18 Noyabr 2023 23:39
4342
Fərmanlar
A- A+
"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 582; 2003, № 8, maddə 441; 2005, № 9, maddə 800; 2009, № 6, maddə 419; 2014, № 7, maddə 790; 2015, № 3, maddə 265; 2017, № 5, maddələr 808, 843; 2020, № 12 (I kitab), maddə 1501; 2021, № 6 (I kitab), maddələr 566, 579) ilə təsdiq edilmiş "Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi"nin 1.1-ci bəndinə "başlayanlar"sözündən sonra "və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318, № 8, maddə 922, № 12, maddə 1403; 2022, № 7, maddə 762, №8, maddə 871,№ 11, maddə 1261; 2023, № 3, maddə 361, № 5, maddə 650, № 7, maddələr 936, 958) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin4.1.12-2-ci yarımbəndində "işəgötürənlərin" sözü "sığortaedənlərin dövlət sosial sığorta sistemində" sözləri ilə əvəz olunsun və həmin yarımbəndə (ikinci halda) "fərdi" sözündən əvvəl "dövlət sosial sığorta sistemində" sözləri əlavə edilsin.
3. "Sosial sığorta ehtiyatından istifadə Qaydası"nın və "Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1644; 2019, № 1, maddə 73; 2021, № 5, maddə 448, № 9, maddə 987) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Fərmanla təsdiq edilmiş "Sosial sığorta ehtiyatından istifadə Qaydası"nın 2.1-ci bəndinə "fərdi" sözündən sonra "şəxsi" sözü əlavə edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş "Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası" üzrə:
3.2.1. 2.3-cü bəndin birinci cümləsində "uçot sistemində qeydiyyatı" sözləri "şəxsi hesabı" sözləri ilə əvəz olunsun və həmin bəndin ikinci cümləsinə (hər iki halda) "fərdi" sözündən sonra "şəxsi" sözü əlavə edilsin;
3.2.2. 3.2-ci bənddə "sığortaolunan şəxsin uçotu dövründə sosial sığorta nömrəsi ilə açılmış fərdi" sözləri "sığortaolunanın fərdi şəxsi" sözləri ilə əvəz edilsin;
3.2.3. 3.3-cü bəndə "Fərdi" sözündən sonra "şəxsi" sözü əlavə edilsin;
3.2.4. 5.2-ci bəndə "fərdi" sözündən sonra "şəxsi" sözü əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018,№ 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922,№ 9, maddələr 983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; 2022,№ 12, maddə 1448; 2023, № 2, maddə 219,№ 7, maddələr 935, 974) ilə təsdiq edilmiş "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 8-ci hissənin adı aşağıdakı redaksiyada verilsin:

8 Dövlət sosial sığorta sistemində fərdi uçotla bağlı göstərilən xidmətlər

4.2. 8.1-ci bənd ləğv edilsin;
4.3. aşağıdakı məzmunda 8.3-1-ci bənd əlavə edilsin:

8.3-1. sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətlərin qəbulu


5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226, № 11, maddə 1719; 2020, № 12 (I kitab), maddə 1480; 2021, № 6 (I kitab), maddə 579; 2022, № 4, maddə 323) ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"na 2 nömrəli əlavə - "Kadrlar uçotunun şəxsi vərəqəsi"nin "Dövlət sosial sığorta sistemində sosial sığorta nömrəniz (SSN)" sətrində "Dövlət sosial sığorta sistemində sosial" sözləri "Sosial" sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 842; 2020, № 12 (I kitab), maddə 1501; 2021, № 8, maddə 923) ilə təsdiq edilmiş "Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi"nin 1.1-ci bəndində "istisna olmaqla, dövlət" sözləri "və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla," sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923, № 9, maddə 987, № 12, maddə 1403; 2022, № 4, maddələr 323, 329; 2023, № 4, maddə 493,№ 7, maddə 936) ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.1.5-ci yarımbənddən "və uçotdan çıxarılmasını" sözləri çıxarılsın və həmin yarımbəndə "fərdi" sözündən əvvəl "dövlət sosial sığorta sistemində" sözləri əlavə edilsin;
7.2. 3.1.4-cü yarımbənddən "dövlət sosial sığorta nömrəsi əsasında" sözləri çıxarılsın;
7.3. 3.2.10-cu yarımbəndə "fərdi" sözündən əvvəl "dövlət sosial sığorta sistemində" sözləri əlavə edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!