23 May 2024 15:06
187
CƏMİYYƏT
A- A+

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Böyük Britaniyanın “Acquisition International” korporasiyasının keçirdiyi müsabiqənin qalibi olub  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnovasiyalar Mərkəzi Böyük Britaniyanın “Acquisition International” beynəlxalq korporasiyasının təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi

müsabiqəyə ötənilki fəaliyyəti nəticəsində qazandığı rəqəmsal nailiyyətlər barədə məlumatı təqdim edib.

Həmin rəqəmsal uğurlar müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi həmin beynəlxalq korporasiyanın “Biznes mükəmməlliyi” mükafatına və “Şərqi Avropa üzrə ən yaxşı sosial təminat texnologiyaları qurumu - 2024” adına layiq görülüb.

2010-cu ildən etibarən fəaliyyət göstərən “Acquisition International” təşkilatının əsas məqsədi biznes və xidmət sahələrində olan yeniliklər barədə məlumatlarla müxtəlif nəşrlər və məqalələr vasitəsilə sahənin peşəkarlarını maarifləndirməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video