Keçən ilin müvafiq dövrünə nisbətdə ÜDM artıb
Sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Tahir Mirkişili əvvəlcə Azərbaycan iqtisadiyyatının son səkkiz ayının bəzi göstəricilərindən danışıb. Diqqətə çatdırıb ki, keçən ilin müvafiq dövrünə nisbətdə ÜDM qeyri-neft sektorunda 3,4 faiz olmaqla, 0,7 faiz artıb. Azərbaycan iqtisadiyyatının artım potensialına toxunan komitə sədri iqtisadi sabitliyin və maliyyə dayanıqlılığının saxlanması tendensiyalarından danışıb.
Sonra komitə sədri gündəliyin birinci məsələsini - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatını müzakirəyə çıxarıb. O bildirib ki, hesabat dövründə komitənin 29 iclası keçirilib, bu iclaslarda 223 məsələyə baxılıb, o cümlədən 97 qanun layihəsi və bir hesabat (Hesablama Palatası) müzakirə edilib. Həmçinin komitənin ünvanına daxil olmuş ərizə və müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb.
Komitənin 2023-cü ilin payız sessiyası üçün iş planı ilə bağlı komitə sədri bildirib ki, qarşıdakı sessiyada büdcə zərfi və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Qeyd olunub ki, planda artıq bir neçə yeni qanun layihəsi, o cümlədən Rəqabət Məcəlləsi layihəsi öz əksini tapıb. Eyni zamanda qarşıdakı sessiyada komitədə aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlərin, ictimai dinləmələrin və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.
İclasın gündəliyində olan qanun layihələrini müzakirəyə təqdim edərkən komitə sədri "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat vermək üçün Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Fərid Əhmədova söz verib. O bildirib ki, preambuladan və 30 maddədən ibarət sazişin məqsədi tərəf dövlətlər arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və vergi münasibətlərində əməkdaşlığın gücləndirilməsidir. Sazişin müddəaları tərəf dövlətlərin birinin və ya hər ikisinin rezidenti olan şəxslərin Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinə, Slovakiya Respublikasında isə fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergisinə münasibətdə tətbiq edilir.
Dördüncü məsələ olan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş"ə dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı komitə sədri diqqətə çatdırıb ki, dəyişikliklər bəzi terminlərin, adların dəqiqləşdirilməsinə və fondun daha effektiv işləməsinə xidmət edir.
Sonra komitə sədri bildirib ki, növbəti 4 qanun layihəsi Azərbaycanın ümumdünya poçt xidmətinin bəzi beynəlxalq sənədlərinə qoşulması ilə əlaqədardır və məsələ ilə bağlı məlumat vermək üçün Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Nəzrin Əliyevaya söz verib.
"Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol"a qoşulmaq haqqında, "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol"a qoşulmaq haqqında, "Ümumdünya Poçt Konvensiyası"na və "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu"na qoşulmaq haqqında, "Poçt ödəniş xidmətləri haqqında Saziş"ə və "Poçt ödəniş xidmətləri haqqında Saziş"in Yekun Protokoluna qoşulmaq barədə qanun layihələri barədə danışan Nəzrin Əliyeva sənədlərin beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin artırılmasına və təkmilləşdirilməsinə yönəldiyini, həmçinin bu sahədə mövcud olan uyğunsuzluqların və qeyri-dəqiqliyin aradan qaldırılması məqsədinə xidmət etdiyini vurğulayıb.
Doqquzuncu məsələ olan "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri qeyd edib ki, sənəddə lisenziyanın verilməsi şərtlərinin Azərbaycan Respublikasının qanunları ilə, icazələrin verilməsi şərtlərinin isə Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblər əsasında tənzimlənməsi təklif olunub.
Onuncu məsələnin "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu deyən Tahir Mirkişili diqqətə çatdırıb ki, layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.
On birinci məsələnin də "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu bildirən komitə sədri sənəddə fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılmasının nəzərdə tutulduğunu söyləyib.
On ikinci məsələ olan "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Mədəniyyət haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsinin təsbit edildiyi diqqətə çatdırılıb.
Sonuncu məsələ ilə bağlı komitə sədri bildirib ki, "Poçt haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi nəzərdə tutulub.
Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Ziyad Səmədzadə, Vahid Əhmədov, Rüfət Quliyev, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Vüqar Bayramov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Millət vəkilləri komitənin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə bağlı hesabatını qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün iş planı təsdiqləyiblər, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
24 Sentyabr
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!