02 Aprel 2013 01:04
808
CƏMİYYƏT
A- A+
«Çağırışaqədərki hazırlıq» ilkin hərbi təlim kimi günün vacib tələbidir

«Çağırışaqədərki hazırlıq» ilkin hərbi təlim kimi günün vacib tələbidir

 

Ölkəmizdə aparılan təhsil islahatlarında ümumi təhsil özünün bütün parametrləri ilə daha çox əhəmiyyət daşımaqla xüsusi diqqət mərkəzində dayanır. Azərbaycan vətəndaşının formalaşdırılması, onun bir şəxsiyyət kimi yetişdirilməsinin ağırlıq mərkəzi məhz ümumtəhsil pilləsinin üzərinə düşür. Bu vəzifənin yerinə yetirilməsində ümumtəhsil fənləri əsas vasitələrdən biri olaraq həlledici rol oynayır. Təcrübələr və aparılmış ilkin araşdırmalar onu göstərir ki, çağırışaqədərki hazırlıq ümumtəhsil fənlərindən biri kimi bu baxımdan daha çox əhəmiyyət daşıyır. Əvvəllər "İbtidai hərbi hazırlıq", "Gənclərin çağırışaqədərki hazırlığı", 2006-cı ildən isə hökumətin təsdiq etdiyi sənədlərdə "Çağırışaqədərki hazırlıq" adlandırılan bu fənn şagirdlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, bir vətəndaş kimi vətənin müdafiəsinə hazırlanmasında xüsusi rol oynaması ilə seçilir.

Məlum olduğu kimi, ölkələr və xalqlar arasında müharibələr, qarşıdurmalar tarixən olmuş və hazırkı dövrdə də bu, davam edir. Haqlı olaraq  ölkəmizdə gənclərin təlim-tərbiyəsi humanistlik, tolerantlıq, sülhsevərlik prinsipləri əsasında aparılmaqla yanaşı, onlara vətənin müdafiəsinin nə qədər vacib bir məsələ olması bu və ya digər vasitələrlə aşılanır. Çağırışaqədərki hazırlıq fənni bu vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. Belə ki, bu fənn vasitəsilə həyatı dərketmə mərhələsində olan gənclər vətəndaşlıq, vətənpərvərlik, hərb tariximiz, ordu quruculuğu, qanunlar və onlara riayət olunması, taktiki hazırlıq, atəş hazılığı, topoqrafiya, kütləvi qırğın silahları və təbii fəlakətlərin dağıdıcı amillərinin fəsadlarından mühafizə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Bu sahədə əldə edilmiş bacarıqlar insanlara Xocalı faciəsi kimi fəlakətlər zamanı vəziyyətdən çıxış üçün düzgün qərar qəbul etmə imkanı yarada bilər.

Bildiyimiz kimi, hər hansı ölkədə mütəşəkkil səfərbərlik planı onun  müdafiəsinin əsasını təşkil edir. Məlumdur ki, ümumtəhsil məktəblərində təhsilini başa vuran məzunların hamısına ordu sıralarında xidmət etmək nəsib olmur. Səfərbərlik üzrə qanunvericiliyə əsasən, sülh dövründə xidmət etməyən vətəndaşlar müharibə dövründə müdafiə xarakterli müəyyən vəzifələri yerinə yetirmək məqsədilə orduya çağırılırlar. Bu baxımdan gənclərin çağırışaqədərki hazırlıq fənninin tədrisi xüsusi olaraq diqqət mərkəzində dayanır.

Dövlət müdafiəsinin əsasları, taktiki hazırlıq, atəş hazırlığı, hərbi nizamnamələr, sıra təlimi, hərbi topoqrafiya, mülki müdafiə, hərbi-tibbi hazırlıq və hərbi-tətbiqi fiziki hazırlıqdan ibarət olan çağırışaqədərki hazırlıq digər fənlərlə əlaqə imkanlarının olduğunu göstərir. Onlar şagirdlərin vətənini yadellilərdən qorumağa ilkin hazırlığı olan bir şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır.

