27 Oktyabr 2023 09:30
539
SİYASƏT
A- A+
Dağ-mədən sənayesinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Dağ-mədən sənayesinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

 

Bakıda ilk dəfə keçirilən Geologiya-Mədənçilik Forumunun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması xüsusi önəm daşıyır. Çünki  Azərbaycanda dağ-mədən sənayesinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hələ sovetlər zamanında Ulu Öndərin respublikamıza rəhbərliyi dövründə bu sahəyə çox ciddi diqqət yetirilmiş, böyük inkişafa nail olunmuşdu. Bunun nəticəsidir ki, respublikamızda çox sayda dağ-mədən filiz yatağı aşkar olunaraq öyrənilmişdir.
Müasir dünyada hər bir dövlətin iqtisadi qüdrəti onun dağ-mədən sənayesinin inkişafı ilə sıx bağlıdır.  Sənayenin bu sahəsi Azərbaycanın da inkişafında mühüm rola malikdir. Bu sahə sənaye və digər istehsal sahələrinin formalaşması və fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir.  Ölkəmizdə qeyri-neft sektorunun inkişafında aparıcı istiqamətlərdən birinə çevrilməklə yanaşı, dağ-mədən sənayesi həm də Azərbaycanın iqtisadi cəhətdən dünya bazarlarındakı mövqelərinə də təsir edir. Belə ki, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirəcək qədər müxtəlif faydalı qazıntı yataqları mövcuddur. 
Ölkəmizdə dağ-mədən sənayesinin inkişafından söhbət açarkən qara metal filizi yataqlarının işlənməsinin önəmini ayrıca qeyd etmək lazımdır. Bildiyimiz kimi, respublikamızın ərazisində kifayət qədər faydalı qazıntı ehtiyatları var (Filizçay kolçedan-polimetal, Daşkəsən dəmir filizi, Zəylik alunit, Daş Salahlı bentonit, Çovdar qızıl, Naxçıvan və Nehrəm duz, Aydağ seolit və s.). Hazırda Azərbaycanda iqtisadiyyatın mineral xammal istifadəsinə əsaslanan bütün sahələrinin stabil inkişafını və ona olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır. Bu gün respublikamızın mineral-xammal bazası faydalı qazıntılar balansına daxil edilmiş çox sayda filiz, qeyri-filiz, tikinti materialları, yeraltı su (şirin, mineral, termal, yodlu-bromlu, sənaye) yataqlarından ibarətdir. 
Azərbaycan coğrafi-təbii mövqeyi baxımından qədim dövrlərdən dağ-mədən sənayesinin formalaşması və inkişafı üçün dünyanın ən qədim insan məskənlərindən biridir. Ən qədim dövrlərdə Azərbaycan ərazisinin qiymətli təbii sərvətlərlə zəngin olması bir çox tarixi mənbələrdə qeyd olunub. Arxeoloji qazıntılar zamanı tapılan əşyalar sübut edir ki, hələ eramızdan əvvəl ölkəmizin ərazisində bu sahədə ciddi fəaliyyət olub. Buna misal olaraq qeyd edə bilərik ki, hələ qədim zamanlarda respublikamızın ərazisində çox ciddi misgərlik fəaliyyəti olub. İndiyə kimi də bu qədim sənəti davam etdiririk. 
Ötən əsrin əvvəllərindən respublikamızın müxtəlif bölgələrində aparılmış arxeoloji qazıntılar zamanı antik və orta əsr abidələrinə aid çoxsaylı, rəngarəng çeşidli qızıl, gümüş - sırğa, üzük, kəmər, bəzək əşyaları tapılıb. Burada zərgərlik sənəti texniki cəhətdən geniş inkişaf edib. Sənətkarlar əsasən qızıl və gümüşdən zinət məmulatları istehsalı istiqamətində ixtisaslaşıblar. Bütün bunlar Azərbaycanın həm də qədim metallurgiya ocaqlarından biri olduğunu sübut edir. 
