06 Oktyabr 2026 13:32
190
SİYASƏT
A- A+
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb  

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb  


Oktyabrın 5-də Azərbaycanın “Gilavar” Foto Klubu İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində - BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər Sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında fotosərgi açıb.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb. Bundan başqa, Cenevrədə stendlərlə tanış olan xarici izləyicilər Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizmin, dağıntıların təsvirləri və həmin ərazilərdə Azərbaycan dövlətinin qurduğu yeni həyatın, dirçəlişin tabloları ilə tanış olublar.

“Gilavar” Foto Klubunun rəhbəri Rəşad Mehdiyev bildirib ki, bu fotolar beynəlxalq ictimaiyyəti BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırır, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır, Azərbaycan minadan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistan bu ərazilərdə 1.5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla da kəskin çirkləndirilib. Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur, hətta aşkar edilmiş bir sıra kütləvi məzarlıqların ətrafı da minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar üçün minalar basdırılıb. Bu, bəşəri cinayət hesab olunmalıdır.

Ekspozisiya ilə tanış olanlara məlumat verilib ki, bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər barədə dəqiq məlumatları, xəritələri təqdim etmir. Verilmiş əksər xəritələrin saxta və etibarsızlığını mina hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənarda baş verməsi də sübut edir. Bu fəaliyyət heç bir halda sülhə xidmət etmir. 2020-ci ildə 44 günlük müharibədən sonra - Azərbaycanda mina hadisələrindən ölən şəxslərin mütləq əksəriyyəti mülki şəxslərdir. O da qeyd olunub ki, mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurda minalanmış geniş sahələr ekologiya və ətraf mühitə, kənd təsərrüfatına da böyük zərbədir.

Ekspozisiya ilə tanış olanlar yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun minadan azad bölgə elan olunmasını arzulayıblar.

Azərbaycan QHT-si BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı digər Avropa ölkələrində də davam etdirəcək.

“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb  

14:06
06 Oktyabr

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər  

14:03
06 Oktyabr

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var  

14:02
06 Oktyabr

Yeni Azərbaycan Partiyası: qələbələrimizin siyasi ünvanı  

13:58
06 Oktyabr

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb  

13:58
06 Oktyabr

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər  

13:57
06 Oktyabr

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib  

13:54
06 Oktyabr

Azərbaycanın sarsılmaz özgüvən konsepsiyası  

13:36
06 Oktyabr

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

13:33
06 Oktyabr

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb  

13:32
06 Oktyabr

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb  

13:30
06 Oktyabr

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK 

13:29
06 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK  

13:27
06 Oktyabr

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar  

13:26
06 Oktyabr

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

13:05
06 Oktyabr

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb  

13:03
06 Oktyabr

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib  

13:01
06 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasının prioritetləri: Ordu quruculuğunun yeni mərhələsi və hərbi-sənaye kompleksinin gücləndirilməsi

12:59
06 Oktyabr

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də  

12:42
06 Oktyabr

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb  

12:41
06 Oktyabr

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib  

12:40
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!