05 Fevral 2026 08:25
356
CƏMİYYƏT
A- A+
Cinayətkarlar layiqli cəzalarını alacaqlar

Cinayətkarlar layiqli cəzalarını alacaqlar


Erməni qəsbkarlarının təxribatı nəticəsində 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Qazanılan qələbə nəticəsində uzun illərdən bəri Ermənistanın işğalı altında qalmış tarixi torpaqlarımız azad olundu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. 

44 günlük Vətən müharibəsində, eləcə də ondan sonra uğurla həyata keçirilən antiterror əməliyyatları zamanı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında yalnız Ermənistan silahlı qüvvələrini deyil, bütünlüklə erməni mifini məhv etdi. İkinci Qarabağ müharibəsində Azərbaycan gücünü, qüdrətini həm düşmənlərinə, həm də dostlarına göstərdi.

Xalqımıza qarşı soyqırımlar, terror hadisələri törətməkdən çəkinməyən ermənilər İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə də sakit dayanmamışlar. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən, ordumuzun bir-birindən uğurlu əks-hücumları qarşısında dayana bilməyən Ermənistan bu məğlubiyyətə azğın və namərd şəkildə "cavab" verirdi. Ermənistan silahlı qüvvələri dəfələrlə döyüş meydanından uzaq olan, mülki vətəndaşların məskunlaşdığı Azərbaycan ərazilərini hədəfə alaraq ağır itkilərlə nəticələnən terror aktları törətmişlər. 

Erməni işğalçılarının terror cəhdlərinə baxmayaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsini 44 gün ərzində Zəfərlə başa çatdırdı. 19-20 sentyabr 2023-cü ildə isə uğurla həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğala son qoyuldu. 1988-ci ildən Qarabağda məskən salmış erməni separatizminin yuvası darmadağın olundu. Azərbaycan xalqına qarşı Xocalı soyqırımı, həmçinin müxtəlif terror aktları və müharibə cinayətləri törətməkdə təqsirli bilinən erməni separatçıları və hərbi-siyasi rəhbərlik cinayət məsuliyyətinə cəlb edilərək məhkəmə qarşısına çıxarıldı. 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının bir qrup vətəndaşları barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi başladı.

Prezident İlham Əliyev həmişə çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı, terror hadisələri törətmiş erməni separatçılarının həbs edilərək layiqli cəzalarına çatacağını, günahsız insanların qanının yerdə qalmayacağını xüsusi olaraq vurğulayırdı. Dövlətimizin başçısı qətiyyətlə bildirirdi ki, Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir: "Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ki ədalət qarşısında cavab verməyiblər, amma o gün gələcəkdir".

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə xalqa etdiyi müraciətlərində də Prezident İlham Əliyev vətəndaşlarımıza qarşı soyqırımlar, terror hadisələri törətmiş erməni separatçılarının mütləq həbs edilərək cəzalandırılıcağını bildirmişdi. Dövlətimizin başçısı müraciətlərinin birində demişdir: "Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər".

Dövlət başçısının səsinə səs verən Azərbaycan xalqı da bunu istəyirdi. İstəyirdi ki, Xocalıda, eləcə də Qarabağın başqa şəhər və kəndlərində xalqımıza qarşı soyqırımlar törətmiş erməni separatçıları həbs edilərək layiq olduqları cəzalarını alsınlar. Çox şükürlər olsun ki, həmin gün yetişdi. Bir zamanlar xalqımıza qarşı faciələr törətmiş, insanları öldürmüş, şəhər və kəndlərimizi darmadağın etmiş erməni separatçıları bu gün ədalət məhkəməsi qarşısındadırlar. 

Onu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan müasir tariximizdə nadir ölkələrdəndir ki, həm ərazi bütövlüyünü və tam suverenliyini öz gücü ilə, heç kimdən və heç yerdən yardım almadan, bütün təzyiqləri dəf edərək bərpa edib. Bununla yanaşı, həm də müharibə cinayətlərini törətməkdə şübhəli bilinən şəxsləri mühakimə qarşısına çıxarıb. Yenilməz gücü və qətiyyəti hesabına mümkün olmayanları mümkün edib. 

Separatçıların ədalət məhkəməsi qarşısına çıxarıldığı ilk günlər xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbisini pul kisəsinə xidmət edən bəzi qüvvələr heç bir əsası olmayan siyasi təzyiqlər göstərməyə çalışdılar. Amma bununla heç nəyə nail olmadılar. Bütün bu əsassız təzyiqlər, qeybət xarakterli dedi-qodular Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə heç bir təsir göstərmədi. Çünki tarixdən də məlumdur ki, ədalətə qarşı çıxanlar həmişə məğlubiyyətə məhkumdurlar. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxsləri həbs edib ədalət mühakiməsinə cəlb etmək haqqın, ədalətin yenilməz təntənəsidir. Bununla yanaşı, həm  baş vermiş münaqişələrin və müharibələrin ədalətli həlli üçün qəbul edilən ən məqbul yoldur. Məlumdur ki, dünyanın bir çox ölkəsində münaqişə və müharibələr gec-tez bitir. Amma bu qanlı hadisələr zamanı yüzlərlə, minlərlə mülki insanın qətlində əli olan cinayətkarlar məsuliyyətdən kənarda qalırlar. Müharibə cinayətkarlarının ədalət mühakiməsinə cəlb olunmaması ilə bağlı xeyli nümunə gətirmək olar. Azərbaycan isə müharibədə həm qalib gəlmiş, həm də günahkarları ədalət məhkəməsi qarşısına çıxarmışdı.