Azərbaycanın təbii sərvətləri  beynəlxalq səviyyədə hər zaman diqqət mərkəzində olmuşdur. Hələ XIX əsrin əvvəllərində ölkəmizin ərazisində neft-qaz sahəsində Nobel qardaşlarının, qızıl-mis sferasında Siemens qardaşlarının fəaliyyətlərini misal çəkmək olar. 1867-1914-cü illər ərzində alman şirkəti "Siemens" tərəfindən Gədəbəydəki yataqlardan  mis, qızıl, gümüş, Bittibulaq yatağından mis filizi, Daşkəsən kobalt yatağından kobalt filizi çıxarılıb. XX əsrin əvvəllərində digər alman şirkəti "Vagau" Balakən rayonu ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olub, Cixix və Köhnəmədən yataqlarından hasil edilən filizləri yerindəcə emal edərək, alınan misi yerli iş adamlarına satıblar.  1862-1872-ci illərdə Naxçıvan şəhərinin yaxınlığında, Tumbul kəndində selitra istehsal edən zavod fəaliyyət göstərib. XIX əsrin 80-ci illərində Şan Qirem tərəfindən, 1914-cü ildə isə ingilis Atterton tərəfindən Gömür kükürd yatağının (Naxçıvan MR) bazası əsasında kükürd istehsal edən zavod fəaliyyət göstərib. 
Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə başlanılıb. SSRİ-nin dağılmasından sonra bu yataqların bəzilərinin istismarı dayandırılıb, bəzi yataqların istismarı isə hökumətin icazəsi ilə müəyyən şirkətlər tərəfindən həyata keçirilib. 
Güclü mineral xammal bazası əsnasında dağ-mədən sənayesinin inkişafı respublikamızın iqtisadiyyatının inkişafında qeyri-neft sektorunun payının artırılmasında mühüm yer tutmaqdadır. Azərbaycan ərazisində çoxlu sayda qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları yataqları var. Onların içərisində qızıl, mis, qurğuşun, sink filizləri və tikinti materialları yataqları xüsusi yer tutur. Hazırda bu yataqların böyük əksəriyyəti istismar olunur. Son zamanlar Daşkəsən (Çovdar) və Gədəbəy rayonları ərazisində qızıl və misin çıxarılması və emalı üzrə dağ-mədən müəssisələri fəaliyyət göstərir, Daşkəsən dəmir filizi kombinatı öz işini bərpa edib. 
Onu da qeyd edək ki,  təbii sərvətlər  hər zaman öz xalqına xöşbəxtlik gətirmir. Buna Fransanın hələ də müstəmləkəsində olan bəzi Afrika ölkələrini misal göstərmək olar. Fransız müstəmləkə imperiyasının ərazisi 1900-1939-cu illərdə 13 milyon 500 min kvadratkilometrə çatmışdı. Bu ölçü həm də dünyanın ümumi ərazisinin 10 faizinə bərabər idi.
1958-ci ildə Afrikadakı müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı saxladığı bu ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir. Hazırda Fransanın qızıl ehtiyatlarının həcmi təqribən 2000-3000 ton təşkil edir. Lakin Beşinci respublikanın ərazisində bir dənə də olsun qızıl mədəni və yataq yoxdur. Bunlar hamısı Fransanın koloniyalarının hesabınadır.
Azərbaycan xalqı isə öz sərvətlərinin sahibidir. Ölkəmizin mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri respublikamızın dağ-mədən sənayesinin inkişaf etdirilməsinə, milli və xarici investisiyaları cəlb etməklə yaxın gələcəkdə dağ-mədən sənaye məhsulları və xammalının dünya bazarına inteqrasiya olunmasına geniş imkanlar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin genişləndirilməsi və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi nəzərdə tutulub. Bəlli olduğu kimi, yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin əsas hissəsi olmaqla hər bir ölkənin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyən edən amillərdən hesab olunur. Bu baxımdan Azərbaycan geoloqlarının fədakar əməyi sayəsində respublika ərazisində yaradılmış mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdirilməsinə milli və xarici investorların cəlb olunması ilə dünya sənayesinə inteqrasiyasına geniş imkanlar açıb. Bu illərdə Azərbaycanın zəngin təbii ehtiyatlarının təbliği və beynəlxalq ictimaiyyətin marağına çatdırılması üçün maarifləndirici addımlar da atılıb. 
