20 Fevral 2024 09:30
738
SİYASƏT
A- A+
Dəfn olunmuş ATƏT mexanizmləri

Dəfn olunmuş ATƏT mexanizmləri

 

Minsk qrupu və təşkilatın digər lazımsız strukturları rəsmi qaydada ləğv edilməlidir

 

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin ortaya qoyduğu reallıqlardan biri də ATƏT-in Minsk qrupunun öz fəaliyyətini dayandırması oldu. Başqa cür desək, bu bədnam formatı Azərbaycan öz qələbəsi ilə faktiki olaraq tarixin arxivinə göndərdi. Keçmiş qrupun keçmiş həmsədrlərinin də bu reallığı qəbul etməkdən başqa yolları qalmadı.  
Artıq həm Minsk qrupu, həm  Yüksək Səviyyəli Planlaşdırma Komitəsi, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi strukturlar keçmişin qalıqlarıdır və onlar rəsmi qaydada da ləğv edilməlidir. ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun müraciətinə əsasən Münxendə onunla görüşən Prezident İlham Əliyev bu məsələni qaldıraraq, tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacibliyini bildirdi və çox düzgün olaraq ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etdi.
 Bir daha xatırladaq ki, tarixi 1992-ci ildən başlayan ATƏT-in Minsk qrupu öz fəaliyyətində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanırdı. Hansı ki həmin normalar və prinsiplər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan qeyd-şərtsiz azad olunmasını tələb edirdi. Üstəlik, BMT-nin məlum qətnamələrini də bura əlavə edəndə Minsk qrupunun öz missiyasını ədalətli şəkildə başa çatdıra bilməsi üçün nə qədər güclü hüquqi bazanın olduğu görünürdü.
Buna baxmayaraq, Minsk qrupu Vətən müharibəsinə qədər keçmiş Qarabağ probleminin həlli ilə bağlı bir iş görmədi və yaxud görmək istəmədi. Və 44 günlük müharibədə Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda baş verən proseslər, Fransanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməməsi göstərdi ki, Minsk qrupu, əslində, problemin həlli deyil, dondurulması üçün çalışıb.  Bu məkrli fəaliyyəti ortaya qoyanlar düşünüblər ki, zaman keçdikcə Azərbaycan reallıqla barışmalı olacaq. Azərbaycan isə nəinki reallıqla barışdı, torpaqlarını güc yolu ilə azad etməklə elə Minsk qrupunu da tarixin arxivinə göndərdi. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: "ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik".
Fransa və Ermənistan Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılması ilə bağlı müxtəlif cəhdlər və təşəbbüslər göstərsələr də, Azərbaycan onların hamısının qarşısını aldı.  Və Bakının bu istiqamətdəki qətiyyətinin nəticəsidir ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda hər hansı vasitəçi və üçüncü tərəf iştirak edə bilməz.
ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu isə 1994-cü ildə yaradılıb və məqsədi Qarabağ münaqişəsinin tənzimlənməsi zamanı durğunluq yaranarsa, onu aradan qaldırmaq olub. Qarabağ münaqişəsi isə artıq yoxdur və keçmişin qalığı olan bu mexanizm rəsmən ləğv olunmalıdır. 
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin xəbəri isə son olaraq ötən il Ermənistandan gəlib. İllər boyu respublikamıza turist kimi gəlib getmiş bu adam özü də bilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini Azərbaycanda nə gözləyən, nə də onunla görüşmək istəyən var. 
Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ATƏT-in adıçəkilən bütün bu mexanizmlərinin fəaliyyətinə faktiki son qoyub. ATƏT isə gecikmədən dəfn olunmuş  strukturlarının rəsmən ləğvini elan etməlidir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb  

10:42
24 Aprel

Hərbi vəzifəlilərin təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir  

10:42
24 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 20 min 332 manat oğurlanıb  

10:41
24 Aprel

Kiyev raketlərlə vurulub, ölənlər və xəsarət alanlar var

10:40
24 Aprel

Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb  

10:39
24 Aprel

Ceyms Şarp: Azərbaycanın Trans-Xəzər bağlantısındakı rolu regionun inkişafında mühüm istiqamətverici amildir  

10:38
24 Aprel

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

09:48
24 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətləri müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli faktordur  

09:34
24 Aprel

“Azərbaycan və Çin əməkdaşlığında yeni mərhələ başlayır”  

09:27
24 Aprel

Roma Papasının dəfni özünün sevimli kilsəsində keçiriləcək

09:20
24 Aprel

Yaz allergiyaları

09:15
24 Aprel

AZAL Qurban bayramı münasibətilə özəl uçuşların sayını artırır

09:10
24 Aprel

Cıdır düzündə dalğalanan Zəfər bayrağı

09:05
24 Aprel

Uşaq evinin nağıl dünyası

09:00
24 Aprel

Tariximizi dünyaya tanıdan alim

08:55
24 Aprel

Bu günün hədəfi sabahın "yaşıl işığ"ıdır

08:50
24 Aprel

"Azərbaycan Çinlə əksər sahələrdə sıx əlaqələrə malikdir"

08:45
24 Aprel

Erməni kilsəsi başqa xalqlara qarşı daim nifrət və dözümsüzlük formalaşdırmağa çalışıb

08:40
24 Aprel

Avropa İttifaqının məkrli "missiyası"

08:35
24 Aprel

Azərbaycan Qərbin ikili standartları ilə üzləşən ölkələrdəndir

08:30
24 Aprel

Paşinyan çətin sınaq qarşısındadır

08:25
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!