Müxtəlif qanlı əməllərdə ittiham olunan erməni separatçılarının məhkəmə prosesində verdikləri ifadələr, gətirdikləri faktlar Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə Ermənistan dövlətinin, hakimiyyətinin əli olduğu təsdiqini tapdı. Ermənistan dövləti bu məsuliyyətdən qaça bilməz, çünki danılmaz faktlar göz qarşısındadır. Bundan başqa, Azərbaycan ərazilərini işğalda saxladığı illər ərzində burada törədilmiş cinayətlər, soyqırımı, urbisid və ekosidə görə də Ermənistan dövləti və onun işğalçı silahlı qüvvələri məsuliyyət daşıyır. Çünki 30 ilə yaxın müddət ərzində həmin ərazilər Ermənistan silahlı qüvvələrinin nəzarətində olub. Bu ərazilərdə baş verən hadisələrə görə də bütün məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür. Bundan heç yerə qaçmaq mümkün deyil. 

Açıq keçən məhkəmələrdə gətirilən dəlillər, göstərilən faktlar, zərərçəkmişlərin ifadələri, təqsirləndirilən şəxslərin etirafları torpaqlarımızın işğalına Ermənistan silahlı qüvvələrinin məsuliyyət daşıdığını bir daha üzə çıxardı. L.Mnatsakanyan açıq etiraf etdi ki, tarixin zibilliyinə atılmış qondarma rejimin ordusu müstəqil qüvvə yox, Ermənistan silahlı qüvvələrinin ən böyük hərbi birləşməsi olub. Qondarma rejimin ordusunda yuxarı vəzifələrə təyinat İrəvanda təsdiqlənirdi, onun təminatı Ermənistan silahlı qüvvələrinin daxilində təşkil olunurdu. Məhkəmədə A.Arutyunyanın hərbi xidmətdə olması, B.Saakyanın Şuşanın işğalında iştirakı və s. kadrlar Qarabağda və onun ətrafında baş verən hadisələrdə Ermənistanın böyük rol oynadığını təsdiq edir. Məhkəmə prosesindən o da aydın oldu ki, Ermənistan qondarma rejimi işğalçılıq siyasətini ört-basdır etmək üçün yaradıb. Özü isə rejimin arxasında gizlənərək bu cinayətkar quruma kənardan "dirijorluq" edib. Qondarma rejimin rəhbər şəxsləri Ermənistanın Qarabağda işğalçılıq siyasətini həyata keçirən əsas icraçılar idilər.

Şübhə yox ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının barəsində olan cinayət işləri üzrə məhkəmə prosesində ədalət qalib gələcək və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilənlər layiqli cəzalarını alacaqlar.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BOK gələcək Qış Olimpiya Oyunlarının vaxtını dəyişdirə bilər  

11:30
05 Fevral

Səyyar “ASAN xidmət” Ağdaşda  

11:13
05 Fevral

Hatayın yeni siması: Türkiyədə dağıdıcı zəlzələlərin izləri silinir  

11:09
05 Fevral

BDYPİ yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırır

11:02
05 Fevral

Antonio Quterreş nüvə silahları ilə bağlı təhlükənin artması barədə xəbərdarlıq edib  

10:56
05 Fevral

Dünya birjalarında neft ucuzlaşıb  

10:49
05 Fevral

Dünya bazarında qızıl 49 dollara yaxın ucuzlaşıb

10:43
05 Fevral

Əksər ərazilərə qar yağıb

10:37
05 Fevral

Dünya Hökumət Sammiti çərçivəsində Azərbaycanın təhsil əməkdaşlığı müzakirə olunub  

10:29
05 Fevral

Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq  

10:21
05 Fevral

Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib  

10:14
05 Fevral

“Cahan Sənaye Kompleksi”ndə 340 yeni iş yeri yaradılacaq  

10:12
05 Fevral

Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb

10:01
05 Fevral

Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın müxtəlif aspektləri müzakirə olunub  

09:48
05 Fevral

Avrozonada inflyasiya azalıb  

09:37
05 Fevral

Tramp: İranda nüvə silahını məhv etməsəydik, Yaxın Şərqdə sülh olmazdı

09:16
05 Fevral

Qlobal istiləşmənin səbəb olduğu sərt qış

09:15
05 Fevral

Sabahın təməlini qoyanlar

09:10
05 Fevral

Dövlətin dayağı və gələcəyin təminatçısı 

09:05
05 Fevral

BMT: Terrorçu qruplar süni intellektdən getdikcə daha fəal istifadə edir  

09:01
05 Fevral

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

09:00
05 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!