12 Mart 2025 08:10
495
CƏMİYYƏT
A- A+
Dövlətçiliyin və təhlükəsizliyin etibarlı keşiyində

Dövlətçiliyin və təhlükəsizliyin etibarlı keşiyində


12 Mart Azərbaycan Respublikasının Daxili Qoşunları Günüdür. Qeyd edək ki, 1992-ci ilin 12 mart tarixində müstəqil respublikamızın Daxili Qoşunlarının bölmələri ilk dəfə olaraq erməni işğalçılarına qarşı döyüşlərə başlayıblar. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla bu tarix Azərbaycan Respublikasının Daxili Qoşunları Günü elan edilib.


Peşəkarlıq və döyüş hazırlığı hər zaman yüksək səviyyədədir


Müstəqillik illərində Daxili Qoşunların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur hissəsi kimi yaranması və formalaşması ölkəmizin çox çətin, qarışıq bir dövrünə təsadüf etsə də, onun şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmişdir. İlk dəfə 1992-ci il martın 12-də  erməni işğalçılarına qarşı hərbi əməliyyatlara başlayan Daxili Qoşunların hərbi hissələri ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşüblər. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların hərbi qulluqçularından 682 nəfər şəhid olub, 1179 nəfər yaralanıb, 4 nəfər itkin düşüb. 9 hərbçi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb. Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqətindən kənarda qalmayıb və bir çox hərbi qulluqçu ali dövlət orden və medalları ilə təltif olunub. 

Yarandığı gündən dövlətin təhlükəsizliyinin qorunması naminə əzmkarlıq göstərən Daxili Qoşunların inkişaf və yüksəliş yolunun təməli isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra qoyulub. Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində Daxili Qoşunlar müasir maddi-texniki bazaya, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Daxili Qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, mühüm dövlət obyektlərinin mühafizəsinə yönəlib, onun təyinatından irəli gələn vəzifələrin icrası ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilib, xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri qurulub, geniş quruculuq işləri aparılıb, Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb.  

Ötən dövrdə Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti altında respublikamızın Silahlı Qüvvələrində həyata keçirilən modernləşmə DİN Daxili Qoşunlarını da əhatə edib. Bunun sayəsində Azərbaycanın Daxili Qoşunları qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşmə kimi peşəkarlığını və hərbi hazırlığını daha da artırıb. Bütün hərbi hissə və bölmələr döyüş hazırlığına və maddi-texniki bazasına görə dünyanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib. 

Respublikamızda həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda ictimai asayişin mühafizəsi və təhlükəsizliyin qorunmasının təmin olunmasında  Daxili Qoşunların şəxsi heyəti də fəal iştirak edib. Belə ki, "Avroviziya-2012" Mahnı Müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları zamanında ictimai asayişin mühafizəsində və təhlükəsizliyin təmin olunmasında Daxili Qoşunlar peşəkar xidmət həyata keçirib.


Vətən müharibəsi və antiterror tədbirləri Daxili Qoşunların yeni qəhrəmanlıq səhifələri oldu


2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində isə ilk saatlardan döyüşə atılan Daxili Qoşunların hərbi qulluqçuları Ali Baş Komandanın müsəlləh əsgərləri kimi torpaqlarımızın azad edilməsinə, erməni işğalçıları üzərində şanlı Zəfərin qazanılmasına mühüm töhfələr verdilər. Ən ağır döyüşlərdə, ən çətin əməliyyatlarda, o cümlədən Şuşanın azad edilməsində iştirak edən Daxili Qoşunların hərbçiləri öz peşəkarlıqları və vətənpərvərlikləri ilə Vətən müharibəsinin möhtəşəm qəhrəmanlıq nümunələrini yaratdılar. Cəbhənin bütün istiqamətlərində düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirdilər, yüksək vətənpərvərlik, peşəkarlıq və müasir döyüşaparma qabiliyyəti nümayiş etdirərək, "dəmir yumruq"la işğalçının başını əzdilər.

44 gün davam edən Vətən savaşında Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhidlik məqamına ucaldı, 346 nəfər hərbi qulluqçu yaralandı. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli müvafiq sərəncamı ilə respublikamızın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusu - polkovnik Zəfər Yusibov, polkovnik Füzuli İmrəliyev, polkovnik-leytenant Nicad Bədəlov və mayor Şixamir Qaflanova (ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

19-20 sentyabr 2023-cü ildə Qarabağda Ermənistan ordusunun bölmələrinə və separatçılara qarşı keçirilən antiterror tədbirlərində də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçiləri böyük qəhrəmanlıqlar göstərdilər. Ərazilərimizdəki erməni separatizminə son qoyulması ilə başa çatan antiterror tədbirlərində Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhid oldu, 24 nəfər yaralandı.  

Həm 44 günlük müharibədə, həm antiterror tədbirlərində qazanılan zəfərlər Daxili Qoşunların döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təcəssümü oldu. Qoşunların zabitlərinin, gizirlərinin və əsgərlərinin yaratdıqları qəhrəmanlıq salnamələri hər zaman bu qurumun fəaliyyətinin istinad mənbələri olacaq.

44 günlük savaşdan və antiterror tədbirlərindən sonra Daxili Qoşunların fəaliyyətində yeni şərəfli missiya başlayıb. Belə ki, hazırda işğaldan azad edilmiş ərazilərdə ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, mühüm əhəmiyyətli obyektlərin mühafizəsində, Böyük qayıdış proqramının uğurla reallaşmasında, Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsində Daxili İşlər Nazirliyinin strukturlarından biri kimi Daxili Qoşunlar şərəfli xidmət həyata keçirir.

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yarandığı gündən çətin və şərəfli yol keçib. Torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən, qarşısında dayanan bütün vəzifələri layiqincə yerinə yetirən Daxili Qoşunlar hər zaman dövlətə və xalqa şərəflə xidmət edəcək.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!