Ümumi təhsilin məzmunu və strategiyasında aparılan dəyişikliklər bütün fənlərdə olduğu kimi, çağırışaqədərki hazırlıqda da baş verir. Xüsusən yuxarı siniflərdə tədris olunan bu fənnin şagirdlərin nisbətən böyük yaş dövrünə təsadüf etməsi heç də təsadüfi deyildir. Uşaqlar bu yaşda daha çox həyati hadisələrə, vətən, xalq məfhumları ətrafında düşünməyə, onları daha yüksək səy və qətiyyətlə dəyərləndirməyə cəhd edirlər. Həm də çağırışaqədərki hazırlıqla bağlı tapşırıqları həvəslə yerinə yetirir, onun məsuliyyətlə yerinə yetirilməsinə xüsusi maraq göstərirlər. İnkişafımızın müasir mərhələsində vəziyyətin belə olması çağırışaqədərki hazırlıq təliminin məzmununun şagird şəxsiyyətinin hərbi xidmət, öz ölkəsinə qulluq və xidmət mədəniyyətləri üzərində qurulmasını bir vəzifə kimi qarşıya qoyur.

Çağırışaqədərki hazırlıq üzrə dərslərin təşkili də bu fənnin ən mühüm problemlərindən biridir. Həmişə olduğu kimi, indi də dərsin maraqlı qurulması onun ən mühüm atributu hesab edilir və hər bir müəllimdən bu cəhəti gözləmək tələb olunur. Təcrübə göstərir ki, çağırışaqədərki hazırlıq fənninin hərbi qayda-qanun, intizam zabitəsindən irəli gələn keyfiyyətləri onu daha orijinal etməklə fərqləndirir, rəsmiyyət və ciddiyyətini artırır. Belə olan şəraitdə onu maraqlı etmək, təlim fəaliyyətinə çevirmək, şagirdin diqqət mərkəzində saxlamaq mühüm pedaqoji problem kimi düşünməyi, araşdırmalar aparmağı tələb edir.

Dərs kiçik bir pedaqoji mühitdir, uzun olmayan təlim şəraitidir. Şagirdlər bu prosesdə öyrənməklə yanaşı, həm də bir şəxsiyyət kimi müəyyən dəyərlərə yiyələnirlər. Çağırışaqədərki hazırlıq fənninin mərdlik, kişilik məktəbinə doğru addımlayan şagirdlərin formalaşması baxımından əhəmiyyəti digər fənlərlə müqayisədə daha çoxdur. Onlar dəqiqlik, konkretlik, vətəndaşlıq, vətənpərvərlik, çeviklik, intizamlılıq, dözümlülük, səliqəlilik kimi yüksək dəyərləri daha çox məhz bu fənnin tədrisi prosesində əldə edə bilərlər. Ona görə də müəllimlər çağırışaqədərki hazırlıq fənninə adi məişət ilə hərbi rejim, hərbi həyat arasında olan bir mərhələ kimi yanaşmalı və fəaliyyətlərini bu ruhda tənzimləməlidirlər.

Çağırışaqədərki hazırlıq fənni üzrə müasir dərs necə olmalıdır? İndiki şəraitdə onu necə maraqlı etmək olar? Bu suallar müəllimləri hər bir dərsə hazırlaşarkən düşündürməlidir. Çünki dərslərin ümumi parametrləri eyni olsa da, hər mövzu üzrə qurulan dərs spesifik cəhətinə görə fərqlənməli, özünəməxsus spesifik xətt üzrə qurulmalıdır. Mövzuya uyğun müəyyən edilən məqsəd, vəzifə, üsul, forma yeni olmalı, nəzərdə tutulmuş strateji məqsədin həyata keçirilməsinə xidmət göstərməlidir. Bu zaman istifadə olunan resurslar və təlim şəraiti (təlim yerləri) ümumi pedaqoji tələblərə cavab verməklə yanaşı, həm də konkret qarşıya qoyulmuş məqsədin reallaşdırılmasına imkan yaratmalıdır. 

Çağırışaqədərki hazırlıq fənni üzrə təlimin ümumi problemlərindən biri zəruri resurslardan yerli-yerində istifadə etməkdir. Bunun üçün ilk növbədə həmin resursların yaradılması gündəmdə dayanan ən vacib məsələlərdən hesab olunur. Resurslar dedikdə, təlim-tədris bazası və müvafiq maddi-texniki bazanın yaradılması başa düşülür. Məsələn, təlim silahı, təlim patronları və atəş tiri olmadan silahı və atəş qaydalarını öyrətmək və öyrənmək mümkün deyil. Çağırışaqədərki hazırlıq fənni üzrə tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün ümumtəhsil məktəblərində aşağıda göstərilən minimum kompleks təlim-tədris bazası olmalıdır: hərbi kabinet, təlim silahlarının, sursatların, mexaniki nişanalma, mülki müdafiə və s. cihazların saxlanılması otağı, atəş tapşırıqlarının yerinə yetirilməsi üçün tir, sıra hazırlığı üzrə praktik təlimlərin keçirilməsi üçün meydança və s. Əlavə olaraq sinfin başqa-başqa hissəsində saatların, gün növbətçisinin, mülki müdafiə üzrə fəaliyyəti əks etdirən sənədlər (dərs zamanı bunlar saatların vəzifələrini, kimya kəşfiyyat postunun və s. vəzifələrini öyrədən təlim nöqtəsi kimi istifadə edilir) lövhəsi olmalıdır. Həmçinin məktəblərdə təlim-tədris bazası xüsusi plan əsasında ayrı-ayrı yerlərdə yaradılmalıdır. Hərbi tərbiyəvi hazırlıq üzrə əyani vəsaitlər hərbi kabinetin girişində, taktiki, atəş, topoqrafiya uzrə praktik dərslərin keçirilmə yeri isə idman şəhərciyi ərazisində təşkil oluna bilər.

