29 Yanvar 2025 17:35
321
SİYASƏT
A- A+
Ceyhun Bayramov: Azərbaycan regionda sülhün bərqərar olması üçün konstruktiv addımları davam etdirəcək  

Ceyhun Bayramov: Azərbaycan regionda sülhün bərqərar olması üçün konstruktiv addımları davam etdirəcək  


Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası geniş coğrafi məkanda iqtisadi əməkdaşlıq imkanları açdı. Bu gün Şərqlə Qərb arasında Orta Dəhlizin işğaldan azad edilmiş Azərbaycan torpaqlarından keçən yeni arteriyasının formalaşdırılması istiqamətində addımlar atılır. Bu marşrutun böyük potensialı var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair birgə mətbuat konfransında ifadə edib.

Azərbaycan diplomatiyasının rəhbəri ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasına diqqət çəkib. “Ermənistanın hazırkı Konstitusiyasının və bir sıra digər normativ aktların qəbuledilməz maddələri, habelə revanşizm çağırışları sülh yolunda maneə olaraq qalır. Azərbaycan bundan sonra da bu istiqamətdə konstruktiv addımlar atacaq”, - deyə Bayramov bildirib.

Xarici işlər naziri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri barədə görüş iştirakçılarına məlumat verib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına verdiyi töhfələrə görə Türkiyə və Özbəkistana minnətdarlığını bildirib.

Türkiyə və Özbəkistanla əlaqələrə toxunan Azərbaycan XİN-in rəhbəri hər iki ölkə ilə əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayıb. “Ölkələrimiz iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahələrində əməkdaşlıq istiqamətində ciddi addımlar atıb. Yeni, o cümlədən üçtərəfli əsasda layihələr müzakirə olunur”, - deyə o bildirib.

C.Bayramov bərpaolunan enerji mənbələri sahəsini Türkiyə və Özbəkistanla əməkdaşlığın potensial əhəmiyyətli istiqamətlərdən biri kimi qeyd edib.

Nazir üç ölkənin ərazisindən keçən marşrutların tranzit və logistika potensialına da diqqət çəkib. “Bizim Orta Dəhliz mövzusunu, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun (ildə 1 milyon tondan 5 milyon tona qədər) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (5 milyon tondan 25 milyon tonadək) ötürücülük qabiliyyətinin genişləndirilməsini müzakirə etmək imkanımız oldu. Ümumiyyətlə, Xəzər regionu yükdaşıma baxımından böyük potensiala malikdir”, - deyə C.Bayramov bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri üç türk ölkəsi arasında əməkdaşlığın mühüm istiqamətləri sırasında yer alan ətraf mühitin mühafizəsi istiqamətində atılan addımları da qeyd edib. O, bununla əlaqədar olaraq sammitin yekunlarına səmərəli təsir göstərən COP29 iqlim konfransının keçirilməsinə verdiyi töhfəyə və fəal iştirakına görə Ankara və Daşkəndə təşəkkürünü bildirib.

C.Bayramov daha sonra məlumat verib ki, üç qardaş ölkənin nazirləri beynəlxalq müstəvidə, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İƏT, ATƏT, D-8 və digər formatlarda əməkdaşlıq mövzusunu da müzakirə ediblər. Bununla yanaşı, “2024-cü ildə birləşmiş ərazi icması və cari ilin planları” mövzusunda aparılan işlərin nəticələrinə baxılıb.

Regional məsələlər kontekstində Əfqanıstandakı vəziyyət müzakirə edilib, bu ölkəyə humanitar yardımın çatdırılmasının və Trans-Əfqan dəmir yolu layihəsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, Qəzza zolağında atəşkəs razılaşmasına hörmət edilməsinin vacibliyi qeyd olunub. “Azərbaycan İsrail və Fələstin arasında “iki xalq üçün iki dövlət” prinsipinə əsaslanan sülh ideyasını dəstəkləyir. Rəsmi Bakı bu istiqamətdə diplomatik səylərini davam etdirəcək”, - deyə C.Bayramov əmin edib.

O, daha sonra Türkiyənin Suriyadakı proseslərdə müsbət rol oynadığını vurğulayıb. Nazir əlavə edib: “Sabitliyi və Suriyanın bərpasını təmin etmək istiqamətində addımlar atmaq lazımdır”.

Azərbaycan diplomatiyasının rəhbəri çıxışında Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş faciə ilə əlaqədar Türkiyə rəhbərliyinə və xalqına başsağlığı verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

20:33
17 Fevral

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

19:40
17 Fevral

Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub

19:39
17 Fevral

Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub

19:38
17 Fevral

Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub

19:37
17 Fevral

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

19:37
17 Fevral

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

19:36
17 Fevral

Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

19:35
17 Fevral

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

19:34
17 Fevral

Azərbaycanda əhalinin sayı açıqlanıb

19:33
17 Fevral

Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

19:32
17 Fevral

Kvant dünyasında zaman iki istiqamətdə axa bilər

18:02
17 Fevral

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

18:00
17 Fevral

Kiyev və Əbu-Dabi ukraynalı əsirlərin geri qaytarılmasını müzakirə ediblər  

17:58
17 Fevral

AMEA-da sinqapurlu alimlərlə görüş olub

17:57
17 Fevral

A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında  

17:24
17 Fevral

İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17:23
17 Fevral

Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub  

17:21
17 Fevral

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb

17:20
17 Fevral

Vergi xidmətinin 25 illiyi qeyd edilib

17:13
17 Fevral

Naxçıvanda sahibkarlıq subyektləri çoxalır, yeni iş yerləri artır

17:12
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!