13 Aprel 2023 01:18
2088
SİYASƏT
A- A+
“Dəmir yumruq" qisası qətiyyətlə alır

“Dəmir yumruq" qisası qətiyyətlə alır

 

Məğlub Hayastanın istənilən təxribatına cavabımız daha sərt və amansız olacaq

 

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayaraq Azərbaycan qarşısında diz çökən Hayastan düşdüyü acınacaqlı durumdan qurtulmaq əvəzinə xislətindən əl çəkmir ki, çəkmir. Cəmi 44 günə biabırçı məğlubiyyəti ilə daxildəki sosial-iqtisadi böhranı daha da dərinləşən, mənəvi-psixoloji durumu sürətlə gərginləşən işğalçı ölkə sülh müqaviləsinin imzalanma prosesini müxtəlif bəhanələrlə uzatmaqla, görəsən, nəyə nail olmaq istəyir?! 
Həm təxribat törədir, həm atəşkəsi pozur, həm vəzifəsinin icrasından boyun qaçırır, həm də günahı Azərbaycanın üstünə atır. Bu üzdəniraq haylar anlamırlar ki, təxribat törətmək, atəşkəsi pozmaq bizə lazım deyil. Torpaqlarımızı güc yolu ilə azad edib, hayların 30 ildə viran qoyduqları yurd yerlərimizi yenidən qururuq. Sülh müqaviləsini imzalamaq isə Azərbaycandan çox Hayastana lazımdır. Səbəbləri də bəllidir...

 

İlham Əliyev baş vermiş insidenti Hayastanın məqsədyönlü şəkildə törətdiyi təxribat adlandırdı

 

Ancaq görünən odur ki, Hayastan hələ də müharibədən öncə savaş başlayacağı təqdirdə ona "dəstək" olacaqları vədini verib, döyüşlər zamanı kənardan "boylanan" havadarlarının fikirlərinə inanaraq təxribatlarından əl çəkmir. Hər dəfə də "dəmir yumruq"dan ağır zərbə alıb geri çəkildikdən sonra şər-böhtana başlayır. 
Elə aprelin 11-də törətdikləri növbəti təxribat da eyni ssenarinin davamıdır. Belə ki, həmin gün saat 16:20 radələrində Hayastan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutublar. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Təxribatın qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olublar. Ruhları şad olsun!
Hayastanın təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunub.
Lakin "dəmir yumruq" hər zamankı kimi şəhidlərimizin qanını yerdə qoymayıb.  Görülən cavab tədbirləri zamanı Hayastan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki veriblər. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. 
Aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edən Prezident İlham Əliyev diplomatı təxribatla bağlı məlumatlandıraraq deyib ki, bu, Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır.
İlham Əliyev Hayastanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini də diqqətə çatdırıb. Bu baxımdan dövlət başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğulayıb və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini deyib. Həmçinin bildirib ki, onlar Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət ediliblər.
  

Hayların qanunsuz silah daşımalarının qarşısı alınıb

 

Hazırda Ermənistan sonu görünməyən tənəzzül dövrünü yaşayır. İqtisadiyyatı tamamilə çökmüş işğalçı ölkənin hökuməti əhalinin sosial vəziyyətini düzəltmək və sosial müdafiə layihələrini həyata keçirmək iqtidarında deyil. 
Hökumət xalqın diqqətini bu proseslərdən yayındırmaqdan ötrü Qarabağ və Şərqi Zəngəzurda müxtəlif istiqamətli təxribatlar törədir. Demək olar ki, hər gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri mövqelərimizi atəşə tuturdu. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, revanşistlər əməllərindən əl çəkmirdilər. Hələ, üstəlik, rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdən silah-sursat da daşıyırdılar. Martın 30-da müzəffər Azərbaycan Ordusu Qarabağdakı qeyri-qanuni silahlı dəstələrin qanunsuz hərbi təyinatlı daşımalarının qarşısını almaqla Hayastana növbəti ağır zərbə vurdu. Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüldü. Bundan sonra Hayastanın cinayətkar ordusunun tör-töküntüsü hansısa torpaq yolla da silah-sursat, hərbi təyinatlı texnikaların daşınmasını həyata keçirə bilmədi. 
Cağazur və Zabux kəndləri arasındakı bir sıra strateji əhəmiyyətli yüksəkliklərin azad olunması Azərbaycan Ordusuna əlverişli imkanlar yaratdı. Bu ilk növbədə həmin strateji ərazilərimizdən düşmənin istənilən hərəkətini müşahidə altında saxlamağa imkan verir. 

 

Vəhşilərlə qonşu olduğumuza görə hər cür təxribata hazır olmalıyıq

 

Bu gün Hayastan çox yaxşı anlayır ki, Azərbaycan regionda ən güclü orduya malik ölkədir. Silahlı Qüvvələrimizin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan regionda nümunəvi dövlət olaraq qəbul edilir. 
Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində bu gün Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verən bilən güclü ordu kimi formalaşıb. İkinci Qarabağ müharibəsindəki böyük Zəfərdən sonra isə ordunun daha  da modernləşməsi istiqamətində real addımlar atılıb. Azərbaycan istəsə öz torpaqlarında antiterror əməliyyatları həyata keçirə bilər. Buna haqqı da çatır. 
Lakin mövcud reallıq və proseslərin gedişindən belə nəticəyə gələ bilərik ki, Hayastan kimi təcavüzkar, işğalçı, terrorçu və vəhşi bir ölkə ilə qonşu olduğu müddətdə Azərbaycan hər cür təxribata hazır olmalıdır. 
Düşməni əsrlər boyu tanımışıq. 30 il ərzində Qarabağdakı bütün mədəni-dini abidələrimizi məhv edib, onların tarixdən izlərini silməyə çalışıblar. Bu azmış kimi, Avropa Parlamenti Azərbaycanın əleyhinə qərəzli, iftira dolu qətnamə qəbul edərək, guya, ölkəmiz Qarabağda ermənilərə məxsus mədəni irs məhv edibmiş. Dünya 3 ilə yaxındır ki, erməni barbarlığına şahidlik edir. Amma təəssüflər olsun ki, AP tərsinə "qətnamə"lər hazırlayır.  
Yəni bütün bunlar erməni hiyləgərliyinin, iyrənc xislətinin nöbvəti təzahürüdür. Azərbaycan Prezidenti məğlub olub diz çökən ölkəyə hər dəfə qurtuluş yolu göstərir, qlobal layihələrə qoşulmaq təklifi irəli sürür, lakin Hayastan öz çirkin niyyətindən əl çəkmir. Guya, bu ölkə sülh müqaviləsi, sərhədlərin müəyyənləşdirilməsi prosesini qəsdən uzadıb vaxt udmağa çalışır. Hadisələr göstərir ki, Ermənistan etdiyi bu əməllərlə ancaq özünə ziyan vurur. 
Müzəffər sərkərdə kimi martın 18-də Talış kəndində çıxış edərkən  Hayastana çox sərt xəbərdarlıq edən İlham Əliyev bəyan etdi ki, "dəmir yumruq" yerindədir. Əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Hayastan daha da peşman olacaq. Çünki "dəmir yumruğ"un növbəti zərbəsi daha sərt və amansız olacaq. Məğlub Ermənistan bundan sonra nə qədər pulsuz silah-sursatla təmin edilsə də, arsenalını güclü texnika ilə zənginləşdirsə də, erməni əsgəri yüksək döyüş ruhlu Azərbaycan əsgərinin qarşısına çıxmağa cürət etməyəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!