02 Aprel 2025 16:28
301
SİYASƏT
A- A+
DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunmuşdur

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunmuşdur


Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunmuşdur.

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü ilə əlaqədar, aprelin 2-si Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Daha sonra Şəhidlər xiyabanında respublikamızın müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin və Azərbaycanın Milli Qəhrəmanları olan təhlükəsizlik orqanlarının mərhum əməkdaşlarının məzarları ziyarət olunmuş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında Xidmətin şəxsi heyətinin və veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə öncə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad olunmuş və ardınca Dövlət Himni səsləndirilmişdir.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək, peşə bayramı münasibətilə şəxsi heyətə öz təbriklərini çatdırmış, yarandığı gündən bugünədək mürəkkəb yol keçmiş təhlükəsizlik orqanlarının inkişafında ömrünün 25 ilini bu mühüm təsisatda xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyevin danılmaz rolundan ətraflı bəhs etmişdir. Xidmət rəisi bildirmişdir ki, DTX-nin əməkdaşları dahi rəhbərin bu orqanlarda əsasını qoyduğu peşəkarlıq məktəbini və vətənpərvərlik irsini bu gün də layiqincə davam etdirirlər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və əvəzsiz qayğıdan söhbət açan general-polkovnik Əli Nağıyev qeyd etmişdir ki, məhz bu diqqət və qayğının nəticəsində DTX-nin fəaliyyətini müasir çağırışlara uyğun şəkildə qurmaq mümkün olur, Xidmətin maddi-texniki təminatı, əməkdaşların iş şəraiti və sosial vəziyyəti gündən-günə yüksəlir.

Xidmət rəisi ötən il ərzində də təhlükəsizliyin etibarlı təmin olunması baxımından DTX-nin səmərəli fəaliyyət göstərdiyini, xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulamışdır.

Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirmişdir.

Çıxışının sonunda Əli Nağıyev, Ali Baş Komandan İlham Əliyev tərəfindən DTX-nin şəxsi heyətinə göstərilən etimadın və etibarın bundan sonra da doğruldulacağına, təhlükəsizliyin qorunması naminə əməkdaşların daima böyük səy və əzmlə çalışacaqlarına dərin inamını ifadə etmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev DTX-nin əməkdaşlarını və veteranlarını Azərbaycan təhlükəsizlik orqanlarının yaranması günü və peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan xüsusi xidmət orqanlarının qarşısında duran vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə, DTX-nin təhlükəsizliyin qorunması işinə davamlı olaraq önəmli töhfələr verəcəyinə, ölkə başçısının rəhbərliyi ilə Xidmətin gələcəkdə də yeni-yeni nailiyyətlər qazanacağına əmin olduğunu demişdir.       

Çıxışlar bitdikdən sonra DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə, müxtəlif orden və medallara layiq görülməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamlar elan olunmuş, DTX-nin müvafiq əmrləri ilə bir sıra əməkdaşlar mükafatlarla təltif edilmişlər.

Tədbir, rəsmi hissədən sonra DTX-nin Mədəniyyət Mərkəzində mədəni proqramdan ibarət bədii hissə ilə davam etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Abidələrin vahid formada pasportlaşdırılması üçün hüquqi baza yaradılır

18:03
07 Aprel

İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq  

18:02
07 Aprel

Suqovuşana köçən 53 ailəyə evlərin açarları təqdim olunub 

18:01
07 Aprel

Dmitri Peskov: Rusiya dünya neft bazarında vəziyyəti diqqətlə izləyir

18:00
07 Aprel

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında memorandum imzalanıb  

17:59
07 Aprel

Şalva Papuaşvili: Avropa İttifaqının büdcəsindən maliyyələşən lobbiçilik fəaliyyəti Gürcüstanda açıq şəkildə hiss olunur  

17:58
07 Aprel

Xəbərdarlıq: Aprelin 8-dən 12-dək şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir  

17:57
07 Aprel

UNESCO İcraiyyə Şurasının 221-ci sessiyası çərçivəsində Milli komissiyaların ənənəvi iclası keçirilib  

17:56
07 Aprel

7 Aprel Ümumdünya Sağlamlıq Günüdür

17:54
07 Aprel

Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

17:43
07 Aprel

Fizioloji mütənasibliyi pozulmuş şəxslərin erkən pensiyası dövlət büdcəsindən maliyyələşəcək  

17:42
07 Aprel

Kayseridə Türk dünyasının mədəniyyət mərkəzi - Şuşa Azərbaycan Evi bir yaşını qeyd edir

17:13
07 Aprel

David Babayan: Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim  

17:09
07 Aprel

Alimlər: Sahara səhrası minilliklər öncə sulu və yaşıl savanna olub

17:08
07 Aprel

53 ailədən ibarət növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

16:23
07 Aprel

Ağdərə sakini: Suqovuşana ailəmlə, övladlarımla qayıdıram

16:21
07 Aprel

Keçmiş məcburi köçkün: Həsrətində olduğumuz torpaqlara qayıdırıq  

15:29
07 Aprel

David Babayan: Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik  

15:22
07 Aprel

Moskvada XVI-XVIII əsrlərə aid nadir artefaktlar tapılıb

15:05
07 Aprel

Ötən il Azərbaycanın hava məkanından tranzit uçuşlar iki dəfə artıb

14:36
07 Aprel

ABŞ Yəmənin paytaxtına aviazərbələr endirib

14:27
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!