23 Oktyabr 2025 18:19
495
SİYASƏT
A- A+
Deputat: Azərbaycan və Qazaxıstan sabit regionlararası əlaqələr yaratmaq potensialına malikdir  

Deputat: Azərbaycan və Qazaxıstan sabit regionlararası əlaqələr yaratmaq potensialına malikdir  


Azərbaycan Qazaxıstanın mühüm, etibarlı strateji tərəfdaşıdır və iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri bir çox vacib məqamlarla yadda qaldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.

Bu səfərin Qazaxıstan-Azərbaycan əməkdaşlığının yeni keyfiyyət səviyyəsinə yüksəlməsində yeni bir mərhələyə təkan verdiyini qeyd edən K.Nurullayeva deyib: “Bakı və Astana hər zaman bir-birinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir. Uzun illərdir Azərbaycan və Qazaxıstan yerləşdikləri regionun lider ölkələridir. İki ölkənin qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid məkan kimi mövqeyini gücləndirir. Həm Bakı, həm də Astana müstəqil daxili və xarici siyasət həyata keçirir, malik olduqları resursların düzgün idarə edilməsi, insan kapitalına çevrilməsi baxımından da unikal təcrübə nümayiş etdirir”.

Deputatın sözlərinə görə, tərəflər yeni geosiyasi şəraitdə strateji tərəfdaşlığı genişləndirməyi vacib hesab edirlər. Belə ki, Asiya ilə Avropanı birləşdirən Qazaxıstan və Azərbaycan ərazilərindən keçən Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyəti xüsusi aktuallıq kəsb edir. Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün cəlbedici tərəfdaşdır. Ən böyük üstünlük isə ölkələrin vaxtında zəruri infrastruktur yaratmasıdır. Bu gün artıq yük axınlarının birləşdirilməsindən və həcminin artırılmasından, həmçinin tranzit potensialının artırılmasından söhbət gedir.

“Azərbaycan Prezidentinin də söylədiyi kimi, ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Təbii ki, yeni nəqliyyat yollarının açılması və Avrasiya regionu ilə bağlı layihələrin reallaşması ilə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin dövlət səfəri zamanı qəbul edilən qərarlardan biri də qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan Birbaşa İnvestisiya Fondunun fəaliyyətinin aktivləşdirilməsi oldu. Prezidentlər də qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyini təsdiqlədilər.

“Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinə dair dövlət başçılarının imzaladığı birgə bəyannamədə də hərtərəfli əməkdaşlıq istiqamətləri əksini tapıb.

Region ölkələrinin nəqliyyat və tranzit məsələlərinin səmərəli həlli üzrə gələcək qarşılıqlı fəaliyyəti milli nəqliyyat strategiyalarının prioritetləri sırasındadır.

Bu gün Azərbaycan və Qazaxıstan öz regionlarında aparıcı rol oynayaraq sabit regionlararası əlaqələr yaratmaq potensialına malikdir. Bu ölkələrin iqtisadi, texnoloji və insan resursları qarşılıqlı faydalı tərəfdaşlıq üçün əsasdır. Rəqəmsal dövlətin formalaşması, tranzit təhlükəsizliyinin inkişafı əməkdaşlıq üçün prioritet sahələrdir.

Bu gün Azərbaycan və Qazaxıstan yeni orta güc kimi dünya miqyasında statusunu möhkəmləndirir. Bu ölkələr xarici çağırışlara cavab vermək potensialına malikdirlər”, - deyə Könül Nurullayeva fikirlərini tamamlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!