12 Noyabr 2024 21:33
375
SİYASƏT
A- A+
COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib 

COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib 

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin birinci plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirin gündəliyi və müzakirə olunacaq məsələlər barədə məlumat verib.

İclasda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stiel, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) sədri Cim Skea, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo, Polşa Prezidenti Andjey Duda, Tacikistan Prezidenti Emoməli Rəhmon, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Qırğızıstan Prezidenti Sadır Japarov, Konqo Prezidenti Deni Sassu Nqesso, Belarus Prezidenti Aleksandr Lukaşenko, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Bolqarıstan Prezidenti Rumen Radev, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Toqo Prezidenti Fore Qnassinqbe, Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine, Kipr Respublikasının Prezidenti Nikos Kristodulides, Slovakiya Prezidenti Peter Pelleqrini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska Davkova, Finlandiya Prezidenti Aleksandr Stubb, Monteneqro Prezidenti Yakov Milatoviç, Nepal Prezidenti Ramçandra Paudel, Surinam Prezidenti Çandrikapersad Santoxi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç, Qana Prezidenti Nana Addo Dankua Akufo-Addo, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Efiopiya Prezidenti Taye Atske Selassie, Sudanın Suverenlik Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, Moldova Prezidenti Maya Sandu, Braziliyanın Vitse-prezidenti Geraldu Alkmin, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Kot-d'İvuarın Vitse-prezidenti Tiemoko Meylie Kone, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi, Anqolanın Vitse-prezidenti Esperança da Kosta, Yəmənin Vitse-prezidenti Abdulla Al-Alimi, Malavinin Vitse-prezidenti Mixael Bizuik Usi, Liberiyanın Vitse-prezidenti Ceremi Kunq, Burundinin Vitse-prezidenti Prosper Bazombanza, İspaniya Hökumətinin Sədri Pedro Sançez, İordaniya Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah, Barbadosun Baş naziri Mia Amor Mottley, Belçikanın Baş naziri Aleksandr De Kro, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Macarıstanın Baş naziri Viktor Orban çıxış ediblər.

Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında təmsil etdikləri ölkə və qurumların iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində atdığı addımlar, qarşıda duran hədəflərə nail olunması ilə bağlı öhdəliklərin icrası istiqamətində görülən işlər barədə məlumat veriblər. Çıxışlarda, həmçinin Azərbaycanın COP29-u uğurla təşkil etməsinə və göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlıq ifadə olunub.

COP29-un Liderlər Sammitinə noyabrın 13-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:53
13 Noyabr

İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlib  

00:59
13 Noyabr

İtaliya mətbuatı COP29-un Liderlər Sammitinin açılış mərasimini geniş işıqlandırıb  

00:58
13 Noyabr

Mehriban Əliyeva “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransdan paylaşım edib 

23:58
12 Noyabr

Ceyhun Bayramov “Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxış edib  

23:33
12 Noyabr

Məşhur futbolçu Ronaldinyo Qauço Azərbaycandadır  

23:10
12 Noyabr

COP29-un Liderlər Sammitinin açılış mərasimində iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib

23:03
12 Noyabr

Almaniyada növbədənkənar parlament seçkilərinin tarixi barədə razılıq əldə olunub  

22:40
12 Noyabr

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana səfərə gəlib  

22:39
12 Noyabr

Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub  

22:38
12 Noyabr

Maya Sandu: Biz Moldovada karbon qazı emissiyalarının azaldılmasına töhfəmizi veririk  

22:37
12 Noyabr

COP29-un Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib

22:36
12 Noyabr

Braziliyalı nazir: Gələn il Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq  

22:35
12 Noyabr

Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb  

22:19
12 Noyabr

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına mahiyyəti üzrə baxmağa qərar verib  

22:18
12 Noyabr

İndoneziyanın COP29-dakı nümayəndəsi: Qlobal problem olan iqlim dəyişikliyinin həll yolu birgə əməkdaşlıqdadır  

22:16
12 Noyabr

COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib

21:51
12 Noyabr

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib YENİLƏNİB-6 

21:35
12 Noyabr

COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib 

21:33
12 Noyabr

COP29 çərçivəsində “İqlim maliyyəsi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub  

21:28
12 Noyabr

Jelka Tsviyanoviç: Şuşa zəngin mədəni və tarixi irsə malik şəhərdir  

21:17
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!