26 May 2023 20:20
451
SİYASƏT
A- A+
Ceyhun Bayramov: Mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılması vacibdir

Ceyhun Bayramov: Mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılması vacibdir

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanın BMT çərçivəsində fəaliyyətindən məmnunluq ifadə edilib, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüsləri, o cümlədən sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı yüksək qiymətləndirilib.

Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda, Azərbaycanın donor ölkə qismində yaxından əməkdaşlıq etdiyini bildirib. Tərəflər, həmçinin post‐münaqişə dövründə bölgədə son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsinə, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub. COVID-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikası tərəfindən bir çox ölkələrə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb.

Nazir daha sonra qarşı tərəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi məsələsini diqqətə çatdırıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir, ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.

Ətraflı məlumata görə təşəkkür edən Aleksandr Zuyev qısa müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın davamlı inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olunduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib. BMT nümayəndəsi ölkəmizi “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda mühüm beynəlxalq humanitar konfransın keçirilməsinə görə təbriklərini çatdırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!