18 İyun 2026 16:43
178
İDMAN
A- A+
DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar  

DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar  


Ötən gecə futbol üzrə dünya çempionatında keçirilən oyunlar bir sıra statistik göstəricilər və rekordlarla yadda qalıb.

AZƏRTAC FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu mundial tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu olub. O, 41 yaş 132 günlük ikən meydana çıxaraq bu göstəricidə Kanada yığmasının sabiq futbolçusu Atiba Hatçinsona məxsus rekordu geridə qoyub. Hatçinson 2022-ci il dünya çempionatında Xorvatiyaya qarşı oyunda 39 yaş 292 günlük olub.

Xorvatiya seçməsinin futbolçusu İvan Perişiç isə dünya çempionatlarının dörd fərqli final mərhələsində məhsuldar ötürmə müəllifi olan ikinci oyunçu kimi tarixə düşüb. Bu göstəricidə rekord Argentina millisinin kapitanı Lionel Messiyə məxsusdur. O, beş mundialda məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərə yığmasının hücumçusu Harri Keyn vurduğu qolların sayını 10-a çatdıraraq Qari Linekerin milli üzrə dünya çempionatları rekorduna şərik olub. Hazırda Kolumbiya millisinin futbolçusu Xames Rodriges, Harri Keyn və Fransa yığmasının hücumçusu Kilian Mbappe turnirin bombardiri olmaq uğrunda mübarizə aparırlar. Onlardan biri bu mükafatı iki dəfə qazanan ilk futbolçu kimi tarixə düşə bilər.

Bundan başqa, Qana millisinin baş məşqçisi Karlos Keyruş dünya çempionatlarında beşinci dəfə komanda çalışdıran üçüncü mütəxəssis olub. O, bu göstəricidə beş dünya çempionatında komanda çalışdırmış Bora Milutinoviçlə eyni nəticəyə imza atıb. Rekord isə altı mundialda milli komandalara rəhbərlik etmiş Karlos Alberto Parreyraya məxsusdur.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"WhatsApp" növbəti funksiyasını təqdim edəcək  

20:55
18 İyun

ADY Bakı–Böyük Kəsik xəttində enerji sistemini yeniləyib

20:51
18 İyun

NATO üzvlərindən müdafiə xərcləri ilə bağlı konkret yol xəritəsi tələb olunur

20:37
18 İyun

Qlobal yaşıl iqtisadiyyatın həcmi 10 trilyon dolları ötüb  

20:29
18 İyun

6700 əlilliyi olan şəxs 281 min reabilitasiya vasitəsi ilə təmin olunub

20:16
18 İyun

G7 Sammitində uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı bəyannamələr imzalanıb

20:01
18 İyun

Cənubi Koreyanın demoqrafik böhran planı

19:56
18 İyun

AYNA və İRİA taksi sektorunda “Digital Finance” layihəsini tətbiq edir

19:53
18 İyun

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

19:44
18 İyun

Qarabağ Universitetinin tələbələri “Vergilər” olimpiadasında yüksək nəticə əldə ediblər

19:43
18 İyun

Azərbaycanda investisiyaların 21,8 faizi tikinti işlərinə yönəlib

19:42
18 İyun

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir  

19:17
18 İyun

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir  

19:08
18 İyun

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub  

19:01
18 İyun

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir  

18:58
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-2

18:47
18 İyun

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

18:42
18 İyun

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar  

18:28
18 İyun

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

18:23
18 İyun

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:03
18 İyun

Bərdədə pambıq zavodunda yanğın-taktiki təlim keçirilib

17:54
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!