19 Noyabr 2023 10:20
612
İQTİSADİYYAT
A- A+
Əkinçinin sağ əli

Əkinçinin sağ əli

 

Salyan melioratorları əkinlərin keyfiyyətli suvarılması üçün qabaqlayıcı tədbirlər görürlər 

 

Son illər su ehtiyatlarının kəskin azalması hiss olunmaqdadır. Bu, yay dövründə əkinlərin suvarılması zamanı özünü daha qabarıq şəkildə göstərir. Belə halda suyun hər kubmetrindən səmərəli istifadə etmək lazım gəlir. 
Cari ilin yaz-yay aylarında Kür çayında suyun səviyyəsinin görünməmiş dərəcədə aşağı olması nəticəsində suvarma suyunda müəyyən çətinliklər yarandı. Lakin Salyan Suvarma Sistemləri İdarəsinin kollektivi sudan istifadə birlikləri, habelə fermerlərlə əl-ələ verərək yaranmış çətinliyi aradan qaldırmağa müvəffəq oldular. Əhali arasında aparılan izahat və maarifləndirmə tədbirləri öz bəhrəsini verdi. İdarə rəhbərliyi ərazilər üzrə gecə növbətçiləri qrafikini tərtib etdi. Qrafikə əsasən, su işçiləri gecə vaxtları əkin sahələrində olub, sudan istifadəyə nəzarəti daha da artırdılar. Eyni zamanda kənd və qəsəbə ərazi nümayəndələri, yerli bələdiyyələr də bu işdə əllərindən gələni etdilər. 
Görülən tədbirlər nəticəsiz qalmadı. Vegetasiya dövründə pambıq sahələri lazımi qədər su içdi. Canı günəş və suda olan pambıq kolları normal boy ataraq bar verməyə başladılar. Lakin sentyabr və oktyabr ayının birinci ongünlüyünün yağmurlu keçməsi pambıqçılıq üçün fəsadlar törətdi. Davamlı olaraq yağan yağışlar ona səbəb oldu ki, kollar yenidən göyərərək boy atmağa başladı. Daban qozalar suyun içində qalaraq çürüdü. Mütəxəssislərin dediyinə görə, bu, məhsuldarlığa təsir edəcək. Ona görə də kənd təsərrüfatının havadan asılı olduğunu yaxşı bilən fermerlər günün hər saatından daha səmərəli istifadə edərək itkini minimuma endirməyə çalışırlar. 
Salyan rayonunun Şorsulu kənd sakini Ələsgər Eyvazov təcrübəli əkinçi və orta ixtisas təhsilli aqronomdur. O, öz pay torpağı ilə yanaşı, həmkəndlilərindən hər il icarəyə sahə götürüb pambıq əkir. Söhbət zamanı bu ilin pambıqçılıq üçün o qədər də əlverişli olmadıdğını söylədi: "Pambığın birinci suyunda müəyyən çətinliklərlə qarşılaşdıq. Ancaq sağ olsun su işçiləri. Gecəli-gündüzlü çalışaraq yaranmış gərginliyi aradan qaldırdılar. Hamı sahəsini vaxtında suvarmaq istəyirdi. Kür çayında isə, demək olar ki, su yox idi. Sonradan Mingəçevirdən su verildi. İşlər qaydasına düşdü. Yaxşı məhsul ərsəyə gətirdik. Lakin sentyabrda və oktyabrın əvvəllərində yağan yağışların ziyanı az olmadı. Neyləmək olar?! Belə bir deyim var: "El ilə gələn dərd-bəla toy-bayramdır". Çalışırıq, məhsulu son qozasına kimi yığaq. Amma taxıl əkini yubanır. Pambığı yığıb qurtaran kimi gərək təcili şum edib taxıl əkək". 
Salyan melioratorları da gələn il əkin sahələrinin vaxtında və keyfiyyətli şəkildə suvarılması üçün tədbirləri davam etdirirlər. Qeyd etmək lazımdır ki, idarənin balansında 1183 kilometr su kanalı, 59 su nasosu stansiyası, 1646 hidrotexniki qurğu vardır. Onların vasitəsilə cari il rayondakı 46 min 5 hektar əkin sahəsi su ilə təmin edilmişdir. Mövcud əkin sahələrindən 16 min 879 hektarı taxıl, 8 min 682 hektarı pambıq, 11 min 577 hektarı yem bitkiləridir ki, onlar da müvafiq qaydada 2-3 dəfə suvarılmışdır. 
Hazırda gələn ilin məhsulu üçün əkilən taxıl, habelə təzə əkilən yonca sahələri suvarılır. Bunun üçün nasoslar vasitəsilə kanallara saniyədə 10-12 kubmetr su vurulur. Cari təsərrüfat ili başa çatmaqdadır. İndi hər bir fermer, torpaq mülkiyyətçisi gələn il daha yüksək məhsul, daha çox qazanc əldə etmək haqda fikirləşir. Bu baxımdan su təminatı müstəsna əhəmiyyət kəsb edir. Odur ki, melioratorlar öz üzərlərinə düşən vəzifələri bilərək lazımi tədbirlər görürlər. İlin əvvəlindən ötən 10 ay ərzində suvarma kanallarında 73,8 kilometr hamarlama, 381,8 kilometr lildən təmizləmə işi görülmüş, suvarma kanalları üzərində olan 83 hidrotexniki qurğu, eyni zamanda 18 nasos stansiyası və 63 nasos aqreqatı təmir edilmişdir.  
Su həyatdır, bolluqdur. Bunu yaxşı bilən Salyan melioratorları çoxillik təcrübələrinə və qabaqcıl ənənələrinə sadiq qalaraq əkinlərin vaxtında və keyfiyyətlə suvarılmasında fermerlərin, çörəyi torpaqdan çıxan hər kəsin yanında olmağa çalışırlar. 

Seyran CAVADOV, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!