Düşmən toparlanmaq istəyir.
Düşmən özünə gələrək qüvvətlənmək istəyir.
Düşmən havadarlarına güvənərək qisas almaq istəyir.
Amma yenə unudur:
* İlham Əliyevin Azərbaycanı 90-cı illərin Azərbaycanı deyil!
* İlham Əliyevin qurduğu möhtəşəm ordu 90-cı illərdəki özünümüdafiə batalyonlarına bənzəmir!
* Azərbaycan Ordusunun indiki silahları 90-cı illərin köhnə-kürüş silahlarından deyil!
* Azərbaycan gəncləri də yeni təfəkkürlü, yüksək hərbi hazırlıqlı, yalın əllə Şuşanı azad edənlərdir!
Belə qəhrəmanların qarşısında dağ da dayanmaz, nəinki dılğır, onun-bunun arxasında gizlənərək güllə atan ermənilər…
Bəli, düşmən atəşkəsi pozdu!
Bəli, düşmən sülh müqaviləsini imzalamaq istəmir!
Bəli, düşmən Rusiyanın iştirakı ilə qol çəkdiyi üçtərəfli Bəyanatı saya salmır!
Nəticəsi nədir?!
* Torpaqlarımızdan it kimi qovulub!
* Ordusu məhv edilərək özü diz çökdürülüb!
* Yaxınlarda keçirilən “Qisas” əməliyyatı zamanı 44 günlük Vətən müharibəsindəki kimi başı yenidən “dəmir yumruq”la əzildi!
Verilən dərslər, görünür, azlıq edir!
Sentyabrın 12-dən 13-nə keçən gecə yenidən ürəklənərək atəşkəsi pozdu!
Bu dəfə də “dəmir yumruğ”u başı üzərində gördü:
Təkcə başı əzilmədi, həm də Azərbaycan Ordusundan növbəti dəfə qətiyyətli və sarsıdıcı zərbə aldı:
* Budəfəki zəruri hərbi əməliyyat da yüksək peşəkarlıqla həyata keçirildi, əsas hədəflərə nail olundu;
* Ermənistanın Azərbaycanla sərhəddə - Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edildi;
* Azərbaycan Ordusunun ərazidəki bütün əsas nəqliyyat - kommunikasiya nöqtələrinə nəzarəti təmin olundu;
* Ölkəmizin sərhədlərində yaradılaraq hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə törədə biləcək bütün strateji nöqtələr nəzarətə götürüldü;
* Azərbaycan Ordusunun mövqelərini hədəfə alan Ermənistanın bütün hərbi nöqtələri şəxsi heyətlə birlikdə məhv edildi;
* "Dəmir yumruğ"un cavab zərbəsi nəticəsində Ermənistanın daha 200-dək hərbçisi cəhənnəmə vasil oldu;
* Düşmənin xeyli sayda hərbi texnikası, yüz milyonlarla dollardan artıq dəyəri olan iki S-300 raketi, onlarca postu məhv edildi, yüzlərlə hərbçisi yaralanaraq sıradan çıxarıldı.
Bu dəfə də Ermənistana əyani dərs verildi!
Ermənistanın hərbi-siyasi rəhbərliyi və müdafiəçiləri gördülər ki, Azərbaycanın mövqeyi qəti, "dəmir yumruğ"u daim hazır vəziyyətdədir!
Heç kəs bizim səbrimizi sınağa çəkməsin!
Kimsə bizim nədənsə qorxub çəkinəcəyimizi, mövqeyimizin yumşalacağını güman etməsin!
Hər bir revanşizm cəhdi Ermənistanın öz başında çatlayacaq, ona bağışlanan silahları, zirehli texnikası məhv ediləcək, canlı qüvvəsi o dünyaya göndəriləcək!
Azərbaycan II Qarabağ müharibəsindən Zəfərlə çıxmış qalib dövlətdir!
Azərbaycan ərazi bütövlüyünü bərpa edərək torpaqlarını qorumağa qadir dövlətdir!
Azərbaycanın qəhrəman Ordusu, Vətən uğrunda hər an canından keçməyə hazır igid övladları, ən müasir silahları, İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanı vardır!
Düşmən bütün bunları unutmasın!
Unutsa, dərhal "dəmir yumruq" yenidən yaddaşını təzələyəcəkdir!
Bəxtiyar SADIQOV