10 Fevral 2026 08:50
415
İQTİSADİYYAT
A- A+
Dünya maliyyə bazarı çalxalanır

Dünya maliyyə bazarı çalxalanır


Qızıl "qızıl qiyməti"ndən bahadır


Dilimizin adətidir - bir əşyanın qiyməti baha olduqda deyirik ki, "qızıl qiyməti"nədir. Yəni keçmişdən qızıl alış-verişdə meyar olub. İndi bu meyar itib, qızıl təkcə maliyyə bazarlarında yox, siyasi müstəvilərdə baş verən hadisələrə o qədər həssasdır ki, sabahkı qiymətinə, necə deyərlər, bel bağlamaq mümkün deyil. 

İkinci Dünya müharibəsindən bu günəcən dollar dünya valyutasıdır. İndi qlobal ticarətdə bütün sövdələşmələr bu valyuta ilə aparılır. Dünya birjalarında da hər növ məhsulun satışı əsasən bu pul vahidi ilə həyata keçirilir. İlk dövrlərdə amerikalılar öz valyutalarını dünyada alqı-satqı vahidinə çevirmək üçün arxasında heç vaxt dəyərini itirməyən qızılın dayanmasını təklif etmişlər. Bir çox ölkələr də bununla razılaşaraq öz qızıllarını Amerikada girov kimi qoymuşlar. Beləcə, ötən əsrin 70-ci illərinə qədər ABŞ dollarının arxasında qızıl dayanırdı. Ancaq sonradan gördülər ki, bu, dünyanın dollara olan tələbatını ödəməyə mane olur, o üzdən də köhnə "adət"lərindən imtina etdilər. Amma artıq ABŞ dünyanı dollardan asılı vəziyyətə salmışdı və bilirdi ki, bunun geri dönüşü yoxdur. Bütün ölkələrin, eləcə də Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ehtiyatlarında dollar üstünlük təşkil edirdi. Belə olan halda hətta arxasında qızılın zəmanəti olmayan dollar dünya maliyyəsinə nəzarəti əldə saxlaya bilirdi.

Odur ki, hazırda dünya maliyyə sistemində gedən bütün proseslər birbaşa Amerika, daha dəqiq desək, ABŞ-nin Federal Ehtiyatlar Sisteminə (FES) bağlıdır. FES 1913-cü ildə yaradılmış müstəqil qurumdur və ABŞ-nin pul siyasətini müəyyən edir, baza faiz dərəcəsini tənzimləyir, inflyasiya ilə mübarizə aparır və bank sisteminin sabitliyini təmin edir. Bu qurum tərəfindən həmçinin dolların uçot dərəcəsi müəyyənləşdirilir ki, bu da bütün ölkələrin milli pul vahidlərinə və maliyyə dayanıqlığına birbaşa təsir edir. 

Bəs qızılın son bahalaşmasının səbəbi nədir? Suala cavab verərkən yenə də ABŞ-nin pul siyasətinə diqqət yetirmək lazımdır. Görünür, ABŞ Prezidenti Çin variantını örnək götürmək istəyir. Belə ki, Çin milli valyutasını bilərəkdən dəyərsizləşdirərək  məhsullarını dünya bazarında ucuz satır və bu hesaba rəqabət qabiliyyətini artırır, üstəlik, külli miqdarda dolların ölkəyə axınını təmin edir, qlobal ticarətdə üstünlüyü ələ alır. Donald Tramp bu həmlə ilə (dolları ucuzlaşdırıb qızılı bahalaşdırmaqla) Çinlə rəqabətdə ölkəsinin üstünlüyünü bərpa etmək istəyir. 

İqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, D.Tramp dolların ucuzlaşmasını istəyir. Bu, onun prezidentliyinin birinci dövründə apardığı siyasətin davamıdır. Xatırladaq ki, D.Trampın prezidentliyinin birinci dönəmində dünya bazarında qızılın qiyməti 52-53 faiz bahalaşmışdır. E.Əmirov Tramp dövründə qızılın qiymətinin qalxmasının səbəblərini də açıqlayıb: "Tramp ucuz dolların tərəfdarıdır. Dollar ucuzlaşanda ABŞ ixrac malları xarici bazarlarda daha ucuz görünür və rəqabət qabiliyyəti artır. Tramp bu məqsədlə dəfələrlə FES rəhbərliyi ilə mübahisə edirdi. O, yüksək faiz dərəcələrinə qarşı çıxırdı, çünki yüksək faizlər dolları gücləndirir. Dollar gücləndikcə ABŞ-nin ixracı çətinləşir, istehsalçıları rəqabətdə rəqiblərinə uduzur. Amma dolların ucuzlaşmasının başqa bir təsiri də var və o, qızılın bahalaşmasıdır. Çünki qızıl dollarla qiymətləndirilir. Dollar zəifləyəndə dünya bazarında qızıl daha cəlbedici olur, tələb artır, qiymət qalxır. Bundan başqa, zəif dollar dövründə investorlar risklərdən sığortalanmaq üçün qızıla üstünlük verirlər. Beləliklə, həm iqtisadi siyasət, həm də investor davranışları qızılı daim təhlükəsiz investisiya alətinə çevirir. Və bu gün də oxşar dinamika müşahidə olunur. Dolların dəyərsizləşdirilməsi siyasəti və qlobal risklər fonunda qızılın qiymətinin artımı davam edir".

Azərbaycana gəldikdə, Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, ölkəmiz qızıl ehtiyatlarını kəskin artıran dövlətlərdəndir: "Qızılın bahalaşması fonunda dövlət qızıl ehtiyatlarının daha da artması müşahidə edilməkdədir. Son 1 ildə dünya bazarında qızılın qiyməti 1,7 dəfə artıb. Yarım illik yekunlara görə, artım 1,2 dəfə olub. Son 1 ayda isə qızıl 35 faiz bahalaşıb". İqtisadçı deputat onu da bildirib ki, "Trade Economics" təşkilatının qiymətləndirilmələrinə əsasən, qızıl ehtiyatların həcminə görə ölkəmiz dünyada ilk 25-likdədir. Ehtiyatların həcminə görə ABŞ 8,133 min tonla dünyada birinci, Almaniya 3,350 min tonla ikinci, İtaliya 2,452 min tonla üçüncüdür: "Göründüyü kimi, Azərbaycanın çevik sərmayə siyasəti valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. Bu isə iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan da vacibdir".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!