20 Dekabr 2025 01:44
1315
Fərmanlar
A- A+
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); 2024, № 5 (I kitab), maddə 526, № 7, maddə 805; 2025, № 2, maddə 124, № 7, maddə 632) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.22-3-cü bənd ləğv edilsin;

1.2. 3.22-4-cü bənddən "(ikinci halda)" sözləri çıxarılsın və həmin bəndə "həyata" sözündən əvvəl ", Bakı Şəhər İcra Hakimiyyəti" sözləri əlavə edilsin;

1.3. 3.23-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.23-1. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum:

3.23-1.1. mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə - həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarıdır;

3.23-1.2. yerli icra hakimiyyəti orqanlarında, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə - həmin yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarıdır;".

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459, № 8, maddə 763; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 539 nömrəli və 10 dekabr tarixli 546 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 2.10-1-ci bəndinə "şikayətlərə" sözündən sonra ", habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə" sözləri əlavə edilsin.

3. "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226 (Cild I); 2025, № 7, maddə 632, № 8, maddə 761) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 5.2-ci bəndi üzrə:

3.1.1. "yarımbəndləri ilə müəyyən edilmiş tələblər" sözləri "yarımbəndlərində nəzərdə tutulan məlumatların"sözləri ilə əvəz edilsin;

3.1.2. "şikayətlərə şamil edilmir" sözləri "şikayətlərdə göstərilməsi tələb olunmur" sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"üzrə:

3.2.1.1-ci hissə üzrə:

3.2.1.1. 1.1-ci bəndə "şikayətlərə" sözündən sonra ", habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə" sözləri əlavə edilsin;

3.2.1.2. 1.3-cü bəndə "hərəkətsizliyindən" sözündən sonra ", habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin" sözləri əlavə edilsin;

3.2.1.3. aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilsin:

"1.5-1. Yerli icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə həmin yerli icra hakimiyyəti orqanlarında yaradılmış Apellyasiya Şurasında baxılır.";

3.2.2. aşağıdakı məzmunda 5.1-1-ci və 7.5-1-ci bəndlər əlavə edilsin:

"5.1-1. Bu Əsasnamənin 5.1.3-cü və 5.1.5-ci yarımbəndlərində nəzərdə tutulan məlumatların dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərdə göstərilməsi tələb olunmur.";

"7.5-1. Müvafiq xüsusiyyətlər nəzərə alınmaqla, bu Əsasnamənin 7.3-7.5-ci bəndləri Apellyasiya Şurasında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilmiş şikayətlərə baxılmasına da şamil edilir.".

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə enerji səmərəliliyinə 20 milyard dollara qədər investisiya qoyacaq

14:42
04 Mart

İrandan təxliyə olunan çinli: Azərbaycan hökumətinə çox minnətdarıq

14:39
04 Mart

Ermənistanın Baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır

14:30
04 Mart

“OpenAI” şirkəti NATO ilə yeni müqavilə bağlamaq niyyətindədir

14:27
04 Mart

Kənan Kərimzadə: Yaxın zamanda ictimai nəqliyyatda endirimlər tələbələrə də şamil olunacaq 

14:10
04 Mart

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib  

14:06
04 Mart

Bəzi yerlərdə yağış və qar yağacaq, sabah gündüz yağıntılar tədricən kəsiləcək 

14:00
04 Mart

Qazaxıstandan gələn iranlı pilotlar və ekipaj üzvləri İrana qayıdıblar 

13:47
04 Mart

Nazir müavini: Məşğulluğun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq əhəmiyyətlidir  

13:22
04 Mart

Gürcüstanın Baş naziri: Azərbaycan ilə Ermənistan arasında sülh regionun inkişafına çox yaxşı əsas yaradır

13:00
04 Mart

BDYPİ-dən vətəndaşlara müraciət: Saxta səhifələrə etibar etməyin

12:59
04 Mart

AHİK 250 tələbəni “Həmkarlar İttifaqı Təqaüdü” ilə mükafatlandırıb

12:58
04 Mart

“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

12:56
04 Mart

Türkiyənin 35 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 184 nəfər saxlanılıb

12:55
04 Mart

Bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək

12:40
04 Mart

“Təhsil haqqında” Qanunda idmanla bağlı məsələlərin öz əksini tapması təklif olunub

12:33
04 Mart

Gələcəyin təhlükəsi: 2030-cu ilə qədər dünya əhalisinin 41 faizi artıqçəkili olacaq

12:18
04 Mart

Günün ilk yarısında İrandan 29 nəfər təxliyə edilib

12:13
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər müəyyənləşib

12:11
04 Mart

Fevralın 28-dən indiyədək İrandan 1105 nəfər təxliyə olunub YENİLƏNİB  

12:07
04 Mart

MEDİA jurnalistləri və ictimai fəalları yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb

12:02
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!