlar, həm də, sizin administrasiyanız sayənizdə əldə olunmuş bütün bu nailiyyətlər bizdə belə bir inam yaradır ki, Qərbi azərbaycanlılar uzun həsrətdən sonra Ermənistandakı öz dədə-baba yurdlarına dönəcək, dağıdılmış yurd yerlərini, evlərini bərpa edəcək, yenidən qəbiristanlıqlarını ziyarət edəcək, məscidləri bərpa edəcək.

Bunun üçün bizim bütün tərəqqipərvər bəşəriyyətin, xüsusilə ABŞ-ın dəstəyinə ehtiyacımız vardır.

Biz inanırıq ki, sizin regiona səfəriniz iki dövlət, iki xalq arasında münasibətlərin normallaşması, iqtisadi-ticarət əlaqələrinin güclənməsi, nəqliyyat əlaqələrinin başlanması prosesinə böyük töhfə verəcəkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hidrometeorologiya Xidməti: Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 faizini təşkil edir - YENİLƏNİB  

22:28
27 Mart

BŞİH: Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir  

21:39
27 Mart

Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb  

21:09
27 Mart

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır

21:09
27 Mart

Bəhreyn indiyədək İrana məxsus 154 raketi və 362 PUA-nı zərərsizləşdirib

20:29
27 Mart

Türkiyənin nəqliyyat naziri Orta Dəhliz və “İnkişaf Yolu” marşrutlarının əhəmiyyətinin artdığını bildirib  

19:59
27 Mart

FHN: Subasma ilə əlaqədar 9 nəfər təxliyə edilib

19:44
27 Mart

Qarabağa səfər edən dünya səyyahı: Buranın gözəl təbiəti var  

18:56
27 Mart

Nazirlik: BƏƏ bu gün 6 ballistik raketin və 17 PUA-nın hücumuna məruz qalıb

18:13
27 Mart

Əməkdaşımız Rəşad Baxşəliyev vəfat edib

17:58
27 Mart

Roman Popov: Azərbaycan hakimiyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edirəm 

17:57
27 Mart

Dünya səyyahları Füzulidə

17:49
27 Mart

Vladimir Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib  

17:43
27 Mart

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı aparılıb  

16:58
27 Mart

Rusiya FHN-in nümayəndəsi İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana təşəkkür edib 

16:57
27 Mart

Türkiyə Gürcüstana hərbi təyinatlı texnika verib

13:09
27 Mart

Rusiyadan İrana göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB 

12:47
27 Mart

Dünya səyyahları Zəngilanda

12:09
27 Mart

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

11:48
27 Mart

Dünya səyyahları Laçında yaradıcılıq mərkəzlərini gəziblər

11:45
27 Mart

Martın 27-si Azərbaycanda Elm Günüdür

11:42
27 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!