27 Yanvar 2024 14:47
2218
DÜNYA
A- A+
Dünyanın uzun ömürlüləri - Reytinq

Dünyanın uzun ömürlüləri - Reytinq

 

Elm adamları uzun ömrün sirlərini tapmaq və gələcəkdə daha sağlam yaşaya bilmək üçün Yer üzünün ən uzunömürlüləri arasında araşdırma aparıblar.

AZƏRTAC BBC Science Focus saytına istinadla xəbər verir ki, ən uzunömürlü quru məməlisi insanlardır. Dünyanın ən yaşlı insanı kimi tanınan Cenni Kalment 122 il 164 gün yaşayıb. O, 1875-ci ildə Fransanın Arles şəhərində anadan olub, 1997-ci ildə isə vəfat edib. Kalment uzun ömrün sirrinin stressiz yaşam və yüksək yumor hissi olduğunu bildirib. O, sağlam həyat tərzi keçirmək üçün heç bir xüsusi səy göstərmədiyini və hətta 117 yaşına çatana qədər hər yeməkdən sonra siqaret çəkdiyini bildirib.

Məqalədə şüşə süngəri ən uzunömürlü su canlılarından biri kimi göstərilib. Zərif görünüşünə baxmayaraq, onların 15 min ilə qədər yaşaya biləcəyi təxmin edilir. Onları fərqləndirən bədənlərində elektrik impulsları yaratmaq qabiliyyətidir. Digər dəniz süngərlərindən fərqli olaraq, şüşə süngərlər stimullaşdırıldıqda büzülmür və formasını dəyişmir.

Qeyd edilən ən uzunömürlü quş isə ABŞ-ın Çikaqo şəhəri, Brukfild zooparkında yaşayan erkək çəhrayı kakadu (Cacatua leadbeateri ) tutuquşusudur. 2014-cü ildə o, Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı tutuquşusu kimi tanınıb.

Ən uzunömürlü gəmirici olan çılpaq köstəbək siçovulu oksigensiz 18 dəqiqə yaşaya bilir və bir çox xərçəng növlərinə davamlıdır. Ən uzunömürlü onurğasız heyvan isə Okean quahoqları (Arctica islandica) olub. 2006-cı ildə İslandiya sahillərində tapılan bir növünün Banqor Universitetinin alimləri tərəfindən 507 yaşında olduğu müəyyən edilib.

Dünyada ən uzunömürlü tısbağa növü isə Aldabra nəhəng tısbağasıdır. Ən yaşlısı Advayta adında olub və 2006-cı ildə Hindistanın Kolkata şəhərindəki zooparkda ölərkən 255 yaşında olduğu güman edilib.

Qrenlandiya köpəkbalığı Yer planetində ən uzunömürlü köpəkbalığı növüdür. Lakin o, digər köpəkbalıqlarından fərqli olduğu üçün bu günə qədər tapmaq çox çətin olub. Qrenlandiya köpəkbalığının bədənində sərt toxuma yoxdur.

Məqalədə ən uzunömürlü it kimi göstərilən Bobi isə 31 il yaşayaraq “Ginnesin Rekordlar Kitabına” daxil olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

20:34
01 İyun

ABŞ-də zavodda partlayış nəticəsində 11 nəfər həlak olub

20:23
01 İyun

“Apple”ın növbəti hədəfi  

20:06
01 İyun

Humanoid robotların inkişafı üçün yeni platforma təqdim edilib  

19:59
01 İyun

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

19:47
01 İyun

Yaşıl enerjinin “Çin” asılılığı və dünyada metal böhranı  

19:33
01 İyun

Myanmarda dəhşətli partlayış baş verib  

19:29
01 İyun

Ruhi sağlamlıq problemləri əlilliyin əsas səbəbidir

19:18
01 İyun

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

19:01
01 İyun

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

18:41
01 İyun

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

18:29
01 İyun

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır  

18:18
01 İyun

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

18:13
01 İyun

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır  

17:51
01 İyun

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

17:50
01 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

17:48
01 İyun

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil  

17:48
01 İyun

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir  

17:47
01 İyun

Məhkum valideynlər övladları ilə görüşdülər

17:46
01 İyun

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!