24 Aprel 2025 08:00
475
SİYASƏT
A- A+
Çinlə yüksələn münasibətlər

Çinlə yüksələn münasibətlər


Azərbaycanı Avrasiyanın  mühüm nəqliyyat qovşaqlarından birinə çevirir


"Vətən müharibəsində Zəfər əldə etdikdən və regionda yeni reallıq yaratdıqdan sonra ölkəmiz daha geniş coğrafiyada öz xarici əlaqələrini inkişaf etdirir. Müstəqil xarici siyasət yürüdən Azərbaycana maraq Şərq ölkələrindən və qlobal Cənubdan xeyli artıb. Belə ki, inkişaf edən iqtisadi və siyasi güc, o cümlədən çoxillik münaqişənin həlli və bölgəyə de-fakto sülhün gəlməsi ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Azərbaycan dəyişən dünya nizamında artıq mediator rolunda da çıxış edir, İsrail və Türkiyə arasında əlaqələrin yaxşılaşdırılmasında barışdırıcı mövqe sərgiləyir. Azərbaycan islam dünyasında İsraillə münasibətləri yüksək səviyyədə olan ən strateji tərəfdaşdır. Ölkəmiz ABŞ-də qurulan yeni administrasiya ilə də əlaqələrini qurmaqda maraqlıdır".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib. Deputat qeyd edib ki, ADA Universitetində keçirilən Diplomatiya Forumunda Prezident İlham Əliyev Azərbaycanın Çinlə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdi. Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan Respublikası arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və müxtəlif - siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələrini əhatə edir. İki ölkə arasında həm də dostluq münasibətləri yüksək səviyyədədir və son illərdə daha da dərinləşməkdədir. 

3 iyul 2023-cü il tarixində qəbul edilmiş "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" dövlətlərarası bağlılığı daha da möhkəmləndirib. Bəyannamədə əməkdaşlığın gələcəkdə də genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki dövlətin ümumi maraqlarının birlikdə müdafiə edilməsi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi razılaşdırılıb. Eyni zamanda bəyannamə ilə iki ölkənin dinc-yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduğu təsdiq edilib. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar. Eləcə də ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. 

ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da iştirakı əlamətdar bir hadisə oldu. Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. 

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan həm də ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir və bu layihənin reallaşmasına Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Belə ki, ÇXR 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu". Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ("Orta dəhliz"), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır: "Hesab edirəm ki, vətəndaşlarımızın ölkələrə vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək. Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın belə bir nəhəng və iqtisadiyyatı uğurlu olan dövlətlə əməkdaşlıq etməsi, münasibətlərini gücləndirməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniya Deputatlar Konqresinin sədri Ulu Öndərin məzarını ziyarət edib  

15:16
23 Yanvar

İspaniya Konqresinin sədri: Azərbaycan-Ermənistan normallaşma prosesi sülh sazişi ilə nəticələnəcək

15:15
23 Yanvar

Avropanın maye qaz idxalının daha da artacağı gözlənilir  

15:12
23 Yanvar

Beynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa keçirilib 

15:07
23 Yanvar

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

15:02
23 Yanvar

Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var  

14:44
23 Yanvar

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

14:42
23 Yanvar

Tarixin əzəmət nişanələrindən biri-Qalata qülləsi  

14:36
23 Yanvar

“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib

14:28
23 Yanvar

Azərbaycanın Sülh Şurasına qoşulması regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır 

14:25
23 Yanvar

ADSEA-nın sədri Ucarda vətəndaşlarla görüşüb

13:48
23 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

13:00
23 Yanvar

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

12:53
23 Yanvar

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

12:41
23 Yanvar

Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur

12:33
23 Yanvar

Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb  

12:22
23 Yanvar

UNESCO: Son iki ildə 50-dən çox ölkədə internetin kəsilməsi halları olub  

11:41
23 Yanvar

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

11:32
23 Yanvar

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

11:24
23 Yanvar

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

Ötən gün 67 cinayətin açılması təmin olunub  

10:57
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!