02 Dekabr 2023 09:40
394
SİYASƏT
A- A+
Dünya siyasi səhnəsinin şeyx nəsrullahları

Dünya siyasi səhnəsinin şeyx nəsrullahları

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələrin keçirilməsində adama gülməli gələn odur ki, konqres ermənilər üçün heç bir keçmişi olmayan "artsax"ın  gələcəyini müzakirə edir. Gör nə böyük məntiqsizlikdir. Axı keçmişi olmayan bir qurumun gələcəyi necə ola bilər? 
Təbii ki, bu, ABŞ-nin Azərbaycana münasibətdə ədalətsiz mövqeyinin növbəti səhifəsidir. Bu mənasız dinləmələrin absurdluğu dünyanın ən avam adamına belə gün kimi aydındır. Bu dinləmənin özü bütövlükdə yanlış  addımdır. Bir ölkənin ərazisində yaradılmış qondarma qurumu başqa bir ölkənin müzakirə etməsi hansı məntiqə sığır? Bu, Azərbaycanın suverenliyinə, beynəlxalq hüquqa ən böyük hörmətsizlik deyilmi? 
Vaşinqton bu gün Qərb ölkələri ilə baş-başa verib Azərbaycana qarşı qərəzli mövqeyinə yeni ilmələr vurur. Qərb ölkələri bu ilmələrdən həvəsə gələrək artıq bitmiş Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti anlamaq istəmədən ölkəmizə qarşı bədxah addımlar atırlar. Onlar birinci növbədə Ermənistanla Rusiyanın arasını vurmağa çalışırlar. Bəhanələri də odur ki, Rusiya Ermənistana xəyanət etdi, Qarabağ hadisələrində onu sonadək dəstəkləmədi. Yəni Azərbaycana qarşı çıxmadı. Anlamaq istəmirlər ki, axı işğalçı Ermənistanı necə dəstəkləmək olar? Azərbaycan istər müharibəni, istərsə də antiterror tədbirlərini öz suveren ərazisində, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparıb, heç bir ölkənin ərazisinə ayaq basmayıb.
Təəssüfləndirici odur ki, ABŞ uzun illər rəsmi Bakının müxtəlif vacib məsələlərdə qarşılıqlı əməkdaşlığını və dəstəyini unudaraq Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla münasibətinə xələl gətirdi. Azərbaycan ABŞ-nin Əfqanıstanda əməliyyatlar apardığı zaman baza ölkələrindən biri olub. Bundan başqa, Bakı beynəlxalq səviyyədə Əfqanıstan, İraq və digər ölkələrdə həyata keçirilən əməliyyatları həmişə dəstəkləyib. ABŞ əvvəlki illərdə Azərbaycanla daha yaxın münasibətlərin formalaşmasına, qarşılıqlı əməkdaşlığın inkişafına müəyyən töhfələr verib. Vaşinqton regionda Azərbaycanın transmilli enerji layihələrinin, ilk növbədə, Bakı-Tibilisi-Ceyhan boru kəmərinin və "Cənub qaz dəhlizi"nin uğurla reallaşdırılmasını dəstəkləyib. 
Bəs Azərbaycan Ordusunun Qarabağdakı separatçılara qarşı uğurla həyata keçirdiyi antiterror əməliyyatlarından sonra Birləşmiş Ştatların birdən-birə hadisələrin gedişatındakı  mövqeyinin belə kəskin və qəflətən dəyişməsinin arxasında hansı gizli məqsədlər dayanır? Nədən ABŞ Cənubi Qafqazda söz sahibi olan Azərbaycana öz ərazi bütövlüyünü təmin edən addımlar atdığına görə belə bir qısqanc münasibət göstərir? Hələ özü azmış kimi, Qərb ölkələrini də başına toplayır.
Ötən illərdən yaxşı bilirik ki, istər ABŞ, istərsə də Qərb ölkələri tarixə qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu mövqe ədalətli deyildi. ABŞ keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına göz yumurdu. 30 il ərzində bir dəfə də olsun işğalçı Ermənistanı qınamayan ABŞ 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Təbiidir ki, Vaşinqtonun sülhə, qarşılıqlı əməkdaşlığa xidmət etməyən addımları həm tarixdə, həm də Azərbaycan xalqının yaddaşında həmişəlik qalacaq. 
Bəlkə də qərəzli mövqeləri ilə bir-birindən seçilməyən Vaşinqton və Qərb ölkələri hesab edirlər ki, Azərbaycanla təhdid dilində danışa bilərlər. Əgər belə düşünürlərsə, çox böyük səhv edirlər. Qoy unutmasınlar ki, rəsmi Bakı ona nəyi isə diktə etmək istəyənlərə həmişəki kimi, bundan sonra da layiq olduğu yeri göstərəcək.
Azərbaycan öz ərazisindən erməni separatizmi kimi qara bir yaranı kəsib atdıqdan və bununla da Ermənistanla münaqişəni bitirdikdən sonra Qərbin, o cümlədən Birləşmiş Ştatların regionda vasitəçi kimi iştirakına yer qoymadı. Bu fakt həm ABŞ-ni, həm də ona züy tutan Qərb ölkələrini ciddi narahat etməyə başladı. Çünki Qərbin və Birləşmiş Ştatların regiona hərbi qüvvə yerləşdirmək üçün əllərində bəhanələri qalmadı. Dünya açıq-aydın görür ki, bölgədə hər hansı bir hərbi kontingentin iştirakına ehtiyac yoxdur. Bütün bunlar Qərbin və ABŞ-nin məkrli planlarının iflası deməkdir. Buna görə də ABŞ və Qərb ölkələri köməkləşərək ölmüş "artsax"ı qəbirdən çıxarmaq istəyirlər. Bu məqsədlə keçmişi olmayan bir qondarma qurumun gələcəyini müzakirə edirlər. 
ABŞ-nin və Qərb ölkələrinin Azərbaycana qarşı olan qərəzli mövqelərini götür-qoy edəndə böyük yazıçımız Cəlil Məmmədquluzadənin Şeyx Nəsrullahı yada düşür. Bu gün ABŞ və bir sıra Qərb ölkələri dünyanın siyasi səhnəsində Şeyx Nəsrullahlıq etmək istəyirlər. Artıq tarixin arxivinə tullanmış, özü-özünü buraxdığını rəsmən elan etmiş qondarma qurumu diriltməyə çalışırlar. Daha fikirləşmirlər ki, ölənlər dirilmir. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!