25 Oktyabr 2024 16:22
456
DÜNYA
A- A+
BVF qlobal iqtisadi artım proqnozunu 3,2 faiz səviyyəsində saxlayıb

BVF qlobal iqtisadi artım proqnozunu 3,2 faiz səviyyəsində saxlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın aşağı artım templi yüksək borclar üzündən təhlükə ilə qarşı-qarşıya olduğu barədə xəbərdarlıq edərək, siyasətçiləri borclanma səviyyəsinə diqqət etməyə və artıma dəstək verən islahatlar aparmağa çağırıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, BVF-nin icraçı direktoru Kristalina Georgieva BVF və Dünya Bankı Qrupunun İllik Görüşləri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib: “Qlobal iqtisadiyyatda yaranan bu vəziyyət aşağı gəlirlər və daha az iş yerləri deməkdir. Bu, həm də dövlət gəlirlərinin azalması, beləliklə, ailələri dəstəkləmək və iqlim dəyişikliyi kimi uzunmüddətli problemlərə qarşı mübarizə aparmaq üçün daha az investisiya deməkdir”.

Georgieva siyasətçiləri, mərkəzi bankları inflyasiyanın hədəfə qayıtmasını təmin etməyə çağırıb, həmçinin borc və kəsirlərə qarşı hərəkətə keçməyin vaxtı olduğunu bildirib. Onun sözlərinə görə, ən vacib amil ölkələrin inkişafa dəstək verən islahatların həyata keçirməsidir. BVF-nin təhlili göstərir ki, bu islahatlar inkişaf etməkdə olan ölkələrdə dörd il ərzində istehsalı 8 faiz artıra bilər.

Oktyabrın 24-də açıqlanan son Dünya İqtisadi Görünüşündə (WEO) BVF 2024-cü ildə qlobal artım proqnozunu iyul ayı proqnozuna uyğun olaraq 3,2 faiz səviyyəsində saxlayıb. Bundan sonra beş il üçün artım perspektivləri zəif olaraq qalır və 3,1 faizlə onilliklərin ən aşağı səviyyəsində qalır.

Qabaqcıl iqtisadiyyatların bu il 1,8 faiz, inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan iqtisadiyyatların isə 4,2 faiz artacağı proqnozlaşdırılır. Proqnozlara görə, Çin iqtisadiyyatı 4,8 faiz böyümə yolundadır. Georgieva Çin iqtisadiyyatının doğru yolda inkişaf etdiyini qeyd edərək bəzi mülahizələrini də əlavə edib: “Xeyli müddətdir ki, Çin bu yolda əngəllə üzləşib: Pekin ixraca əsaslanan artım siyasətinə davam etməli və ya daxili istehlakı artırmalıdır. Biz belə hesab edirik ki, Çin iqtisadiyyatı bu qədər böyüdüyünə görə, artımın etibarlı mənbəyi məhz sonuncu, daxili istehlakdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!