05 Fevral 2026 08:10
672
SİYASƏT
A- A+
Dayanıqlı sülh modeli

Dayanıqlı sülh modeli


Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində böyük hərbi-siyasi zəfərlərinin ardınca yaratdığı reallıqlar fonunda beynəlxalq siyasətin aparıcı aktorlarından birinə çevrilməsi, BƏƏ-nin isə qlobal siyasətdə və dünya iqtisadiyyatında əsas mərkəzlərdən biri rolunu üstləməsi fonunda ölkələrimiz arasında münasibətlərin inkişafı yalnız iki dövlət arasında əlaqələr çərçivəsində şərh oluna bilməz. Bu, birmənalı şəkildə geosiyasi hadisədir. Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfərinə qlobal miqyasda xüsusi diqqətin ayrılması bu mənada çox təbiidir.

Qlobal ziddiyyətlərin dərinləşdiyi, sülh və sabitliyə təhlükələrin artdığı bir dövrdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və keçirdiyi görüşlər ölkələrimiz arasında münasibətlərin tam yeni mərhələsi və geosiyasi təhdidlərə qarşı birgə fəaliyyət formatı hesab oluna bilər. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, işgüzar səfər olmasına baxmayaraq, Prezident İlham Əliyevin Əbu-Dabi hava limanında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən şəxsən qarşılanması iki lider arasındakı şəxsi dostluq və yüksək etimadı simvolizə etməklə bərabər, Azərbaycanın BƏƏ-nin xarici siyasət prioritetlərindəki xüsusi yerini göstərir. Eyni zamanda sirr deyil ki, BƏƏ ilə münasibətlər Azərbaycanın Şərq siyasətində mühüm bir halqadır. Ölkələrimiz arasında əməkdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir və səfər çərçivəsində cənab İlham Əliyevin Prezident Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə də ifadə olunduğu kimi, siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq tərəflərdə məmnunluq doğurur. "Paralel olaraq Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri arasında keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təliminin uğurla başa çatması, iki ölkənin Silahlı Qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfələrin davam etdirilməsi iradəsinin ifadə olunması, habelə "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin BƏƏ-nin "XRG" şirkətinə satılması iki ölkə arasındakı münasibətlərin artıq strateji tərəfdaşlıqdan faktiki hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə keçdiyini nümayiş etdirir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin böyük artım tempi də prosesin kifayət qədər uğurlu dinamikasından xəbər verir. Səbəb isə çox sadədir", - deyə Bəhruz Məhərrəmov əlavə edib. 

Deputat qeyd edib ki, Azərbaycan və BƏƏ münaqişələrin həllində dialoq modelini dəstəkləyirlər. Regionda investor kimi rolunu artırmaqda olan BƏƏ Azərbaycanla birgə Cənubi Qafqazda sülhün bərqərar olması və iqtisadi dəhlizlərin inkişafında ortaq maraqlara malikdir. Həmçinin hər iki ölkənin postneft dövrünə hazırlıq və yüksək texnologiyalara əsaslanan iqtisadi model qurmaq vizyonu tam üst-üstə düşür. Bakı və Əbu-Dabi arasında qurulan bu model həm enerji asılılığından uzaqlaşaraq texnologiya, investisiya və logistika üzərində qurulan yeni tipli strateji ittifaq, həm də mümkün təhlükəsizlik təhdidlərinə qarşı perspektivli tərəfdaşlıqdır. Qeyd olunanlar fonunda əminliklə demək mümkündür ki, bu, sadəcə, sıradan bir səfər, yaxud prezidentlər arasında növbəti bir görüş deyil, həm də ölkələrimiz arasında bütün sferaları əhatələyən müsbət dinamikanı qorumağa xidmət edən tarixi hadisədir.

