12 Noyabr 2024 08:35
1017
Mədəniyyət
A- A+
Dünya Bakıya gəlir

Dünya Bakıya gəlir


Böyük ümid, istək ilə 

Dünyamızı fəlakətdən, 

Hər cür, hər cür səfalətdən, 

cəhalətdən, 

Susuzluqdan, qloballaşan 

istilikdən 

Yaranacaq quraqlıqdan, 

Hər tərəfdən göyə qalxan 

"Karbon" adlı zəhrimardan, 

Havamızı, suyumuzu 

çirkablardan, 

Yaşıl-yaşıl ağacları, 

Meşələri, dənizləri, 

Həyatlara həyat verən 

Axıb keçən o çayları, 

Milyon-milyon insanların 

Taleyinə nöqtə qoyan, 

Ölüm saçan bombalardan, 

Zərbəsindən, zəhərindən 

Qorumaqçın söz deməyə, 

Səsimizə səs verməyə 

Planetin dörd yanından: 

Şimalından, Cənubundan, 

Həm Qərbindən, həm Şərqindən 

Gələn ali qonaqlara 

Böyük hörmət, sayğı ilə 

Qucaq açıb doğma Bakı. 

Deyəcək ki, xoş gəlmisiz! 

Hər tərəfdən eşidilən 

Uca səslə hayqıraraq bildirəcək: 

Qərarımız, niyyətimiz 

Ölkələrin, millətlərin taleyində 

Quru söz yox, əməl olsun. 

Yer kürəmiz yaşayaraq 

Bəlalardan, xətalardan 

Uzaq olsun, qoy var olsun! 

Başdan-başa yaşıllığa 

Bürünsün hər yan. 

Kəndlər, şəhərlər 

Yaşıl enerjiylə olsun çıraqban. 

Yaşıllıqda yanan yaşıl işıqlar 

Nəsillərin gələcəyə getdiyi 

Nə qədər ki yol var, 

Yansın həmişə sönmədən, 

Gücü, qüvvəsi tükənmədən.  


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski və Fitso narazılıqları masa arxasında müzakirə etməyə razılaşıb  

23:58
13 Yanvar

Şahzadə Harri və Meqan Markl Kaliforniya meşə yanğınlarının qurbanlarına yardım ediblər  

22:56
13 Yanvar

Baş konsul: Yanğınlarda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə qaynar xəttimizə məlumat daxil olmayıb

22:33
13 Yanvar

Aİ Ukrayna və Moldovaya 148 milyon avroluq humanitar yardım ayırıb  

21:33
13 Yanvar

“Qarabağ” Juninyonun “Flamenqo” klubuna transferi ilə bağlı açıqlama yayıb

20:40
13 Yanvar

Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub  

20:37
13 Yanvar

2013-cü ildə Türkiyədə törədilən terror aktının təşkilatçılarından biri Suriyada saxlanılıb

20:19
13 Yanvar

Nazir: Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi investisiya qoyuluşlarını artırır  

20:03
13 Yanvar

Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır  

19:38
13 Yanvar

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

19:27
13 Yanvar

Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb

19:08
13 Yanvar

BDYPİ: Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

18:43
13 Yanvar

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub 

18:23
13 Yanvar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun geniş kollegiya iclası keçirilib

18:08
13 Yanvar

Türkiyə Prezidenti ailə dəyərlərini qorumağa çağırıb

17:45
13 Yanvar

Cəbrayılda daha 39 ailəyə evlərinin açarları təqdim olunub

17:36
13 Yanvar

Aleksandar Vuçiç: Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm

17:35
13 Yanvar

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib

17:34
13 Yanvar

Nafiz Əhməd xəbərdarlıq edir: Dünya təhlükədədir

17:32
13 Yanvar

Çexiyada restoranda faciə baş verib  

17:29
13 Yanvar

BMT Suriyanı dəstəkləməyə hazırdır

17:27
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!