18 İyun 2026 16:51
191
CƏMİYYƏT
A- A+
DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir


Rəqəmsal mühitin genişlənməsi ilə paralel olaraq internet və sosial media platformalarından istifadə edənlərin sayı artır. Bu isə kiberməkanda törədilən hüquqazidd əməllərin, xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlı risklərin daha da aktuallaşmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Elşad Hacıyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

O bildirib ki, DİN-ə daxil olan müraciətlərin əhəmiyyətli hissəsi internet və sosial media platformalarında baş verən hüquqpozmalara aiddir. Rəqəmsal mühit artıq müxtəlif növ cinayətlərin törədilməsi üçün istifadə olunan əsas platformalardan birinə çevrilib.

"Kiberməkanda dələduzluq, saxta hesablar vasitəsilə törədilən hüquqazidd əməllər, qanunsuz məhsulların, o cümlədən alkoqollu içkilərin qanunsuz satışı, müxtəlif maliyyə fırıldaqları və digər ağır cinayətlərin təşkili halları müşahidə olunur. Bu səbəbdən rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi hüquq-mühafizə orqanlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Bu məsələ yalnız hüquqi və texniki vasitələrlə həll edilə bilməz. Rəqəmsal təhlükəsizlik cəmiyyətin bütün təbəqələrinin, dövlət qurumlarının, ailələrin, təhsil müəssisələrinin, media subyektlərinin və rəqəmsal platformaların birgə məsuliyyətini tələb edir".

Nazirlik rəsmisi vurğulayıb ki, sosial şəbəkələrdə saxta profillərin və yalançı şəxsiyyətlərin yaradılması kibercinayətkarların geniş istifadə etdiyi üsullardandır. Həmin saxta hesablar vasitəsilə vətəndaşlar aldadılır, müxtəlif cinayət əməlləri törədilir və xüsusilə uşaqlar risk qrupuna çevrilirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

G7 liderləri Kanadanı əsas enerji tədarükçüsü kimi dəstəkləyir

21:06
18 İyun

"WhatsApp" növbəti funksiyasını təqdim edəcək  

20:55
18 İyun

ADY Bakı–Böyük Kəsik xəttində enerji sistemini yeniləyib

20:51
18 İyun

NATO üzvlərindən müdafiə xərcləri ilə bağlı konkret yol xəritəsi tələb olunur

20:37
18 İyun

Qlobal yaşıl iqtisadiyyatın həcmi 10 trilyon dolları ötüb  

20:29
18 İyun

6700 əlilliyi olan şəxs 281 min reabilitasiya vasitəsi ilə təmin olunub

20:16
18 İyun

G7 Sammitində uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı bəyannamələr imzalanıb

20:01
18 İyun

Cənubi Koreyanın demoqrafik böhran planı

19:56
18 İyun

AYNA və İRİA taksi sektorunda “Digital Finance” layihəsini tətbiq edir

19:53
18 İyun

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

19:44
18 İyun

Qarabağ Universitetinin tələbələri “Vergilər” olimpiadasında yüksək nəticə əldə ediblər

19:43
18 İyun

Azərbaycanda investisiyaların 21,8 faizi tikinti işlərinə yönəlib

19:42
18 İyun

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir  

19:17
18 İyun

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir  

19:08
18 İyun

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub  

19:01
18 İyun

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir  

18:58
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-2

18:47
18 İyun

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

18:42
18 İyun

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar  

18:28
18 İyun

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

18:23
18 İyun

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:03
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!