25 İyul 2025 08:00
2106
SİYASƏT
A- A+
Dünya növbəti dəfə Azərbaycan Prezidentinin ədalətli mövqeyinə şahidlik etdi

Dünya növbəti dəfə Azərbaycan Prezidentinin ədalətli mövqeyinə şahidlik etdi


"Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda Xankəndidə keçirilmiş III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, tədbirdə iştirak edən jurnalistlərin çoxsaylı suallarına verdiyi cavablar öz aktuallığı, əhəmiyyəti ilə dünya mətbuatının diqqətindədir.

Bu diqqət səbəbsiz deyil, dövlətimizin rəhbərinin səsləndirdiyi fikirlərin, ayrı-ayrı məsələlərə strateji baxışının təhlili əsasında Azərbaycanda, regionumuzda və ümumən dünyada gedən proseslərin inkişaf perspektivləri haqqında aydın qənaətlərə gəlmək mümkündür.   


Aydın, məqsədyönlü strategiya


"Yaşıl enerji" strategiyası bu gün müasir dünyamızın əsas çağırışlarındandır. Bu səbəbdən cənab İlham Əliyev çıxışında ölkəmizin "yaşıl enerji" strategiyası ilə bağlı məqamlara da toxundu. Bildirdi ki, ötən il COP29 kimi mötəbər qlobal tədbirə uğurla evsahibliyi etmiş Azərabaycanın bu strategiya üzrə bir sıra mühüm nailiyyətləri var. Neft-qazla zəngin ölkəmiz bu gün eyni zamanda həm də "yaşıl enerji"yə keçidi təmin edən lider dövlətlərdəndir. Azərbaycan yaxın illərə qədər həm neft-qaz ixracı, həm də günəş, külək və hidro enerjisi gücünün aktivləşdirilməsi ilə bağlı aydın planlara malikdir. 

Prezident belə bir mövqedən çıxış etdi ki, enerji transformasiyası yönündə aparılan ardıcıl işlərlə yanaşı, neft-qazdan tamamilə imtina da planlanmır. Çünki hələ uzun illər həm yerli, həm də Avropa bazarlarında bu ehtiyatlara ehtiyac duyulacaq. Dövlətimiz bu istiqamətlər üzrə aydın strategiyaya malikdir və Mərkəzi Asiya ölkələri, Şərqi Avropa, Avropa İttifaqı ilə sıx əməkdaşlıq şəraitində geniş bir coğrafiyada öz mövqelərini getdikcə daha da möhkəmləndirir. Dövlətimizin başçısı dedi: "Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında "yaşıl enerji" ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji" Azərbaycanın infrastrukturuna birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarsıtan arasında da buna bənzər sənəd imzalandı ki, belə bir "yaşıl enerji" kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni region təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə edirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır".

Məlum olduğu kimi, COP29 zamanı Azərbaycanın səyləri nəticəsində diqqətdə saxlanılan əsas məsələlərdən biri də kiçik ada dövlətlərinə dəstək göstərilməsi ilə bağlı olmuşdu. Azərbaycan bu dövlətlərin nümayəndələrinin COP29-da iştirakının təmin olunmasına maliyyə dəstəyi də vermişdi. "Baku Kommunikesi" adlı beynəlxalq sənəddə - Tuvalu, Tonga, Baham Adaları Birliyi ilə birlikdə - bu ölkələrin səslərinin dünya miqyasında eşidilməsi və maliyyə dəstəklərinin təmin edilməsi tələbi irəli sürülmüşdü. Azərbaycan Prezidenti forumdakı çıxışı zamanı bu yanaşmanı həm mənəvi, həm strateji, həm də siyasi öhdəlik kimi diqqətə çatdırdı və ölkəmizin bu məsələdə davamlılıq prinsipinə sadiq qalacağı, müvafiq ölkələrə dəstək verəcəyi, bundan sonra da qlobal ədalət prinsiplərinin müdafiəsində dayanacağı mesajını verdi. 


Zəfər davam edir


Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının bu yaxınlarda Xankəndidə keçirilmiş sammiti haqqında da danışdı, bu sammitlə həmin təşkilata yeni nəfəs verildiyini vurğuladı. Həqiqətən, regional sabitliyin və iqtisadi əməkdaşlığın güclənməsi üçün bu addım böyük strateji əhəmiyyət daşıyır və yeni iqtisadi əməkdaşlıqlara, bütün tərəflər üçün mühüm fürsətlərə yol açır.

Bu baxımdan Zəngəzur dəhlizi də regionda kommunikasiyalar üçün dönüş nöqtəsi ola bilər. Dəhliz açılarsa, o, illik 15 milyon ton daşıma qabiliyyətinə malik olacaq. Zəngəzur dəhlizinin açılması bütün region ölkələri kimi, Ermənistana da fayda verəcək. Əgər bu ölkə irəli sürülən təkliflərdən boyun qaçırıb blokadanı davam etdirməyi üstün tutsa, həm nəqliyyat, həm də siyasi izolyasiyada qalacaq. 

