10 Avqust 2022 13:12
1370
CƏMİYYƏT
A- A+
Cəbrayılın son 90 illik tarixinə işıq salan "Xudafərin"

Cəbrayılın son 90 illik tarixinə işıq salan "Xudafərin"

 

"Xudafərin" qəzeti 1932-ci ildən nəşr olunur. Artıq 90 ildir ki, Cəbrayıl rayonunun ictimaiyyəti ilə ünsiyyətdə olan qəzet bu müddət ərzində oxucularının sevimlisinə çevrilib.

Bunun əsas səbəbi isə təbii ki, qəzetin qələm əhlidir. "Xudafərin"in müxtəlif dövrlərdə adlı-sanlı, tanınmış redaktorları olub - Adil Əbilov, Xasay Əliyev, Şahsuvar Yusifov, Qaryağdı Həsənov, Əfsər Məmmədov, İnqilab Əliyev, Fehruz Atakişiyev, Sirac Rüstəmov, Ədil Şərifov, Hafiz Hüseynov, Sərməst Seyidəliyev, Afər Əhmədov, Seyfəddin Əliyev, Sahib Abdullayev. Məhz onların sayəsində qəzet sarsılmaz bünövrə tutub, mənəvi inkişaf yolu keçib. Bir də Cəbrayılın adlı-sanlı, tanınmış ziyalılarının, yazarlarının demək olar əksəriyyəti "Xudafərin"in şinelindən çıxaraq püxtələşiblər. Bu mənada "Xudafərin" Cəbrayılın qələm adamlarının mənəvi yaradıcılıq mərkəzi rolunu da oynayıb. Şair İsmayıl İmanzadənin rəhbərliyi altında rayonda fəaliyyət göstərən "Ümid" Ədəbi Birliyi üzvlərinin sayseçmə şeir və nəsr nümunələrinin ilk dəfə "Xudafərin"də işıq üzü görməsi bunun təsdiqidir.

"Lenin bayrağı" adı altında həyata vəsiqə alan, 1960-cı illərin əvvəllərində "Kolxozçu", 1990-cı illərin əvvəllərindən isə "Xudafərin" adı ilə nəşr olunan qəzet yeni adı ilə keçmiş sovet stereotiplərindən sıyrılmış, kommunist düşüncələrindən azad olmuşdur.

Məlumdur ki, 30 ilə yaxın Cəbrayıl camaatı erməni işğalı nəticəsində məcburi köçkün həyatı yaşamışdır. Bu ağır illərdə də "Xudafərin" cəbrayıllıların birlik rəmzinə, dərd-sərini bölüşdükləri mənəvi məkana çevrilmişdir. Qəzet imkanı daxilində həmyerlilərinin yurda qayıtmaq ümidlərini ölməyə qoymamış, "Xudafərin" adına, harayına sığınanların ümid ünvanı olmuşdur.

7 il baş redaktorun müavini, 14 il baş redaktor kimi fəaliyyət göstərdiyim zamanda həmişə bir arzum olmuşdur ki, insanlarımızla bərabər "Xudafərin" də məcburi köçkünlükdən qurtulsun, doğma Cəbrayılımıza qovuşsun. Artıq bu arzum çin olmuşdur. 2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının ildönümünü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə doğma Cəbrayılda qeyd etdik. Həmin tədbirə "Xudafərin" qəzetinin müxtəlif saylarını da aparmışdım. Cənab Prezidentlə görüşəndə onları təqdim etdim. Dövlət başçısı diqqətlə qəzetə göz gəzdirdi. Bu, mənim üçün bir sevinc, qürurverici an idi. Çünki ürəyimdəki arzuma çatmışdım - "Xudafərin" Ali Baş Komandanı - qalib sərkərdəni Cəbrayılda salamlayırdı.

Bütün bunlardan sonra heç şübhə etmirik ki, ağır illərin sınağından çıxan, yurddaşlarının qələbə və qayıdış inamını ölməyə qoymayan 90 yaşlı "Xudafərin" tezliklə Cəbrayıl sakinlərinin doğma yurda dönüşünün bələdçisi və rayonumuzda aparılan bərpa-qurculuq işlərinin tərənnümçüsü olacaq.

ŞAKİR ALBALIYEV,

"Xudafərin" qəzetinin baş redaktoru,  filologiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər artıq sərhəd deyil

08:15
10 Yanvar

Azərbaycan öz maraqlarını qorumaqda qətiyyətlidir

08:10
10 Yanvar

Azərbaycandan dünyaya mesajlar

08:05
10 Yanvar

Güc, balans və milli maraq

08:00
10 Yanvar

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında

01:08
10 Yanvar

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

01:06
10 Yanvar

A.C.İsgəndərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:05
10 Yanvar

"Dövlət rüsumu haqqında" və"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
10 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edilməsi haqqında

01:03
10 Yanvar

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:01
10 Yanvar

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:00
10 Yanvar

Azercell abunəçilərinin nəzərinə

00:57
10 Yanvar

Zelenski: “Oreşnik” raketinin Lvov bölgəsinə atılması Avropa üçün də təhlükə yaradır  

22:48
09 Yanvar

GAK sədri: Prezident İlham Əliyevin ana dilimizlə bağlı söylədiyi fikirlər xaricdə yaşayan azərbaycanlılar üçün ciddi siqnaldır  

22:04
09 Yanvar

Türkiyəli ekspert: Zəngəzur dəhlizi “Türk ticarət dəhlizi”nin ən mühüm halqasıdır  

21:42
09 Yanvar

Almaniya XİN Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsini yüksək qiymətləndirib  

21:40
09 Yanvar

ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib  

21:39
09 Yanvar

Respirator virus infeksiyaları ilə xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək deyil 

21:38
09 Yanvar

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib  

21:22
09 Yanvar

Qəzzada Sülh Şurasına bolqarıstanlı diplomat rəhbərlik edəcək  

18:32
09 Yanvar

“Motorola”dan futuristik yenilik

18:31
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!