24 Yanvar 2022 15:24
405
DÜNYA
A- A+

Burkino-Fasoda hərbçilər hakimiyyəti ələ keçirib

Burkino-Fasoda hərbçilər ölkənin idarə olunmasını öz üzərlərinə götürüblər .

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hərbçilər demokratik keçid orqanı yaradıldığını bildiriblər. Eyni zamanda, qiyamçıların lideri ölkənin beynəlxalq öhdəliklərinə sadiq qaldığını bəyan edib.

Burkino-Fasodan ziddiyyətli xəbərlər gəlir. Reuters agentliyi Burkino-Faso prezidenti Rok Mark Kristian Kaborenin hərbçilər tərəfindən həbs edildiyi barədə məlumat yayıb. LSİ Afrika portalı isə xəbər verib ki, prezident ailəsi Burkino-Fasonu tərk edib. Qiyamçılar prezidentin istefa verməsini tələb edirlər. Yerli leFaso informasiya portalının məlumatına görə, dövlət başçısı təhlükəsiz yerdədir. Hazırda ölkənin qanuni hakimiyyət orqanları ilə qiyamçılar arasında danışıqlar gedir.

Qeyd edək ki, yanvarın 23-də Burkina-Fasonun bir sıra hərbi bazalarında qiyam baş verdiyi, ölkənin paytaxtı Uaqaduquda qeyri-müəyyənlik hökm sürdüyü bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video