30 Avqust 2022 01:07
769
SİYASƏT
A- A+
Düşmənə xidmət edən çəkilişlər

Düşmənə xidmət edən çəkilişlər

 

Döyüş tapşırığını icra edən əsgərin mobil telefon nəyinə gərəkdir?!

 

Bütün dünya kimi, biz azərbaycanlılar da yeni bir xəstəliyə mübtəla olmuşuq!

COVID-19-u demirik!

Mobil  telefon xəstəliyini nəzərdə tuturuq!

Hara getsək, özümüzlə əl telefonunu aparırıq...

Boş vaxt tapan kimi onu açıb  qurdalayırıq...

Hər gün bu vərdiş-xəstəliyə saatlarla  vaxtımızı "uf" demədən sərf edirik...

Hələ bu  harasıdır...

Gözümüzə nə görünsə, telefonla şəklini çəkərək internetdəki müxtəlif platformalara yerləşdiririk!

Ağlımıza nə gəlsə, statusa çevirərək "dostlarımız"la  paylaşırıq.

Bəzən xoşumuza gəlməyən hər hansı bir məsələyə ağlımız kəsən tərzdə, fərqinə  varmadan münasibət bildiririk və öz fikirlərimizi "mütləq  həqiqət" hesab edirik!

Hərdən əsəbiləşəndə kimisə söyməkdən, təhqir etməkdən belə çəkinmirik!

Yazdıqlarımızı və çəkdiklərimizi, söydüklərimizi və aşağıladıqlarımızı hansısa bir azərbaycanlı xanımın da görə və oxuya biləcəyini ağlımızın ucundan belə keçirmirik!

Əl boyda əl telefonunun bizə verdiyi imkandan kefimiz istəyən şəkildə, heç kəsə və heç nəyə məhəl qoymadan istifadə edirik!

Axı niyə də olmasın!

Telefon da bizimdir, ona yüklənən kontur da, üstəlik, batareyasına doldurulan elektrik enerjisi də!

Ölkəmizdə də maneəsiz və hüdudsuz söz, fikir azadlığı mövcuddur!

Keçmişdə  deyildiyi kimi, "Ağanəzərəm, belə gəzərəm!"

***

Bəli, demokratik ölkədə hər kəs səviyyəsinə uyğun düşünüb danışır, tərbiyəsinə uyğun söz və ifadə seçir, əqidə və məsləkinə müvafiq  mövqe nümayiş  etdirir!

Olsun!

Bu məsələdə tam sərbəstlikdir!

AMMA...

Bizim dediyimiz söz, çəkib sosial şəbəkəyə qoyduğumuz şəkil, sərgilədiyimiz  mövqe milli maraqlara zidd gəlirsə, dövlətimizə zərər verə bilərsə, onda necə olsun?!

Belədə isə təkcə söz, fikir azadlığı ilə iş bitmir!

Lovğalanaraq çəkdiyimizin heç kəsin görmədiyini, dediyimizin kimsənin  bilmədiyini zənn ediriksə və nəticədə düşmənə sirrimizi faş ediriksə, bizim  şəkillərdən  fakt kimi bəhrələnmələrinə imkan  və şərait  yaradırıqsa,  onda biz kim oluruq  və əməlimiz hansı  əməl sayılır?!

Dördgünlük Aprel müharibəsini yada  salaq!

Nə qədər adam sevinərək və lovğalanaraq  zirehli texnikalarımızın dislokasiyasını əks etdirən süjetlər çəkib  düşmənə "hədiyyə" etdilər!

Nə qədər "çoxbilmiş" canlı  qüvvə aparan maşın  kolonlarının şəklini çəkib sevinclə  düşmənə göstərdi!

Bununla da kimə və nəyə xidmət etdi?!

Qələbəyə töhfə verdi, yoxsa itkilərə səbəb oldu?!

Nə olar, gəlin ağılla düşünək, hadisələrə ayıq  nəzərlərlə baxaq!

Əslində, bunlar maraqlı çəkilişlərdir, yoxsa xəyanət  əməlləridir?!

Heç kimə "xain" damğası vurmaq fikrində deyilik!

Lakin etdiklərimiz buna aparırsa, əməllərimiz xəyanət əməllərindən fərqlənmirsə, belə  hərəkətlərə başqa nə ad vermək olar?!

Axı müharibə və mübarizə hələ tam başa  çatmayıb!

Axı  düşmənimiz arxalıdır,  dostları, müdafiəçiləri çoxdur!

Axı dünyada  hələ də ikili standartlar var və bizə  olunanları görməyənlər erməniyə edilənləri göydə qamarlayıb dərhal əleyhimizə  yönəldirlər!

Belə qurum və təşkilatlara göydə  axtardıqları "faktlar"ı əlimizlə  təqdim edərək  özümüzə qarşı çevirmələrinə şərait  yaratmalıyıqmı?!

Bu bizə lazımdır?!

Nə qədər demək, izah etmək, başa salmaq olar?

Dinəndə hamı vətənpərvərlikdən danışır, torpaqların işğaldan azad edilməsindən qürur  duyduğunu söyləyir...

Əməldə isə düşmən dəyirmanına su tökür!

Daha nə etmək lazımdır ki, bu xəstəlikdən sağalaq, həqiqi vətənpərvər kimi düşünərək  hərəkət edək?!

***

"Mülki  əhali"ni başa düşdük...

Qaldı onların da bizi  anlamaları!

Bəs hərbçilərə  nə deyəsən?!

Nə qədər təkrarlamaq, qadağan etmək olar ki,  hərbi  tapşırıqları icra  edərkən mobil telefonlarla  çəkilişlər aparmayın!

Nə qədər demək olar ki, gördüyünüzü çəkib  sosial şəbəkəyə qoymayın, bunlar hərbi sirdir,  belə etmək olmaz!

Nə qədər  cəzalandırmaq olar!

Yaxınlarda daha iki hərbçimiz telefonla çəkiliş  apardıqları  üçün ordudan xaric edildilər!

Çox  gözəl, belə qəti və qətiyyətli olmaq lazımdır!

Yenidən belə halla  rastlaşanda  isə təəccüblənməyə bilmirsən!

Bu hamıya dərs olmadımı?!

Görünür, olmur!

Odur ki, ordu  rəhbərliyi daha  qəti və təsirli addımlar atmalıdır!

Əsgər  kazarmasında mobil telefon olmamalıdır!

Hərbi tapşırığı icraya gedən  əsgər və zabitlər  özləri ilə mobil telefonlar  aparmamalıdırlar!

Heç bir hərbçi  özbaşına  nəyisə çəkib  sosial şəbəkəyə  qoymamalıdır!

Ən nəhayət, bütün bunlara nail olmaq  üçün nizamnamədə zəruri dəyişikliklər aparılmalıdır!

Belə  çəkiliş edənlər  qanunla  cəzalandırılmalıdırlar!

Bunu vəziyyət tələb edir!

Bunu  hələ  başa  çatmayan  informasiya müharibəsi tələb edir!

Bunu  müstəqil Azərbaycanın  maraqları tələb edir!

İndi isə qəti söz Azərbaycan Ordusunun rəhbərliyinindir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!