Azərbaycan isə Naxçıvana maneəsiz keçidi təmin etməyə və Orta dəhlizi region üçün praktik həllə çevirməyə davam etməkdədir. Bu, Azərbaycanın nəqliyyat-logistika imkanlarını genişləndirir və beynəlxalq əlaqələri gücləndirir. Azərbaycan Prezidenti dedi: "Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq".

Bütün bunlar, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ata vəsiyyətinin şanlı qələbəmizdən, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasından sonrakı davamıdır. Azərbaycan Prezidentinə görə, "Ata vəsiyyəti" - yəni Qarabağda qələbə və həmrəylik ruhu indi də yaşamaqda davam edir. Şuşa azad edilərkən Müzəffər Ali Baş Komandanın çıxışı bu vəsiyyətin simvolu kimi yaddaşlara əbədi yazılıb. Bir neçə il əvvəl Xankəndiyə Cıdır düzündən baxmaqla kifayətlənirdik, bu gün isə Xankəndidə qlobal forum təşkil edən ölkə olmaq - bu qələbənin nə qədər real və tarixi olduğunun təzahürüdür. 

Azərbaycanın bu qələbəsinin də fərqli mahiyyəti var. Hərbi təcavüz nəticəsində əraziləri işğala məruz qalmış Azərbaycan beynəlxalq ədalətsizliklə üzləşdi, lakin illər sonra öz gücü ilə işğala son qoydu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşü, sabitlik və iqtisadi inkişafın bərpası Azərbaycanın müstəqil siyasəti üçün möhkəm təməllər formalaşdırdı. İllərlə aparılan uğurlu hazırlıqlardan sonra Ordu, Xalq və Ali Baş Komandanın sarsılmaz vəhdəti sayəsində Azərbaycan şanlı qələbə əldə edərək ərazi bütövlüyünə, suverenliyinə nail oldu. 

Bu gün dövlətimiz azad torpaqlarımızda genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qarabağda, Şərqi Zəngəzurda reallaşdırılan layihələr dövlət rəhbərimizin də vurğuladığı kimi, dünya miqyasında həm maddi-zaman, həm də miqyas baxımından yeni bir presedentdir, yəni nümunədir. Bu, Azərbaycanın postmünaqişə dövründə regional brend olduğunu təsdiqləyən dönəmdir.


Etibarlı tərəfdaş


Azərbaycanın özünün xarici siyasətində xalqı ilə dürüst kommunikasiya, tərəfdaşlarla etibarlı münasibət, qonşular və aparıcı dövlətlərlə sağlam dialoq beynəlxalq hüquqa riayət və coğrafi üstünlük kimi prinsipial elementlərə əsaslanır. Beynəlxalq təşkilatlarda liderlik rolu ilə yanaşı, bu prinsiplər ölkənin dünya arenasında uğurunu təmin edir.

Cənab İlham Əliyevin ölkəmizin xarici siyasətində mühüm yer tutan ABŞ-nin Prezidenti Donald Tramp haqqında səsləndirdiyi fikirlər, onun Azərbaycanla oxşar dəyərləri paylaşması və müharibələri bitirən lider olmasını vurğulaması da forumun yaddaqalan məqamlarından oldu. Dövlətimizin başçısı Trampın Ermənistan və Azərbaycan arasında sülh prosesinə töhfəsini qeyd etdi, Bayden Administrasiyasının anti-Azərbaycan siyasətini, 907-ci düzəlişi yenidən qüvvəyə mindirməsini təəssüf hissi ilə xatırlatdı. Bununla belə, vurğuladı ki, ABŞ ilə enerji, təhlükəsizlik və nəqliyyat sahəsində əməkdaşlığın davam etdirilməsi Azərbaycanın sağlam əsaslarla münasibətlərin inkişafı prinsiplərinə sadiqliyinin göstəricisidir. Prezident İlham Əliyev çıxışında bu məsələ ilə bağlı dedi: "Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir. Bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlıq tariximiz var. Artıq dediyim kimi, biz ABŞ ilə İraqda və Əfqanıstanda onlara lazım olduğumuz zaman olmuşuq və hərbi qulluqçularımız onlarla çiyin-çiyinə xidmət edib. Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq".

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin ABŞ-Azərbaycan tərəfdaşlığı, həm qlobal, həm də regional səviyyədə sülh gündəminə sadiqliklə bağlı forumda səsləndirdiyi fikirləri özünün sosial media platformasında paylaşması İlham Əliyevin söylədiklərinin ən yüksək səviyyədə təqdir olunduğunu göstərir. 

Azərbaycan Çinlə də strateji əməkdaşlıq əlaqələrinə malikdir. Qısa müddətdə Çinlə bir sıra strateji sənədlər imzalanıb, ölkələrimiz arasında viza rejiminin ləğvi, ticarət-logistika və "yaşıl enerji" sahəsində əməkdaşlığın hər il gücləndirilməsi Azərbaycana iqtisadi və siyasi faydalar gətirir. "Çin Xalq Respublikası ilə bu səviyyədə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağımız bizi çox sevindirir", - Azərbaycan Prezidenti forumdakı çıxışında xüsusi qeyd etdi.

Ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasından sonra Azərbaycan diplomatik imkanlarını xeyli genişləndirib və üzərinə mühüm tarixi missiya götürüb. İsrail -Türkiyə, İsrail-Suriya, eləcə də NATO-Rusiya arasında Azərbaycanın vasitəçilik təşəbbüsləri bu yeni diplomatik rolun parlaq nümunələridir.

Azərbaycanın Avropa İttifaqı ilə enerji əməkdaşlığı uğurla davam etdirilir, layihələr icra olunur. Avropaya qaz ixracı artıq genişləndirilib. Prezident İlham Əliyev çıxışında daha böyük həcm üçün qaz boru sistemlərinin genişləndirilməsi zərurətini də diqqətə çatdırıb. 


Azərbaycan müstəqil siyasətinə sadiqdir


Azərbaycan yaxın qonşularla mehriban münasibətlər, qarşılıqlı əməkdaşlıq marağındadır, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasından sonra Ermənistanla aparılan sülh proseslərinə sadiqdir. Bununla yanaşı, yaxın tarixdə Ermənistanın mövqeyini tez-tez dəyişməsi də faktdır və sabah onun yenidən mövqeyini dəyişməyəcəyi barədə zəmanət yoxdur. Ona görə də Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı şərtləri aydındır: Minsk qrupu ləğv edilməli, Ermənistanın Konstitusiyasına məlum səbəblər üzündən dəyişiklik edilməlidir. Bundan sonra sülhün əldə edilməsinə heç bir maneə qalmayacaq.

Dövlətimizin rəhbəri suallara cavabında Avropa müşahidəçilər missiyasının fəaliyyətinə də toxundu, onlardan yalnız Azərbaycana deyil, qonşu ölkələrə qarşı da istifadə edildiyini diqqətə çatdırdı. Bu da sözügedən missiyanın kəşfiyyat xarakteri daşıdığını göstərir və təhlükəsizlik təhdidləri məsələsini aktuallaşdırır. 

Qərb mediasında Azərbaycana qarşı həyata keçirilən qeyri-obyektiv informasiya kampaniyaları da sülh proseslərinin ziyanınadır, bu kampaniyaların arxasında Ermənistan mərkəzli lobbi təsirinin olduğu dərhal sezilir. Azərbaycan isə bütün bu kampaniyalara rəğmən milli maraqlara söykənən müstəqil siyasətinə sadiqdir.

Azərbaycan Prezidentinin suallara cavablarında Rusiya ilə münasibətlərə də diqqət yönəldi, AZAL təyyarəsinin vurulması ilə bağlı Azərbaycandan gələn rəsmi sorğulara Rusiyanın cavab verməməsinin, bu mövzunun ikitərəfli münasibətlərə neqativ təsir göstərdiyi vurğulandı. Bütün hallarda Azərbaycan bu məsələ ilə bağlı haqlı tələblərində qərarlıdır və sonadək öz möveyini müdafiə edəcək. 

Azərbaycan bu gün informasiya texnologiyaları sahəsində də sürətlə inkişaf edir. Ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik, qonşularla harmonik münasibətlər və rəqəmsal strategiyalar süni intellektin tətbiqinə imkan yaradır. Bütün bunlar şəffaf idarəetmə və innovativ dövlət modelini gücləndirir. Dövlət maraqlarına xidmət edən, strateji təhlillər verən və beynəlxalq mesajlarda aktiv rol oynayan media bu sahədə aparılmış məqsədyönlü islahatların, jurnalistlərin və media rəhbərlərinin peşəkar hazırlıq səviyyəsinin artması və media çevikliyinin nəticəsidir. Bütün bunlar 150 yaşı tamam olan Azərbaycan mediasının gəlib çatdığı inkişaf səviyyəsidir. 

  

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
16 Aprel

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:09
16 Aprel

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:08
16 Aprel

"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
16 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

03:06
16 Aprel

Uşaq hüquqları haqqında

03:05
16 Aprel

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında

03:04
16 Aprel

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə elan

03:02
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti baş ofis və struktur idarələrində yanğına qarşı sistemlərə illik texniki xidmətlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:01
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti dənizdə və quruda yükqaldırıcı, xilasedici, qəza takelajlarının və yedəkləmə avadanlıqlarının yoxlanılması, təmiri, testi və sertifikatlaşması xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:00
16 Aprel

Ağ Ev: İranla danışıqlar davam edir

22:53
15 Aprel

Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar  

22:52
15 Aprel

Ərdoğan: Faciəvi hadisələr siyasi polemika mövzusu ola bilməz

22:51
15 Aprel

“Axios”: ABŞ və İran çərçivə sazişinə yaxınlaşırlar

22:49
15 Aprel

Peskov: İranın dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququ olmalıdır

22:47
15 Aprel

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var  

22:46
15 Aprel

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!