B.Məhərrəmov deyib ki, Azərbaycan Prezidentinin BƏƏ-yə səfəri yalnız iki dövlət arasında münasibətlər çərçivəsində təhlil edilə bilməz və bu mənada Əbu-Dabidə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü və sülh prosesi çərçivəsində bu tip təmasların Əbu-Dabidə ilk dəfə baş tutması Azərbaycanla BƏƏ arasında münasibətlərin həm də uğurlu bir platforma formalaşdırdığı qənaətinə gəlməyə imkan verir: "Azərbaycanla Ermənistan arasında ötən il avqustun 8-də ABŞ-də Prezident Donald Trampın evsahibliyi və şahidliyi ilə baş tutan sülh sammiti və qəbul edilən qərarlar Bakı və İrəvan arasında sülh prosesinin yeni mərhələsi hesab olunur. Ötən 6 ay ərzində Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyədə təmaslar davam edib və Əbu-Dabidə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə də ifadə olunduğu kimi, Vaşinqton görüşündən sonra sülh prosesi təqdirəlayiq formada irəliləyib. Təbii ki, hazırkı mürəkkəb mərhələdə prosesin uğurunun əsas göstəricisi təmasların davamlılığı hesab olunmalıdır və bu mənada Əbu-Dabi görüşü Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanması niyyətinin göstəricisi sayılmalıdır. 2025-ci ilin avqustundan ötən dövr ərzində məhz Bakının aparıcı aktor qismində çıxış etdiyi sülh prosesi praktik mərhələyə qədəm qoyub. Əbu-Dabidə də bəyan edildiyi kimi, ikitərəfli ticarətin başlanması, Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsi, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi məmnunluq doğurmaqdadır. Daha konkret desək, liderlərin görüşündə də ifadə olunduğu kimi, artıq hər iki cəmiyyət sülhün faydalarına real həyatda şahid olmaqdadır. Belə bir məqamda tərəflərin Əbu-Dabidə ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağa davam etmək barədə razılığa gəlməsi, əslində, hazırkı de-fakto sülh mərhələsinin de-yure sülhə addımlaması istiqamətində çox vacib element kimi çıxış edəcək". 

Deputat vurğulayıb ki, Cənubi Qafqaz kimi maraqların toqquşduğu və tarixən iri güclərin imperialist niyyətlərinin hədəfləndiyi mürəkkəb coğrafiyada sülhə nail olmaq ümumbəşəri dəyərlərə xidmətdir və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin aliliyinə bundan daha yaxşı töhfə ola bilməz. Bu mənada Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması və regionda sabitliyin təmin edilməsi istiqamətindəki səylərinə görə nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na (Zayed Award for Human Fraternity) layiq görülməsi tam təbii və ədalətli qərardır. Roma Papası Fransisk və Əl-Əzhər Şərifin Böyük İmamı Əhməd Əl-Tayyib tərəfindən 2019-cu ildə imzalanmış "İnsan qardaşlığı" sənədi əsasında təsis edilən bu nüfuzlu mükafat Prezident İlham Əliyevə konkret olaraq Azərbaycan və Ermənistan arasında "Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in hazırlanması və bu istiqamətdə nümayiş etdirilən siyasi iradəyə görə verilib.

B.Məhərrəmov deyib ki, qaliblər müəyyən edilərkən münsiflər heyəti haqlı olaraq qeyd edib ki, Azərbaycanın təqdim etdiyi sülh modeli dünyadakı digər münaqişə bölgələri üçün də nümunə ola bilər: "Həqiqətən də, real situasiyanı təhlil etsək, maraqların toqquşduğu və tarixən münaqişə bölgəsi kimi adıçəkilən Cənubi Qafqazda təməlində müxtəlif imperialist maraqların dayandığı bir münaqişənin sona çatdırılması sadə hadisə deyil. Üstəlik, cənab İlham Əliyevin münaqişənin kökündə dayanan amillərin, o cümlədən separatizmin tam şəkildə aradan qaldırılmasına, habelə böyük zəfərlərimizlə yaratdığı hərbi-siyasi reallıqların bölgədə yeni münaqişəyə rəvac verə biləcəyi hər hansı situasiyanı preventiv qaydada aradan qaldıracaq status-kvoya nail olması müasir dövrdə ən dayanıqlı sülh modelini ortaya qoymuş olur. Aydındır ki, sülh sahəsində bəşəri fəaliyyətinə görə bu günə qədər çoxsaylı liderlər müxtəlif mükafatlarla təltif olunub. Demək olar ki, hər il "Nobel" sülh mükafatı müəyyən xidmətlərinə görə ayrı-ayrı şəxslərə təqdim olunur. Lakin dəyişməyən bir reallıq var ki, həmin şəxslər yalnız və yalnız sülh uğrunda səylərinə görə təltif olunur, real nəticələrə gəldikdə isə laureatların sülh təşəbbüslərinin qiymətləndirildiyi münaqişələrin özü faktiki olaraq həll olunmamış qalıb və bu gün də çoxsaylı nümunələr mövcuddur ki, həlli istiqamətində səylərinə görə "Nobel" mükafatı verilmiş çoxsaylı münaqişələr hazırda da davam etməkdədir". 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev faktiki olaraq tarixdə ilk dəfə 30 ildən artıq davam etmiş bir qanlı münaqişəyə tam şəkildə son qoyaraq, qarşıdurmanın yenidən alovlanması üçün şərait yarada biləcək mümkün situasiyanı da aradan qaldırıb. Bu da, əslində, cari təltifi yalnız nəzəri səylərin yox, həm də praktik nəticələr fonunda qiymətləndirmə aparıldığı unikal proseslərdən birinə çevirir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!