11 İyul 2025 08:05
499
SİYASƏT
A- A+
Əbu-Dabi görüşü İrəvan üçün əhəmiyyətli ola bilər

Əbu-Dabi görüşü İrəvan üçün əhəmiyyətli ola bilər


Ermənistan konstitusiyasında dəyişiklik olmayınca, sülh müqaviləsi imzalanmayacaq


İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. 

Görüşün əhəmiyyətindən danışan Milli Məclisin deputatı Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirib ki, bu gün Ermənistan daxilində baş verən hadisələr, siyasi gedişlər, eyni zamanda 2026-cı ildə Ermənistanda nəzərdə tutulan seçkilər və sair bu məsələlər fonunda Azərbaycan Prezidenti ilə keçirilən görüş Ermənistan üçün əhəmiyyətli ola bilər: "Azərbaycanı maraqlandıran əsas məsələ sülh müqaviləsinin imzalanması və regionda sabitliyin bərqərar olmasıdır. Bunun üçün Azərbaycan tərəfi bir neçə şərt irəli sürüb. Bu görüşdə deklorativ bəyanatlar deyil, imzalana biləcək müqavilənin detalları, onları necə həyata keçirmək məsələləri əsas müzakirə mövzusudur. Ermənistan konstitusiyasında dəyişiklər, Avropa İttifaqının vizual kəşfiyyatçılarının sərhəddə apardığı müşahidələrin dayandırılması, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət ölkəmizin əsas şərtidir. Hər üç məsələyə Ermənistan aydınlıq gətirməli və problemlər öz həllini tapmalıdır". 

Deputat qeyd edib ki, əsas problemlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Dəhlizlə bağlı Ermənistanın mövqeyi məlumdur. Bunun hansı problemlər gətirdiyi, eyni zamanda Rusiya, İran və digər dövlətlərin mövqeyi hələ açıq qalır. Azərbaycanın birmənalı şəkildə təkidi və tələbi odur ki, Zəngəzur dəhlizi açılmalıdır. Son vaxtlar ABŞ-də dəhlizlə bağlı bəyanatlar verilir. Bu dəhlizin açılmasında Amerika da mararqlıdır. Bunların hamısına aydınlıq gətirilməlidir. "Bugün hamı ciddi-cəhdlə çalışır ki, iki ölkə arasında danışıqlarda vasitəçi rolunu öz üzərinə götürsün. Bundan başqa, Ermənistan konstitusiyasında dəyişikliyin necə ediləcəyi, siyasi məsələlərdə bu ölkənin seçiciləri və ya vətəndaşlarının mövqeyinin necə olacağı əsas məqamlardır", - deyə o bildirib.

A.Nağıyev düşünür ki, bu görüş yaranmış gərginlikləri aradan qaldırmaq üçün imkan yaradıb. Onun fikrincə, 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərə qədər sülh müqaviləsi imzalanmayacaq. Ermənistan konstitusiyasında dəyişiklik olmasa, bu problem yenidən yarana bilər, hətta sülh sazişi Ermənistan parlamentində ratifikasiyadan keçməz. 

Deputat deyib ki, Paşinyanın hakimiyyətdə qalması ilə, təbii ki, irəli sürülən şərtləri yerinə yetirdiyi halda sülh sazişinin imzalanması da mümkün ola bilər. "Sülh sazişinin imzalanması 2026-cı ilin ikinci yarısı və ya 2027-ci ildə gözləniləndir. Bu, Ermənistandakı siyasi proseslər, həmçinin Avropa İttifaqının, Qərbin, Rusiyanın təkidi və təsirindən də asılıdır. Azərbaycan bu gün  müstəqil olaraq daxili və xarici siyasətini həyata keçirir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun istər daxili, istərsə də xarici siyasətdə islahatlar aparılır. Bu məsələlərdə də əsas diktə edən tərəfin Azərbaycan olduğunu görürük. Bu, aparılan stabil siyasətin təzahürüdür", - deyə Arzu Nağıyev sonda bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!