Təlim-tədris bazasının təşkilində texniki təlim vəsaitlərilə yanaşı, əyani vəsaitlərin də mühüm didaktik əhəmiyyəti vacibdir. Onlar iki hissəyə ayrılır: daşınan və daşınmayan.

Məktəblərdə təlim-tədris bazasının güc

ləndirilməsi başqa əlaqədar təşkilat və idarələrlə sıx əlaqə əsnasında mümkündür. Belə ki, Müdafiə Nazirliyinin nəşri olan "Hərbi Bilik" jurnalının, "Hərbi And" qəzetinin hər ay məktəblərə verilməsi, təlim, silah-sursat və s. ilə təmin olunmaqla yeni yaradılmasına baxmayaraq, az vaxtda yüksək nailiyyətlər əldə etmiş Müdafiə Sənayesi Nazirliyinin yaxından iştirak etməsi, eləcə də praktik dərslərin təşkilində yaxın hərbi hissələrin köməyi mümkündür.

Yeni müvafiq qanun və bu sahədə həyata keçirilən dəyişikliklər onu göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu sahədə bir çox işlərin görülməsi planlaşdırılır. O cümlədən, yaxın ərazilərdə yerləşən hərbi hissələrdə bəzi praktik dərslərin, görüşlərin (ildə bir dəfə döyüş güllələri ilə atəş, hərbi hissələrin həyat tərzi ilə tanışlıq) və s. təşkili üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Təlim-tədris bazasının məktəblərdə qurulması, dərs və dərsdənkənar tədbirlərin təşkili çağırışaqədərki hazırlıq müəllimlərindən yüksək ustalıq və təşkilatçılıq bacarığı tələb edir.

Ölkədə bütun sahələrdə aparılan islahatlar, yeniliklər və qlobal dəyişikliklər, ordunun hazırlığının NATO döyüş hazırlığı sisteminə keçidi sözügedən fənnin tədrisinin vacibliyini qabarıq şəkildə üzə çıxarır ki, bu da müəllim kadrlarının  hazırlığı və təkmilləşdirilməsi məsələsinin həllini qarşıya qoyur. Bu fənnin tədrisi mütləq ixtisaslı və hərbi ixtisaslı kadrlar tərəfindən həyata keçirilməlidir və onların ildə bir dəfə müvafiq nazirliklərin və dövlət idarələrinin bazasında metodik toplantılara cəlb olunması vacibdir. Bu toplantıların planında metodik, səfərbərlik, hərbi və mülki müdafiə üzrə problemlərin müzakirəsi yer ala bilər.

Məktəblərdə çağırışaqədərki hazırlıq fənninin tədrisinin təşkili, təlim-tədris bazasının yaradılması və daim gücləndirilməsi, silah-sursatın saxlanılmasına və mühafizəsinə nəzarət birbaşa məktəb rəhbərliyinə həvalə edilmişdir. Məktəb rəhbərliyinə fövqəladə hallar üzrə tədbirlərin təşkilinə cavabdeh səxs kimi hərbi rəhbərə müxtəlif hadisələr zamanı şəxsi heyətin hərəkətinin planlaşdırılmasında və bu sahədə maarifləndirmə işlərinin aparılmasında kömək göstərilməlidir.

Ümumiyyətlə, çağırışaqədərki hazırlıq fənni üzrə təhsilin müasir problemləri ətrafında daha geniş diskussiya aparmaq olar. Lakin bu məsələləri bir qəzet məqaləsində əhatə etmək çətindir. Odur ki, biz bu yazıda ən vacib məsələlərdən bəhs etdik.

 

Ceyhun MƏMMƏDYAROV,

Təhsil Problemləri İnstitutunun elmi işçisi, ehtiyatda olan zabit

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!