26 Oktyabr 2026 13:16
204
İQTİSADİYYAT
A- A+
Britaniya şirkətlərinin Azərbaycandakı layihələrə cəlb olunması barədə fikir mübadiləsi aparılıb  

Britaniya şirkətlərinin Azərbaycandakı layihələrə cəlb olunması barədə fikir mübadiləsi aparılıb  


İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan–Birləşmiş Krallıq iqtisadi əlaqələrinin strateji tərəfdaşlığa uyğun inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması barədə fikir mübadiləsi aparılıb. Ölkələrimizin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniya təcrübəsindən, texnologiyalarından və maliyyə resurslarından istifadənin əhəmiyyəti vurğulanıb.

London Fond Birjasının baş icraçı direktoru Deym Hoget ilə görüşdə kapital bazarları sahəsində əməkdaşlıq, Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışının genişləndirilməsi və kapital bazarları arasında əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində “Hinduja Group”, “Gulf Oil International Limited”, “Air Asia” və “JPMorgan Chase” şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirilib.

Görüşlərdə investisiya, enerji, sənaye və aviasiya sahələrində əməkdaşlıq, ticarətin və infrastruktur layihələrinin maliyyələşdirilməsi, Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışının genişləndirilməsi imkanları müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir VİDEO  

16:17
26 Oktyabr

Fransada ümummilli tətil və etiraz aksiyalarına çağırış edilib

15:30
26 Oktyabr

Azərbaycanlı həkimlərin Almaniyadan dünyaya uzanan həmrəylik körpüsü

15:17
26 Oktyabr

Çində 5,7 bal gücündə zəlzələ baş verib

15:15
26 Oktyabr

Modern müdafiə texnologiyaları Afrikada nümayiş etdiriləcək  

15:09
26 Oktyabr

Səhiyyə sisteminin rəqəmsallaşması bölgələrdə də sürətlənir  

15:08
26 Oktyabr

Lula da Silva yenidən Braziliyanın Prezidenti seçilib  

14:49
26 Oktyabr

Ceyhun Bayramov: Hazırda Qarabağda iki Niderland şirkəti fəaliyyət göstərir 

14:42
26 Oktyabr

Tom Berendsen: İranda olan Niderland diplomatlarına göstərdiyi böyük dəstəyə görə Azərbaycana təşəkkür edirik 

14:40
26 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib 

14:39
26 Oktyabr

Özbəkistanın idman naziri Respublika Velotrekindəki şəraitlə tanış olub  

14:33
26 Oktyabr

Aİ Serbiyanın "Tələbə siyahısı"nı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib  

14:30
26 Oktyabr

Ceyhun Bayramov: Əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik

14:18
26 Oktyabr

Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib  

14:16
26 Oktyabr

Ceyhun Bayramov: Yol Xəritəsinin qəbulu ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm irəliləyişdir 

14:12
26 Oktyabr

Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir  

14:07
26 Oktyabr

Ceyhun Bayramov: Azərbaycan–Niderland siyasi dialoqu inkişaf edir 

13:57
26 Oktyabr

Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb

13:47
26 Oktyabr

Günəşdəki koronal dəlik səbəbindən Yer kürəsində geomaqnit pozuntuları gözlənilir

13:29
26 Oktyabr

FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəlib  

13:27
26 Oktyabr

“Qaradağ” Günəş Elektrik Stansiyasında istehsal olunan enerjinin həcmi açıqlanıb

13:24
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!