14 Mart 2023 21:28
836
PARLAMENT
A- A+
Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

 

Martın 14-də Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Rzayev iclasda iki sənədin – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihələrinin müzakirəyə çıxarıldığını deyib.

Əvvəlcə, iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim olunub. Komitə sədri bildirib ki, layihə adıçəkilən qanunların “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbləri nəzər alınmaqla təkmilləşdirilməsi, onların müddəalarının qanunvericilik texnikasının parametrlərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsinə, “Polis haqqında” Qanunun 14-cü maddəsinin 6-cı bəndinə və “Atçılıq haqqında” Qanunun 11.2-ci və 11.3-cü maddələrinə dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklər edilib.

Qeyd olunub ki, “Baytarlıq haqqında” Qanuna yeni 15.3-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulub. Əlavəyə əsasən, ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə ötürülür.

Sonra “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.

Tahir Rzayev diqqətə çatdırıb ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 1992-ci il 9 oktyabr tarixli iclasında “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında” Saziş imzalanıb. Azərbaycan həmin Sazişə 1998-ci il aprelin 10-da qoşulub.

O bildirib ki, 2021-ci il 28 may tarixində imzalanmış protokol ilə yuxarıda qeyd olunan Sazişlə təsdiq edilmiş Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şura haqqında Əsasnamə yeni redaksiyada verilir. Əsasnamədə Şuranın funksiyaları, onun tərkibi, fəaliyyətinin təşkili, üzvlərinin hüquq və vəzifələri barədə müddəalar öz əksini tapıb. Bununla yanaşı, Şuranın Katibliyinin funksiyaları və Şuranın prosedur qaydaları müəyyən edilir.

Müzakirələr zamanı komitə üzvləri Novruzəli Aslanov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov çıxış edərək, təqdim olunan layihələri məqbul hesab ediblər. Deputatlar, habelə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə, suvarma ilə bağlı mövcud vəziyyət barədə fikirlərini və bəzi qeydlərini açıqlayıblar.

Komitə sədri Tahir Rzayev qaldırılan məsələlərə münasibət bildirib. O, qeyd olunan sahələrdə görülən tədbirlərdən danışıb, bu istiqamətdə yeni texnologiyaların tətbiqinin, əhali arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətindən bəhs edib.

Müzakirələrin sonunda iclasda təqdim olunan hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!