06 Dekabr 2023 22:32
308
SİYASƏT
A- A+

Brüssel Diplomatik Akademiyasının müşaviri: Zəngilana səfərə dəvət almaq mənim üçün böyük şərəf idi

 

Zəngilana səfərə dəvət almaq mənim üçün böyük şərəf idi. Çünki Qarabağa səfər etmək mənim gündəliyimdə çoxdan yer almışdı. Azərbaycan Prezidenti İlham Əliyev və xalqı tərəfindən atılan addımlar məndə çox böyük təəssürat yaradıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda iştirak edən Brüssel Diplomatik Akademiyasının müşaviri Jan De Brabander deyib.

“Bu gün Prezident İlham Əliyevlə müzakirələr apardıq və o, müxtəlif mövzulara toxundu. Dövlət başçısı bütün suallarımızı cavablandırdı və biz suallarla bağlı qadağa almamışıq. Nəticə etibarilə deyə bilərəm ki, müzakirələr çox səmərəli keçdi. Ümid edirəm ki, gələcəkdə belə konfranslar yenidən təşkil olunacaq. Həmkarlarım artıq beşinci dəfədir bu konfranslarda iştirak edirlər. Mən isə birinci dəfədir bu tədbirə qatılıram”, - deyə Jan De Brabander vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video