27 Noyabr 2023 19:44
799
PARLAMENT
A- A+
Daha beş qanun layihəsi üçüncü oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub

Daha beş qanun layihəsi üçüncü oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub

 

Noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev gündəlikdəki məsələlərin Büdcə Zərfinə daxil olan 5 qanun layihəsi olduğunu və üçüncü oxunuşda müzakirəyə çıxarıldığını deyib.

Qanun layihələri barədə fikirlərini açıqlayan Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə qeyd edib ki, Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb. Bu da cari ilin büdcəsinə nisbətən 10,4 faiz çoxdur. O deyib ki, orta aylıq əməkhaqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır, bu da gələn ildə pensiyaların sığorta hissəsinin orta hesabla 11 faiz artırılmasını təmin etməyə imkan yaradacaq.

“İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulub. Bu da cari ildən 20,3 milyon manat, yaxud 9,3 faiz çoxdur. Fondun xərc istiqamətlərindən söz açan Musa Quliyev vurğulayıb ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsi sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və digər xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (üçüncü oxunuş) və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verərkən komitə sədri qeyd edib ki, həm yaşayış minimumu, həm də ehtiyac meyarı artırılaraq növbəti il üçün 270 manat məbləğində nəzərdə tutulub.

“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitə sədri bildirib ki, qanuna təklif edilən dəyişikliklər texnologiyalar parkının rezidenti, onun podratçısı və subpodratçısı, habelə bu şəxslər tərəfindən cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi məqsədi daşıyır.

Layihələrin müzakirəsində çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, deputatlar Rüfət Quliyev, Vahid Əhmədov, Azay Quliyev, Elşən Musayev, Soltan Məmmədov, İlham Məmmədov qanun layihələri barədə qeydlərini diqqətə çatdırıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin bəzi məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

İclasda Hesablama Palatasının auditoru Vəfa Mütəllimova Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün büdcə layihələrinə dair palatanın rəyini diqqətə çatdırıb.

Sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların həm Büdcə Zərfinin əvvəlki oxunuşlarında, həm də indiki müzakirələrdə qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırıb, irəli sürdükləri təkliflərə nazirliyin mövqeyini bildirib.

Müzakirələrin sonunda qanun layihələri üçüncü oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!