06 Avqust 2026 08:50
1018
SİYASƏT
A- A+
Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin institusional əsaslarını gücləndirəcək

Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin institusional əsaslarını gücləndirəcək


Çolpon-Ata Bəyannaməsi Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirən mühüm siyasi sənəddir. Bəyannamə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, Avrasiyanın yeni geosiyasi və geoiqtisadi arxitekturasında Azərbaycanın rolunun daha da gücləndiyini göstərir. 

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, Çolpon-Ata Bəyannaməsinin əsas strateji nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit və geoiqtisadi tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsidir. Son illər formalaşan əməkdaşlıq göstərir ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında siyasi, iqtisadi və logistik körpü funksiyasını yerinə yetirən əsas aktorlardan biridir. "Bu baxımdan Orta dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər dənizi üzərindən multimodal daşımaların genişləndirilməsi Azərbaycanı regionun ayrılmaz logistika mərkəzinə çevirir. Bəyannamə də məhz bu reallığı siyasi səviyyədə təsdiqləyir. Çolpon-Ata Bəyannaməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan inteqrasiya proseslərinin praktiki məzmun qazanmasına xidmət edir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında son illərdə yaranmış yüksək siyasi etimad iqtisadi layihələr, enerji əməkdaşlığı, rəqəmsal əlaqəlilik və nəqliyyat infrastrukturu vasitəsilə real nəticələrə çevrilməkdədir. Azərbaycan inteqrasiya proseslərinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Bakı tərəfindən həyata keçirilən enerji, nəqliyyat və kommunikasiya layihələri Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına daha təhlükəsiz və şaxələndirilmiş çıxış imkanlarını artırır", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində Mərkəzi Asiya böyük güclərin rəqabət məkanlarından birinə çevrilib. Belə şəraitdə Azərbaycan balanslaşdırılmış xarici siyasəti, etibarlı tərəfdaş imici və müstəqil qərarvermə qabiliyyəti ilə region dövlətləri üçün cəlbedici model kimi çıxış edir. Çolpon-Ata Bəyannaməsi göstərir ki, Bakı Mərkəzi Asiya ölkələri ilə münasibətləri hər hansı geosiyasi bloklaşma üzərində deyil, qarşılıqlı maraqlar, suverenliyə hörmət və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirir. Bu isə uzunmüddətli sabitlik üçün mühüm zəmin yaradır.

E.Mirzəbəyli bildirib ki, bəyannamədə enerji və "yaşıl inkişaf" istiqamətlərinin xüsusi yer tutması təsadüfi deyil: "Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin mühüm iştirakçılarından biridir və Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında da strateji rol oynaya bilər. Eyni zamanda Xəzər dənizi üzərindən "yaşıl enerji" dəhlizlərinin yaradılması perspektivləri Azərbaycan ilə Mərkəzi Asiya arasında əməkdaşlığın yeni iqtisadi ölçüsünü formalaşdırır. Bu istiqamət yaxın onillikdə regionun ən mühüm strateji layihələrindən biri hesab olunur".

Çolpon-Ata Bəyannaməsinin Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli Mərkəzi Asiya siyasətinin məntiqi nəticəsi olduğunu qeyd edən deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan xarici siyasət kursu Azərbaycanın Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu gün Mərkəzi Asiya dövlətləri Azərbaycanı yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, türk dünyasını, Xəzər hövzəsini və Avropa bazarlarını birləşdirən etibarlı siyasi və iqtisadi mərkəz kimi qəbul edirlər. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik çəkisinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Deputat hesab edir ki, bütövlükdə, Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin institusional əsaslarını gücləndirən və yeni strateji əməkdaşlıq mərhələsini rəsmiləşdirən mühüm siyasi sənəddir: "Bəyannamə Azərbaycanın Avrasiyanın əsas nəqliyyat, enerji və geosiyasi qovşaqlarından biri kimi rolunu daha da möhkəmləndirir, türk dünyasında inteqrasiyanın dərinləşməsinə töhfə verir və ölkəmizin regional diplomatiyada artan təsir imkanlarını təsdiqləyir. Məhz bu baxımdan Çolpon-Ata Bəyannaməsi təkcə diplomatik sənəd deyil, Azərbaycanın Mərkəzi Asiya siyasətinin strateji yol xəritəsini əks etdirən mühüm geosiyasi platforma kimi qiymətləndirilə bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!