13 Fevral 2026 08:55
550
İQTİSADİYYAT
A- A+
BP 2025-ci ilin hesabatını açıqlayıb 

BP 2025-ci ilin hesabatını açıqlayıb 


BP şirkəti Azərbaycanda əməliyyatçısı olduğu neft, qaz, ixrac və "yaşıl enerji" layihələri üzrə keçən ilin hesabatını açıqlayıb. Həmişə olduğu kimi, yenə də ilk məlumat "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi barədədir. Bildirilir ki, 2025-ci il ərzində bu yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

AÇG-dən - "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ACE platformalarından  ümumi hasilat gündə  orta hesabla 330 min barel, il ərzində ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.

Ötən il AÇG-nin iki platforması öz yubileyini qeyd edib. Fevralın 18-də "Mərkəzi Azəri"nin, dekabrın 30-da isə "Qərbi Azəri"nin ilk neft verməsinin 20 ili tamam olub. 

Hazırda AÇG-də ümumilikdə 147 neft hasilatı, 49 su injektor və 10 qaz injektor quyusu istismardadır.

AÇG-də aparılan dördölçülü (4D) yüksəkdəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci il ərzində 2024-cü ildə əldə olunmuş məlumatların emalı uğurla tamamlanıb və növbəti məlumatların toplanması işləri başa çatıb. Bundan əlavə, AÇG-nin "Dərinsulu Günəşli" ərazisində bir çox quyuda sualtı müdaxilə əməliyyatları başlanıb. 

İl ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Məlum olduğu kimi, AÇG üzrə mövcud Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılmışdı. Quyu artıq "Qərbi Çıraq" platformasından təhlükəsiz şəkildə qazılıb. Quyu ilk STQ hasilatı üçün əsas hədəf lay sayılan Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib. Bu laydan hasilat cari ilin ikinci yarısına planlaşdırılır.

Səngəçal terminalından isə neftin və qazın ixracı uğurla davam edir. 2025-ci ildə  AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə  terminala göndərilməsi ahəngdar gedib. Bu da il ərzində terminaldan təxminən 209 milyon barel neft və kondensatın ixrac edilməsinə imkan verib. Bu həcmin hamısı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri vasitəsilə nəql olunub.

Yeri gəlmişkən, BTC boru kəməri 2006-cı ilin ortalarında istismara veriləndən keçən ilin sonunadək ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edib və həmin həcmlər Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Ötən il BTC vasitəsilə ixrac olunmuş təqribən 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 283 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Qaz isə Səngəçal terminalından genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemi də daxil olmaqla, əsasən CQBK və terminalın qaz emalı obyektlərini "Azəriqaz" sistemi ilə birləşdirən Azərbaycana məxsus kəmərlə ixrac edilir. İl ərzində terminaldan həmçinin gündə orta hesabla təxminən 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.

Qeyd edək ki, BP indi bir möhtəşəm "yaşıl enerji" layihəsinə də operatorluq edir. Bu, Cəbrayıl rayonunda inşa edilən "Şəfəq" Günəş-Elektrik Stansiyası layihəsidir.

Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi (STEL) də bu stansiya ilə sıx bağlıdır. Bu mexanizmə əsasən, "Şəfəq" stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda "Azərenerji"yə verəcək, "Azərenerji" isə eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, "Şəfəq" və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq. Sözügedən hesabatda bildirilir ki, hər iki layihə üzrə işlər qrafikə uyğun gedir. 

"Şahdəniz"də də işlər rəvandır. İl ərzində yataqdan Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib. Ümumilikdə "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib. 

2,9 milyard dollar dəyərində olan "Şahdəniz Kommersiya" layihəsi də qrafikə uyğun irəliləyir. Bu layihənin məqsədi yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

BP-nin illik hesabatında icrasının müxtəlif mərhələlərində olan axtarış-kəşfiyyat layihələri, eləcə də sosial təşəbbüsləri haqqında da geniş məlumat var. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir – Məhkumlar cəriməni necə ödəyəcəklər?  

12:58
13 Fevral

Metyu Brayza: Strateji Tərəfdaşlıq Xartiyası onilliklərə söykənən əməkdaşlığı yeni siyasi mərhələyə yüksəldir

12:56
13 Fevral

Özəl tibb müəssisələri də onkoloji xidmət göstərəcək  

12:53
13 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək, arabir güclənən külək əsəcək  

12:52
13 Fevral

WUF13-lə əlaqədar vergi güzəştləri tətbiq olunacaq 

12:51
13 Fevral

Parlament minimum əməkhaqqı ilə bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi təsdiqlədi  

12:50
13 Fevral

Rusiya Çinə ixrac etdiyi neftin həcmini rekord həddə çatdırıb  

12:43
13 Fevral

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qəbələdə vətəndaşlarla görüşüb  

12:39
13 Fevral

Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi dinlənilib  

12:28
13 Fevral

Ötən ay dünyada elektomobil satışları 3 faiz azalıb  

12:17
13 Fevral

Amerikalı ekspert: Cey. Di. Vensin Bakıya səfəri Trampın xarici siyasət doktrinasının yeni mərhələsi hesab olunur

11:49
13 Fevral

Venesuelanın müvəqqəti Prezidenti: Maduro hələ də ölkənin qanuni lideridir  

11:43
13 Fevral

Milli Məclisin sədri: ABŞ-nin dəstəyi Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar edilməsində müstəsna rol oynayır  

11:33
13 Fevral

UEFA “Qarabağ”a Avropa Liqasındakı çıxışına görə 8 milyon avroya yaxın ödəniş edib  

11:27
13 Fevral

Belarus Prezidenti Lukaşenko Silahlı Qüvvələrin döyüş hazırlığını yoxlayıb

11:23
13 Fevral

“Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının təsnifat oyunlarından əldə etdiyi gəlir açıqlanıb  

11:18
13 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir  

11:13
13 Fevral

Ekspert: Süni intellekt üzrə data mərkəzləri kibertəhlükəsizlik və startap ekosistemi üçün yeni imkanlar açır

11:12
13 Fevral

UEFA ötən mövsüm AFFA-ya 11 milyon avrodan çox vəsait ayırıb

10:57
13 Fevral

Ötən gün 58 cinayətin açılması təmin edilib

10:51
13 Fevral

BMT-nin hesabatı: Keçən il Suriyanın keçid dövrü Prezidentinə üç sui-qəsd cəhdi olub

10:47
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!