25 Aprel 2025 08:35
475
SİYASƏT
A- A+
Cəfəng "böyük Ermənistan" xülyası real Ermənistanı məhvə aparır

Cəfəng "böyük Ermənistan" xülyası real Ermənistanı məhvə aparır


İrəvanda qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması Ermənistanda etnik nifrətin, rasizmin, azərbaycanofobiyanın, türkofobiyanın günümüzdə də tüğyan etdiyinin göstəricisidir. 

Məhz Azərbaycanın səyləri sayəsində son beş ildə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün mühüm şəraitin yarandığı həssas bir dönəmdə erməni cəmiyyətində hökm sürən belə bir nifrət mühiti qarşıda iki ölkə arasında normallaşmanın əldə olunması üçün yaxşı heç nə vəd etmir. 

Sosial şəbəkələrin Ermənistan seqmentinə, həm də təkcə müxalifətə və revanşistlərə deyil, hökumətə yaxın sosial şəbəkə seqmentinə nəzər salmaq  Azərbaycana qarşı təhqir, hədyan, aqressiya ab-havasını görməyə yetir. Bütün bunlar ümumilikdə erməni cəmiyyətinin sülh yox,  revanş istəyində olduğunu göstərir.

Erməni cəmiyyətini revanşizmə kökləyən başlıca qüvvələrdən biri kin-küdurət, xəbislik, sözün əsl mənasında şeytan yuvası olan erməni kilsəsidir. Din xadimi adına qara ləkə olan erməni keşişlər sülhü, barışığı, tolerantlığı, birgəyaşayışı təbliğ etmək əvəzinə milli nifrəti, şovinizmi, revanşizmi körükləməklə məşğul olurlar.  


"Miatsum" ideyasının tabutuna son  mismar çalınıb 


Pasxa bayramı zamanı Qüds şəhərində erməni keşişlərin çoxdan cəhənnəmə vasil olmuş qondarma rejimin əski parçasını nümayiş etdirməsi də bütün bu məkrli fəaliyyətlərin bir parçası idi. 

Ancaq 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri zamanı separatçıları qarşısında diz çökdürən "dəmir yumruq" sərsəm "miatsum" ideyasının tabutuna son mismarı çalıb. Buna görə də erməni keşişlər çirkin əməlləri ilə Qüds kimi müqəddəs torpağı murdarlamaqdansa, iki ilə yaxındır vayına oturulmuş qondarma rejimə yas saxlamaqdansa, erməni xalqının gələcək və heç də ürəkaçıcı olmayan taleyi haqqında düşünsələr daha yaxşı olar. 

Ermənilərin xəstə təfəkkürlə "böyük Ermənistan" xülyasının arxasınca sürüklənərək özlərini acınacaqlı vəziyyətə salmaları hər kəs tərəfindən bilinən gerçəklikdir. Haylar əl çəkmək istəmədikləri bu cəfəng ideologiyanın nəticəsində havadarlarının köməyi ilə yaratdıqları qondarma dövlətləri olan Ermənistanı da uçurumun kənarına gətiriblər. Bu qondarma dövlət Azərbaycana qarşı apardığı işğalçı müharibə, eləcə də digər qonşuların torpaqlarına göz dikməsi nəticəsində hazırda dalanda qalaraq nəfəssizlikdən boğulur. 

Bu da ayrı tragikomediyadır ki, bölgədə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qalan, bütün sahələrdə böhran yaşayan İrəvan sülh haqqında düşünməkdənsə xarici havadarlarının dəstəyi ilə revanşa hazırlaşır. 

Ermənistanın istisnasız olaraq hakim dairələrindən tutmuş müxalif qüvvələrinə, din xadimlərindən sadə camaatına qədər bütün cəmiyyətində Azərbaycan əleyhinə isterika, revanş hissi hökm sürür.  

"Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur". Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev də məhz bu məqama vurğu edərək dedi ki, biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən "böyük Ermənistan" xəyallarını unutmamalıyıq: "Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır".


Xəstə toplum


Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesi yekunlaşıb. Növbəti mühüm mərhələ isə Ermənistanın sülh müqaviləsinin imzalanması üçün ölkəmizin tələb etdiyi şərtləri yerinə yetirməsidir. Bakının tələbi isə tam legitim, beynəlxalq hüququn prinsiplərinə uyğundur. Belə ki, artıq dünyada Qarabağ adlı münaqişə olmadığı üçün vaxtilə bu münaqişəni danışıqlar yolu ilə nizamlamaq məqsədilə missiyalandırılmış ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətinə də ehtiyac qalmayıb. Buna görə də adıçəkilən qrupun hüquqi olaraq buraxılması da zəruridir. Lakin bunun üçün  Ermənistan tərəfi Azərbaycanla birgə müraciət etməkdən yayınır. 

Digər tərəfdən Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları yer aldığı üçün birmənalı olaraq dəyişdirilməlidir. Ancaq İrəvanın bu tələbdən də yayınaraq hərbi eskalasiyanı artırması, sürətlə silahlanması, bir sözlə, sülhə deyil, müharibəyə hazırlaşması da faktdır. 

Ermənistanın ölkəmizə qarşı ərazi iddiasından əl çəkməməsinə görədir ki, tez-tez qondarma rejimin əski parçasının nümayiş etdirilməsi ilə rastlaşırıq. Eyni zamanda xalqımıza qarşı çoxsaylı hərbi cinayət əməli törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəmələrinə Ermənistandan və qərəzli Qərb dairələri tərəfindən uzadılan məkrli dilləri görürük. Həmçinin Qarabağı könüllü tərk etmiş ermənilərin ətrafında müxtəlif manipulyasiyalar edildiyinə, onların sayının olduğundan qat-qat şişirdildiyinə, "qayıdış hüquqları"ndan dəm vurulmasına şahidlik edirik. 1980-ci illərin sonlarında Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq dədə-baba yurdlarından didərgin salınan üç yüz min qərbi azərbaycanlının tapdalanmış hüquqları isə bəzi "demokratik" ölkə və qurumların diqqətini cəlb etmir. 

Ermənistan baş naziri Nikol Paşinyan da dildə Ermənistan cəmiyyətində hökm sürən revanşizm əhvalının, "böyük Ermənistan" xülyasının real Ermənistanın sonu olacağını deyir. Ancaq Paşinyanın bu fikirlərində səmimi olmadığı və elə özünün də həmin cəfəng ideyanın quyruğunu buraxmaq niyyətində bulunmadığı göstərdiyi fəaliyyətdən məlumdur.  

Təsəvvür edin ki, 2020-ci ildə döyüş meydanında ordusu darmadağın edilən və yalvararaq məğlubiyyət aktına imza atan Ermənistanda bu gün Azərbaycana və Türkiyəyə məxsus bayraqların yandırılması kimi hədsizlik edilir. Bu, sivil dövlət dəyərlərinə təhqir olmaqla yanaşı, erməni şovinizminin, əsrlərdir onlarda sağalmaz xəstəlik kimi formalaşmış ksenofobiyanın, azərbaycanofobiyanın, türkofobiyanın təzahürüdür. Cəfəng "böyük Ermənistan" xülyasının arxasınca sürünən və kin-küdurət, nifrət, xainlik, qaniçənlik kimi iyrənc xüsusiyyətlərdən bəslənən xəstə hay toplumu üçün bayraq yandırmaq adi hal sayılır. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!