Ölkədə dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" adlı sənəddə də yer alır. "Strateji Yol Xəritəsi"ndə dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi kimi mühüm vəzifə də öz əksini tapıb. 
Azərbaycan ərazisində yerləşən faydalı qazıntı yataqlarından hasil olunan metal filizlərindən səmərəli istifadə üçün ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş bir sıra qərarlar bu sahədə işlərin daha effektiv idarə olunması və təkmilləşməsinə xidmət edib. Bu baxımdan, dövlət başçısının "Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında" müvafiq fərmanına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda ölkəmizin qeyri-neft sektorunun və fəaliyyətinin önəmli mərhələsini yaşayan dağ-mədən sənayesinin də yeni inkişaf istiqamətləri müəyyən olunub. 
Müasir dövrdə dağ-mədən sənayesinin inkişafı və bu sahədə uğurlu fəaliyyətin təmin edilməsi üçün qəbul olunan qanunvericilik sənədləri və dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Prezidentinin 16 mart 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı" mineral xammal bazasının qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, xammal tələbatının ödənilməsi, qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilməsinə imkan verib. Azərbaycanın mühüm təbii və mineral ehtiyatlarının mənimsənilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli sərəncamına əsasən "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bununla da ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli işlərə başlanılıb.
Beləliklə də xüsusi qeyd olunmalıdır ki, müasir çağırışlar nəzərə alınmaqla son 10 ildə ölkəmizdə dağ-mədən sənayesinin yeni inkişaf konsepsiyası işlənib hazırlanıb və uğurla həyata keçirilməkdədir. 
30 il ərzində Ermənistanın əsarətində olan tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bu əzəli bölgələrimizdə yenidənqurma, bərpa-tikinti işlərinə başlanılıb. Güclü dövlət olan Azərbaycan işğaldan azad olunan ərazilərə Böyük qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, qeyd olunan ərazilərdə böyükmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması deyilənləri əyani şəkildə təsdiqləyir. 
İşğaldan azad olunan ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsi də ölkəmizdə dövlət siyasətinin mühüm prioritetləri sırasında yer alır. Prezident İlham Əliyev 7 iyul 2021-ci ildə "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırılıb və  respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edilib. Qarabağ iqtisadi rayonu Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edir. Vətən müharibəsində işğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunda birləşir. Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlarda birləşdirilməsi ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara əsaslanır. 
Bu ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi üçün nəzərdə tutulan istiqamətlər sırasında dağ-mədən sənayesi də yer alır ki, bu da təsadüfi deyil. Sözügedən ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada zəngin faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Ümumiyyətlə, Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesində payı yüksək qiymətləndirilir. 
İşğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesinin inkişafı üçün geniş imkanlar olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: "Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivi var. Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır".
Gündən-günə sürətlənən qloballaşma prosesi dağ-mədən sənayesinin rolunu və əhəmiyyətini artırır. Bu sahə Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafı üçün prioritetlərdəndir. Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin əsas hissəsi olmaqla hər bir ölkənin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyən edən amillərdəndir. Azərbaycan geoloqlarının fədakar əməyi sayəsində respublika ərazisində yaradılmış mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdirilməsinə, milli və xarici investorların cəlb olunması ilə dünya sənayesinə inteqrasiyasına geniş imkanlar açır. Hazırkı qloballaşma dövründə biz dünya iqtisadiyyatının mövcud vəziyyətinə nəzər salsaq, görərik ki, dağ-mədən sənayesi, həqiqətən, burada aparıcı rol oynayır.  
Son 20 ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri qeyri-neft sektorunda qeydə alınıb ki, bu da təsadüfi deyil. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında neftdənkənar iqtisadiyyatın inkişafı davamlı olaraq diqqət mərkəzində saxlanılıb və bu məqsədlə silsilə tədbirlər görülüb. Yüksək infrastruktur təminatı, ardıcıl səciyyə daşıyan islahatlar, həmçinin neft gəlirlərinin məqsədyönlü şəkildə iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi, innovativ texnologiyalarla işləyən yeni istehsal müəssisələrinin yaradılması, sənaye xəritəsinin regionlara doğru genişləndirilməsi və digər belə tədbirlər öz müsbət nəticələrini verib.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!