22 Oktyabr 2025 08:15
1258
SİYASƏT
A- A+
Dünya mədəni və dini irsinin qorunmasına Azərbaycanın növbəti töhfəsi

Dünya mədəni və dini irsinin qorunmasına Azərbaycanın növbəti töhfəsi


Birinci vitse-prezident Mehriban Əliyeva nəcib təşəbbüsləri ilə ölkəmizdən kənarda da yüksək hörmət qazanıb


Şərqlə Qərbin arasında tarixən iqtisadi, siyasi, elmi və mədəni körpü rolu oynayan Azərbaycan bu sivilizasiyaların həm də vəhdətinin bariz nümunəsidir. Ölkəmiz əsrlərdir ki, multikulturalizm və dini tolerantlıq ənənələrinə sadiqliyi ilə dünyada təqdir olunur. Azərbaycan bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi bütün dünyada tanınır.

Dünyanın ən qədim xalqlarından olan, zəngin tarixi, özünəməxsus mədəniyyəti, milli-mənəvi dəyərləri ilə seçilən Azərbaycan xalqına xas əsas cəhətlərdən biri də xeyirxahlıqdır.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizin, xalqımızın belə yüksək tarixi ənənələrə, zəngin milli-mənəvi dəyərlərə malik dövlət kimi beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynayır. Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri də bu baxımdan olduqca əhəmiyyətlidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri, eyni zamanda ölkəmizimin multikulturalizm siyasətinə və dini tolerantlığa verdiyi önəmin daha bir nümunəsidir.

Mehriban xanım Əliyeva qlobal təşəbbüsləri ilə dünya miqyasında tanınır. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uzun illərdir ki, həyata keçirdiyi tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən çoxsaylı layihələri yalnız ölkəmizlə məhdudlaşmır. Respublikamızın sərhədlərindən kənarda da Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bu istiqamətdə təqdirəlayiq işlər görür. Bunlardan biri də Vatikanda mədəni və dini irsin qorunmasına verilən töhfələrdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə artıq on ildən çoxdur ki, Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bəşəri əhəmiyyət daşıyan bir sıra tarixi abidələrin bərpası, mədəni irsin qorunması sahəsində aparılan işlər yüksək səviyyədə davam etdirilib. Uğurlu nəticələr artıq göz qabağındadır. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi sayəsində ötən illər ərzində Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının, Müqəddəs Pyotr Kilsəsində "Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü" barelyefinin bərpası, Müqəddəs Sebastian Bazilikasında yeni muzeyin yaradılması, sarkofaqların restavrasiyası və digər layihələr reallaşdırılıb. Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsi də bu qəbildəndir. Qeyd edək ki, Müqəddəs Kommodilla katakombalarında qorunan ən mühüm abidələrdən ikisi olan Müqəddəs Feliks və Adauktusun yeraltı bazilikasındakı freskalarında və Leo kubikulundakı freskalarda bərpa işləri tamamlanıb. 

Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfərə gedən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva bərpa edilən abidələr və incəsənət nümunələri ilə tanış olub, Vatikanda bir sıra mühüm görüşlər keçirib.

Oktyabrın 16-da Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakabone, Vatikan Dövlətinin Mədəniyyət üzrə Pontifik Şurasının sabiq prezidenti Kardinal Canfranko Ravazi və digər rəsmi şəxslərin iştirakı ilə Vatikanda Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışı olub.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. O, bu layihənin həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu diqqətə çatdırıb. Müqəddəs Marçelino və Pietro, eyni zamanda Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını bildirib: "Heydər Əliyev Fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik".

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu, Azərbaycana üç dəfə səfər etdiyini, səfərlər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və məhz onun qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - "Dostluq" ordeninə layiq görüldüyünü deyib. Canfranko Ravazi Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən də danışıb: "Təşkil etdiyimiz səfərlərdə Birinci vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpaolunan yerləri şəxsən özü ziyarət edirdi. Əlbəttə ki, onun dəstəyi sayəsində, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq. Görülmüş işlərə görə Birinci vitse-prezidentə dərin təşəkkürümü bildirirəm".

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu qeyd edib.

Ölkəmizin əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu qeyd edən Mehriban Əliyeva vurğulayıb ki, bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir: "Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir".

Həm Vatikanda, həm də Azərbaycanda bu layihələrdə əməyi olan şəxslərə dərin minnətdarlığını ifadə edən Mehriban xanım Əliyeva deyib: "Heydər Əliyev Fondu olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməyə maraqlıyıq və hazırıq. İnanıram ki, bu fəaliyyət davamlı olacaq".

Qeyd edək ki, Heydər Əliyev Fondunun uzun illərdir ki, həyata keçirdiyi  layihələr Azərbaycanın dünya mədəni və dini irsinə, o cümlədən multikulturalizm və dinlərarası dialoq ideyalarına dəstəyinin təzahürüdür.

Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri çərçivəsində keçirdiyi yüksəksəviyyəli görüşlər ölkəmizin dini konfessiyalararası qarşılıqlı anlaşma və əməkdaşlıq ideylarına sadiqliyini bir daha nümayiş etdirib. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!