25 Fevral 2026 08:15
439
SİYASƏT
A- A+
Brüssel Bakı ilə strateji tərəfdaşlıqda maraqlıdır

Brüssel Bakı ilə strateji tərəfdaşlıqda maraqlıdır


Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa dair müzakirələri yekunlaşdırmaq istəyir

 

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı əlaqələr ötən illər ərzində ənənəvi ticarət çərçivəsini aşaraq, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Bakı və Brüssel arasındakı dialoq Avrasiya qitəsini birləşdirən nəqliyyat qovşaqlarını, gələcəyin "yaşıl enerji" keçidini və Cənubi Qafqazda sabitliyin yeni arxitekturasını əhatə edir. Azərbaycan zəngin resursları və əlverişli coğrafi mövqeyi ilə Avropanın enerji və logistika xəritəsini yenidən cızır.

Avropa ölkələri isə Azərbaycan üçün ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, iqtisadiyyatın rəqəmsallaşması və texnoloji modernləşmə yolunda əsas mənbə rolunu oynayır. Lakin indiki çoxşaxəli əməkdaşlıq 1996-cı ilin reallıqlarını əks etdirən, müasir dövrün tələblərinə cavab verməyən köhnə hüquqi çərçivəyə sığışmır. O vaxtdan bəri dünya köklü dəyişikliyə məruz qalıb və geosiyasi tarazlıqlar yenilənib. Nəticədə tərəflərin bir-birindən gözləntiləri daha da böyüyüb.  Bu mənada Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun son açıqlamasını Aİ-nin Bakı ilə münasibətləri daha da inkişaf etdirmək təşəbbüsü kimi dəyərləndirmək olar. Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb ki, Azərbaycanla yenilənmiş saziş üzrə işi yekunlaşdırmağın vaxtı çatıb: "Brüsselin Aİ və Azərbaycan arasında yenilənmiş əməkdaşlıq sazişi - artıq bir neçə ildir müzakirə olunan sənəd üzrə irəliləyişə hazır və istəkli olduğunu bir daha vurğulamaq istərdim. Hesab edirik ki, bu məsələ üzrə birgə işi yekunlaşdırmağın vaxtı çatıb və ümid edirik ki, danışıqları tezliklə bərpa edə biləcəyik".

Qrono cari ilin 15-16 yanvar tarixlərində Azərbaycana səfərini və rəsmilərlə yüksəksəviyyəli görüşlərini xatırladaraq, bu təmasların əməkdaşlığın bütün istiqamətləri üzrə gələcək addımları müəyyənləşdirməyə imkan verdiyini vurğulayıb. Onun səsləndirdiyi fikirlər Aİ-nin Azərbaycanla əməkdaşlıqda strateji mərhələyə keçməyə hazır olduğunun göstəricisidir. Brüssel Azərbaycanı yalnız enerji tədarükçüsü yox, eyni zamanda iqtisadi və siyasi taleyini bölüşdüyü strateji tərəfdaş kimi rəsmiləşdirmək niyyətindədir.

2017-ci ildən müzakirə olunan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" sənədinin böyük hissəsi, təxminən 90-95 faizi artıq razılaşdırılıb. Qalan kiçik hissə isə, əsasən, ticarət tarifləri və bəzi texniki hüquqi prosedurlarla bağlıdır. Qrononun bəyanatları göstərir ki, Brüssel artıq texniki detalların strateji hədəfləri ləngitməsinə yol vermək istəmir. O səbəbdən, bürokratik və texniki maneələri kənara qoyaraq, mühüm sənədin ən tez zamanda imzalanmasına nail olmağa çalışır.

Azərbaycan-Avropa İttifaqı arasında münasibətlər beş əsas istiqamət üzrə inkişaf edir və Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq strateji formatlar çərçivəsində genişləndirilir. Yenilənmiş sazişin - enerji təhlükəsizliyi və qaz təchizatı, ticarət və investisiya mühiti, nəqliyyat dəhlizləri və regional bağlantılar, hüquqi və institusional əməkdaşlıq, regional sabitlik və təhlükəsizlik məsələlərini əhatə edəcəyi bildirilir. Hazırda Azərbaycan Avropa İttifaqına üzv olan 10 ölkə ilə strateji tərəfdaşlıq münasibətləri qurub ki, bu da qarşılıqlı etimada əsaslanan siyasi dialoqun göstəricisidir. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Xüsusilə enerji sahəsində əməkdaşlıq son illərdə daha da genişlənib.

