04 Oktyabr 2023 12:03
420
SİYASƏT
A- A+
“Əl-Cəzirə”: Ermənilər Qarabağın şəhər və kəndlərini talan edib

“Əl-Cəzirə”: Ermənilər Qarabağın şəhər və kəndlərini talan edib

 

Qətərin nüfuzlu “Əl-Cəzirə” telekanalının efirində Qarabağla bağlı operativ reportajlar yayımlanır. AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də yayımlanan “Azərbaycan: Qarabağın kənd və şəhərləri erməni işğalı altında talan edilib, dağıdılıb və viran qoyulub” adlı reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla ermənilərin 30 illik işğal dövründə Azərbaycanın bu qədim diyarının təbii, tarixi və mədəni sərvətlərinin talan etdiyi, mühüm infrastruktur obyektlərinin dağıtdıqları bildirilib.

Reportajda telekanalın müxbirləri Bakı və Şuşadan qoşulduqları canlı yayım zamanı rəsmi Bakının son sülhsevər və humanist bəyanatları barədə məlumat verib, həmçinin Malıbəyli kəndində dağıdılmış evləri və məzarlığı göstəriblər. Qeyd edilib ki, Azərbaycan tərəfi artıq işğaldan azad olunmuş bu ərazilərdə dinc sakinlərin kütləvi məzarlıqlarının tapılması ehtimalının olduğunu da bildirir.

Telekanalın efirində yayımlanan “Azərbaycan bir gün ərzində Qarabağda suverenliyini necə təmin etdi?” adlı reportajda Prezident İlham Əliyevin lokal xarakterli antiterror tədbirlərindən sonra xalqa müraciətinin əsas məqamları təqdim olunub. Bununla yanaşı, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sentyabrın 27-də - Anım Günündə Bakıda inşası davam edən Zəfər parkında olmaları barədə süjet də yayımlanıb. Daha sonra ərəb ölkələrinin tamaşaçılarına hazırda regionda mövcud olan vəziyyət və geosiyasi reallıq, Bakının öz ərazisindəki erməniəsilli vətəndaşların reinteqrasiyası istiqamətində atdığı mühüm addımlar barədə məlumat verilib. Proqramın aparıcısı vurğulayıb: “BMT missiyasının da qeyd etdiyi kimi, Azərbaycanın Qarabağda antiterror tədbirləri zamanı heç bir mülki obyektə zərər dəyməyib, eyni zamanda, dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!