12 Sentyabr 2025 17:33
546
DÜNYA
A- A+
Bu ilin 7 ayında Azərbaycan 170-dək ölkə ilə ticarət əməliyyatları həyata keçirib

Bu ilin 7 ayında Azərbaycan 170-dək ölkə ilə ticarət əməliyyatları həyata keçirib


Cari ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 28 milyard 187,3 milyon dollar, o cümlədən ixracın dəyəri 14 milyard 572,5 milyon dollar, idxalın dəyəri 13 milyard 614,8 milyon dollar təşkil edib, nəticədə 957,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,4 faiz artıb, real ifadədə 5,1 faiz azalıb. İdxal real ifadədə 1,2 faiz artıb, ixrac isə 9,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 86,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Birləşmiş Krallıq, ABŞ, Çexiya, Qazaxıstan, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Yunanıstan, Rumıniya, İsveçrə, Portuqaliya, Avstraliya, İran, Ukrayna, Meksika, Cənubi Afrika Respublikası və Özbəkistan ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18 faizi Çinin, 17,2 faizi Rusiyanın, 10,1 faizi Türkiyənin, 5,3 faizi ABŞ-ın, 4,9 faizi Birləşmiş Krallığın, 3,8 faizi Almaniyanın, 3,4 faizi Qazaxıstanın, 2,7 faizi Avstraliyanın, 2,5 faizi İranın, 2,2 faizi İtaliyanın, hər biri 2 faiz olmaqla Meksika və Cənubi Afrikanın hər biri 1,7 faiz olmaqla Özbəkistan və Braziliyanın, 1,6 faizi Yaponiyanın, 1,5 faizi Koreyanın, 1,4 faizi Belarusun, 1,3 faizi İsveçrənin, 1,2 faizi Ukraynanın, hər biri 1,1 faiz olmaqla Kanada və Fransanın, hər biri 1 faiz olmaqla İspaniya və Hindistanın, 11,3 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyul aylarında mühüm məhsul növlərindən buğda idxalı 40,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,6 faiz, xam şəkər – 21,4 faiz, şokolad və şokolad məhsulları – 0,9 faiz, kartof – 20,2 faiz, təzə tərəvəz – 34 faiz, siqaretlər – 4,2 dəfə, minik avtomobilləri – 26,1 faiz, polad prokatı – 5,1 faiz, məişət kondisionerləri – 20 faiz, rezin şinlər – 10,2 faiz, mebellər – 0,2 faiz, qara metallardan çubuqlar – 21,2 faiz, polietilen – 10,4 faiz, paltaryuyan maşınlar – 6,8 faiz, avtobuslar – 2,3 dəfə, məişət soyuducuları – 21,7 faiz artıb, bitki yağları idxalı isə 13,8 faiz, təzə meyvə – 16,7 faiz, unlu qənnadı məmulatları – 3,4 faiz, çay – 6,3 faiz, quş əti və onun əlavə məhsulları – 20,6 faiz, mal əti – 12,9 faiz, dərman vasitələri – 14,9 faiz, qara metallardan borular – 24 faiz, hesablama maşınları, blok və qurğuları – 5,5 faiz, yük avtomobilləri – 0,5 faiz, sintetik yuyucu vasitələr – 6,5 faiz, mineral gübrələr – 0,3 faiz, polipropilen – 0,5 faiz, qara metallardan künclüklər – 3,5 faiz, sement – 21,7 faiz azalıb.

2025-ci ilin yanvar-iyul aylarında ölkəyə 58 min 44 ədəd minik avtomobili, 4759 ədəd yük avtomobili, 305 ədəd avtobus idxal olunub. İdxal olunan malların 46,5 faizini avtomobil, 34,6 faizini hava, 9,4 faizini dəmir yolu, 9,2 faizini dəniz nəqliyyatı ilə gətirilib, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 47,3 faizini İtaliyaya, 13,2 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,6 faizini Çexiyaya, hər biri 3 faiz olmaqla Xorvatiya və Bolqarıstana, 2,7 faizini Yunanıstana, hər biri 2,5 faiz olmaqla Rumıniya, Portuqaliya, Gürcüstan və Almaniyaya, 1,6 faizini İsveçrəyə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İrlandiyaya, 0,9 faizini Niderlanda, 0,8 faizini Ukraynaya, 0,7 faizini Serbiyaya, hər biri 0,5 faiz olmaqla Tailand və İndoneziyaya, hər biri 0,4 faiz olmaqla Tunis, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Danimarka və Çinə, 3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2 milyard 88 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 11,4 faiz artıb, real ifadədə isə 11,8 faiz azalıb. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (16,3 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (8,8 faiz), Ukraynaya (5,3 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3 faiz), Qazaxıstana (2,9 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (2 faiz), Türkmənistana (1,7 faiz), Özbəkistana (1,7 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 41,8 faiz, təzə tərəvəz – 14,8 faiz, şəkər – 66,6 faiz, kartof – 46,8 faiz, siqaretlər – 7,7 faiz, bitki yağları – 26,5 faiz, çay – 7,9 faiz, mineral gübrələr – 10 faiz, polietilen – 15,6 faiz, emal olunmamış alüminium – 19,1 faiz, sement klinkerləri – 28 faiz, pambıq ipliyi – 28,2 faiz, qara metallardan borular – 24 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 8 faiz, meyvə və tərəvəz konservləri – 14,5 faiz, tütün – 49,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 33,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 38,7 faiz, pambıq lifi – 10,9 faiz, polipropilen – 4,9 faiz, elektrik enerjisi – 21,6 faiz, qara metallardan çubuqlar – 17,6 faiz, bentonit gili – 12,4 faiz azalıb.

2025-ci ilin yanvar-iyul aylarında ixracın 85,4 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 9,5 faizini avtomobil, 3,2 faizini dəmir yolu, 1,5 faizini hava, 0,4 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!