Yenilənmiş saziş imzalandıqdan sonra tərəflər arasında iqtisadi dividendlərlə paralel yeni etimad dövrü də başlayacaq. Bu sənəd Azərbaycanın qeyri-neft sektorunun Avropa bazarlarına birbaşa çıxışına yaşıl işıq yandıracaq. Yerli məhsulların Avropa standartlarına uyğunlaşdırılması, kənd təsərrüfatı və sənaye mallarının maneəsiz ixracı üçün hüquqi zəmanəti təmin edəcək. Orta dəhlizin beynəlxalq statusunu möhkəmləndirəcək və ən əsası, ölkəmizin regiondakı liderlik mövqeyini beynəlxalq hüquqi müstəvidə daha da yüksəldəcək. Bakı qitələrarası yükdaşımaların əsas rəqəmsal və logistik habına çevriləcək. Saziş imzalandıqdan sonra Azərbaycan Aİ ilə strateji tərəfdaşlıq sazişi olan azsaylı ölkələrdən biri olacaq. Bu, ölkəmizin iqtisadi-diplomatik çəkisini daha da artıracaq.

Əvvəlki dövrlərdə daha çox təbii qaz gündəmdə idisə, yeni mərhələdə Xəzər dənizindən Avropaya çəkiləcək "yaşıl enerji" kabeli və bərpaolunan enerji resurslarının ixracı ön plana çıxır. Azərbaycan Çindən Avropaya gedən ən qısa və təhlükəsiz yolun mərkəzindədir. Yeni saziş bu dəhlizin rəqəmsallaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid platforma rolunu oynayacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və dəmir yolları şəbəkəsi Aİ-nin nəqliyyat standartlarına inteqrasiya olunacaq.

2025-ci il Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində yüksəksəviyyəli qarşılıqlı səfərlər və intensiv siyasi məsləhətləşmələr dövrü kimi yadda qalıb. Azərbaycan Avropa Siyasi Birliyinin 6-cı və 7-ci Zirvə toplantılarında Prezident İlham Əliyevin iştirakı ilə fəal və prinsipial mövqe nümayiş etdirib. Bu platforma çərçivəsində ölkəmiz Avropanın təhlükəsizliyi, enerji əməkdaşlığı və regional sabitlik məsələləri üzrə mövqeyini ardıcıl şəkildə ifadə edib. Hətta Avropa Siyasi Birliyinin 12-ci Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub. Bu, ölkəmizin Avropa məkanında artan siyasi nüfuzunun və etibarlı tərəfdaş statusunun göstəricisidir. Belə mötəbər tədbirə evsahibliyi etmək hüququnun Bakıya verilməsi ölkəmizin Avropa məkanında artan siyasi nüfuzunun, beynəlxalq təhlükəsizlik arxitekturasında oynadığı stabilləşdirici rolun və ən əsası etibarlı tərəfdaş statusunun qlobal miqyasda təsdiqidir.

Münasibətlərin yüksələn xətti 2026-cı ilin fevralında keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində də özünü büruzə verdi. Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə keçirdiyi görüş əməkdaşlığın gələcək konturlarını müəyyən etdi. Görüş zamanı Kaya Kallas Aİ-nin Azərbaycanla münasibətləri keyfiyyətcə yeni və daha dərin bir müstəviyə daşımaqda maraqlı olduğunu xüsusi vurğuladı.

Beləliklə, istər Avropa Siyasi Birliyi çərçivəsindəki çoxtərəfli format, istərsə də yüksəksəviyyəli ikitərəfli təmaslar göstərir ki, Azərbaycan-Aİ münasibətləri artıq deklarativ bəyanatlardan uzaqlaşaraq real nəticələrə söykənən tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Yeni mərhələ təkcə iqtisadi mənfəətlər üzərində deyil, həm də dəyişən qlobal geosiyasi reallıqlar fonunda formalaşır. Bakının təklif etdiyi enerji təhlükəsizliyi və logistik bağlantılar Brüssel tərəfindən Avropanın gələcək inkişafı üçün zərurət kimi qəbul edilir. Yenilənmiş sazişin imzalanması həm də regionda davamlı sülhün və təhlükəsizliyin mühüm qarantlarından birinə çevriləcək.

 

İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!