17 Noyabr 2023 18:49
1844
PARLAMENT
A- A+
Daha üç qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub

Daha üç qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub

 

Noyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumat görə, iclası açan parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə üç qanun layihəsinin daxil edildiyini bildirib.

Birinci məsələ olan “Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin (birinci oxunuş) vacibliyinə toxunan Ə.Hüseynli sənədin cinayət təqibi üzrə qiyabi icraat qaydalarını və mexanizmlərini müəyyən etdiyini bildirib.

Komitənin üzvü Bəhruz Məhərrəmov qanun layihəsi haqqında məlumat verərək bildirib ki, Azərbaycanda qiyabi icraatla bağlı mülki prosessual qanunvericilikdə bütöv bir fəsil olsa da, Cinayət-Prosessual Məcəllədə (CPM-də) cəmi 3 maddədə işə qiyabi baxılmasının mümkünlüyü ifadə olunub. Bildirilib ki, Prezidentin qanunvericilik təşəbbüsü ilə CPM-ə əlavə olunması təklifi irəli sürülən LIV-II fəsil bu məsələni həll edir.

Cinayət prosesində qiyabi icraat institutuna müraciət olunmasının konseptual məqsədindən danışan Bəhruz Məhərrəmov layihədə təsbit olunan qiyabi icraat prosedurları, o cümlədən cinayət təqibi üzrə qiyabi icraatın açılması, ona xitam verilməsi, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi kimi qaydalar barədə ətraflı məlumat verib. O, təklif olunan dəyişikliklərin digər istiqamətinin isə prosessual sənədlərin rəsmi qaydada verilməsini ehtiva etdiyini bildirib. Diqqətə çatdırılıb ki, layihədə CPM-ə prosessual sənədlərin çatdırılması, qəbulu və digər məsələləri tənzimləyən IV-I fəslin əlavə edilməsi təklif olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri İdarəsinin rəisi Aynur Osmanova təqsirləndirilən şəxslərə qarşı qiyabi məhkəmə icraatının aparılması ilə bağlı qanunvericilikdə mövcud prosedurların çatışmazlığını və dəyişikliklərin zəruriliyini diqqətə çatdırıb. O, qiyabi məhkəmə icraatının Azərbaycanın ədalət mühakiməsindən yayınan şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, dövlətin konstitusiya quruluşu və təhlükəsizliyi əleyhinə olan cinayətlərin hüquqi təqibinin həyata keçirilməsinə yaratdığı imkanlardan danışıb. Vurğulanıb ki, qanun layihəsində beynəlxalq hüququn, konvensiyaların tələbləri nəzərə alınıb.

Əli Hüseynli gündəliyin ikinci məsələsi olan “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) dair bildirib ki, sənəd dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb.

Sonuncu məsələ olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı qeyd olunub ki, layihə iqtisadi və biznes fəaliyyəti sahəsində yaranan borc öhdəlikləri ilə bağlı mübahisələrin həllinə yönəldilib.

Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!