03 Fevral 2023 01:27
1307
SİYASƏT
A- A+
Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü

Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü

 

Tariximizə Zəfər günü kimi yazılan o gündən - 2020-ci ilin 8 noyabrından bəri Qarabağın və Şərqi Zəngəzurun düşmən işğalından azad edilmiş bütün yaşayış məskənləri kimi, Şuşanın da üzü gülür. Həmin gün ki Azərbaycanın igid, mərd oğulları öz qəhrəmanlıqları ilə dastan yazdılar. Prezident İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində Şuşanın azad olunması müjdəsini verdi: "Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!", - dedi

 

Şuşada düzənlənən möhtəşəm tədbir

 

Vətən müharibəsindən sonra Azərbaycanın bu qədim və gözəl şəhərinin, mədəniyyət mərkəzi, Qarabağın baş tacı olan Şuşanın yeni, mənalı, xoş günləri başlayıb. Düşmən işğalında qaldığı otuz ilə yaxın müddətin ağrısı, acısı yavaş-yavaş çıxır, yaraları sağalır. 
Şuşa artıq yağıların tapdağı altında inləmir. Bu əsrarəngiz şəhər işğalın davam etdiyi illərdə də Ermənistanın cəhdlərini boşa çıxardı. Erməni vandalları onun tarixini, mədəniyyətini özününküləşdirə bilmədilər. Gücləri yalnız uçurub-dağıtmağa yetdi. Vətən müharibəsindən sonra doğmalarının əlləri ilə yenidən qurulur, canlanır Şuşa...
 Ermənistanın əsarətindən qurtulandan bəri Qarabağda həm də tarixi və mədəni ənənələrimiz bərpa edilib, Şuşa şəhərinin işğalı ilə yarımçıq qalmış tədbirlər yenidən düzənlənir. Azad olunandan sonra bu şəhərdə "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri keçirildi. Milli Məclisin "Şuşa ili"nə töhfəsi olaraq qala şəhərində  parlamentin komitə iclaslarının keçirilməsinə başlanıldı. Daha bir əlamətdar hadisə isə bu illə əlaqədardır. Belə ki, 2023-cü ildə Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunub.

 

Zəfər adı xalqımıza çox yaraşır

 

Keçən il Şuşada təşkil olunan ən unudulmaz tədbirlərdən biri də Dünya Azərbaycanlılarının V Qurultayının bu şəhərdə keçirilməsi oldu. Həmin əlamətdar gündə dünyanın müxtəlif yerlərində, fərqli məkanlarında yaşayan həmvətənlərimiz böyük fəxarət, qürur hissləri yaşadılar.
Tarixə Zəfər qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları əvvəlcə respublikamızın paytaxtında Fəxri xiyabanı, Birinci və İkinci Şəhidlər xiyabanlarını ziyarət etdilər. Sonra Şuşa şəhərinə yola düşdülər. Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi.
Prezident İlham Əliyev vurğuladı: "Biz bu gün azad Qarabağda, azad Şuşada dünya azərbaycanlılarının qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır". Dövlət başçısı bildirdi ki, bundan sonra xalqımız müzəffər xalq kimi, dövlətimiz qalib dövlət kimi yaşayacaq.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının I qurultayı  2001-ci il noyabrın 9-10-da, II qurultayı 2006-cı il martın 16-da, III qurultayı 2011-ci il iyulun 5-6-da, IV qurultayı 2016-cı il iyunun 3-4-də keçirilib. Növbəti - V qurultayın Şuşada təşkil olunması birliyimizin, həmrəyliyimizin böyük təntənəsi, həmçinin otuz ilə yaxın davam edən Ermənistanın işğalından sonra Şuşaya azad səfər etməyimizin, nisgilə, həsrətə birdəfəlik son qoymağımızın qürurunun və sevincinin təcəssümünə çevrildi.

 

Dünya azərbaycanlıları vətənpərvərliklərini nümayiş etdirdilər

 

Dünya Azərbaycanlılarının V Qurultayında qalib Azərbaycan xalqının müxtəlif ölkələrdə yaşayan nümayəndələri Şuşaya toplaşdılar. Bu qurultayın məhz Şuşada düzənlənməsi böyük rəmzi məna daşıyırdı. Qeyd edək ki, bütün dünyada yaşayan azərbaycanlılar öz vətənpərvərliklərini, birliklərini, həmrəyliklərini 2020-ci ildə Vətən müharibəsinin davam etdiyi günlərdə nümayiş etdirmişdilər.  Həyəcan, təşviş, ümid, arzu dolu o günlərdə hər bir azərbaycanlı bir amalda birləşməyi bacardı. Uşaqdan böyüyədək hər kəs intizarla qəhrəman Azərbaycan Ordusunun uzun illər düşmən işğalında qalan torpaqlarımızı azad etməsi xəbərini gözləyirdi. O günlərdə dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız fəallıq, birlik nümayiş etdirir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni əsirgəmirdilər. Dünyanın 30-dan çox ölkəsində Azərbaycan diaspor təşkilatlarının keçirdikləri 200-dək aksiyaya 25 mindən çox azərbaycanlı, eyni zamanda dost xalqların nümayəndələri iştirak etdilər. Vətən müharibəsinin davam etdiyi günlərdə 300-ə yaxın diaspor təşkilatı ayrı-ayrı ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər etdilər. Bu birlik və bərabərliyin ən böyük müjdəsi və mükafatı isə məğlubiyyətin ağır mənəvi yükündən qurtulmağımız, Ermənistanın işğalına son qoyulması oldu.
Artıq Zəfər günü zəfər illərinə qovuşub. Hər bir azərbaycanlı qürurla bu illərin sevincini duyur, erməni vandallarının xarabalığa çevirdikləri yaşayış məskənlərimizin abad edildiyinin şahidlərinə çevrilir.
Bütün dünyada qələbələrimizi görüb şad olan dostlarımız olduğu kimi, düşmənlərimiz də var. Düşmənin arzularını gözlərində qoymağın, onları uğurlarımızla, iqtisadi, mədəni sahələrdə inkişafımızla məğlub etməyin ən gözəl yolu isə vətənimizi sevmək, onun yolunda hər zaman birlik, bərabərlik və həmrəylik nümayiş etdirməyimizdir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!