26 Dekabr 2025 08:10
410
SİYASƏT
A- A+
Böyük qayıdış proqramının icrası institusional inkişaf üçün zəmin yaradıb

Böyük qayıdış proqramının icrası institusional inkişaf üçün zəmin yaradıb


Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işləri, şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi nümunə kimi təqdir olunur. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də əks olunan 5 ümummilli məqsədlərdən biri kimi qeyd olunub. Son 5 ildə bu proses plan üzrə davam edir, insanlar böyük qürur hissi ilə doğma yurdlarına qayıdırlar.

Artıq 30-dan çox yaşayış məntəqəsinə köç həyata keçirilib. İlkin mərhələdə ayrılmış vəsaitlərlə infrastrukturun təməli qoyulub, növbəti illərdə isə daha geniş sosial və iqtisadi layihələrin reallaşdırılması planlaşdırılıb.

Bu günlərdə Xankəndinin Kərkicahan qəsəbəsinə, həmçinin Ağdamda 2-ci yaşayış kompleksinə köç oldu. Prezident İlham Əliyev Qarabağa səfəri çərçivəsində yeni köç edən sakinlərlə görüşdü. Sevindirici haldır ki, Ağdamda üç kənddə artıq yaşayış var. Ağdam sakinlərinin də təhlükəsiz yaşayışı üçün hər cür şərait yaradılıb. Dövlət başçımız həmçinin Qarabağa budəfəki səfəri zamanı da yeni infrastruktur obyektlərinin açılışında iştirak etdi. Antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzura tam nəzarət edir. Təbii ki, böyük abadlıq məkanı kimi Qarabağ və Şərqi Zəngəzurun mənzərəsi Azərbaycanın gücünü göstərir. İşğaldan azad olunan ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması əsl nümunə kimi qiymətləndirilməlidir.

Cənab Prezident Ağdam sakinləri ilə görüşdə bir daha münaqişənin tarixindən bəhs edərək bildirdi ki, 30 illik işğal dövründə erməni işğalçıları Qarabağda şəhər və kəndlərimizi dağıtmış, urbisid siyasəti həyata keçirmişdir. Burada hətta tarixi və dini abidələr də məqsədli şəkildə viran qoyulmuşdur. Böyük Zəfərdən dərhal sonra öz daxili imkanları hesabına bərpa-quruculuq işlərinə başlayan Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurun yeni siması fonunda uğurlu şəhərsalma siyasəti reallaşdırır. İşğaldan azad olunmuş ərazilərin bərpası fonunda Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, qarşıya qoyulmuş strateji prioritetlər, kompleks və inteqrasiya olunmuş yanaşmalar da sosial rifaha, iqtisadi dayanıqlılığa töhfə verməkdədir.

Ermənistanın işğal dövründə xarabazara çevirdiyi torpaqlarda son 5 ildə yeni şəhərlər və kəndlər inşa olunur. Böyük qayıdış proqramı uğurla icra edilir. Hazırda azad edilmiş ərazilərdə 60 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Böyük qayıdış proqramının icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Ümumilikdə, 2020-ci ildən bəri işğaldan azad olunmuş ərazilərdə inşa olunan infrastruktur layihələrinin iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir.

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin sakinləri ilə görüşdə də bəyan etdi ki, bütün xalqımız, o cümlədən keçmiş məcburi köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək. Dövlət başçımız bir daha beynəlxalq birliyin ikili standartlar siyasətini xatırlatdı. Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumların işğalçı, talançı dövlətlə həmrəy olduqlarını bildirdi.

"Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi" - deyən dövlətimizin başçısı 30 il ərzində işğalçıya qarşı heç bir sanksiyanın tətbiq olunmadığını təəssüflə qeyd etdi. Cənab Prezidentin də söylədiyi kimi, "Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Beynəlxalq təşkilatlar, böyük nüfuzlu ölkələr dərhal sanksiyalar tətbiq edirlər. Çünki sanksiyaların da böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, işğala son qoyardı". Lakin beynəlxalq ictimaiyyət ədalət hissini itirməklə Azərbaycan xalqının hüquqlarının kobud şəkildə pozulmasına, işğala, separatizmə göz yumdu.

Azərbaycan belə mürəkkəb şəraitdə öz qələbəsini məhz öz gücü hesabına təmin etdi. Bu isə bir daha cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində mümkün oldu. Azərbaycan işğalın nəticələrini aradan qaldırır, amma keçmişi heç vaxt unutmayacaq. Dövlətimizin başçısının da söylədiyi kimi, "bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq".


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə XİN: Qara dənizdə türk tankerinə edilən hücumu böyük narahatlıqla qarşılayırıq  

21:45
26 Mart

Polşalı səyyah: Şuşa ziyarət üçün çox gözəl məkandır 

21:41
26 Mart

Sinqapurlu səyyah: Qarabağdakı inkişafı izləmək böyük məmnunluq doğurur

21:37
26 Mart

Bu günün və sabahın çağırışlarını nəzərə alan enerji siyasəti

21:36
26 Mart

Tramp İranla razılaşma əldə etməkdən narahat olmadığını açıqlayıb  

21:03
26 Mart

Ərdoğan: Türkiyə sülhə yönəlmiş xarici siyasətdən geri çəkilməyəcək

20:43
26 Mart

ABŞ İrana 15 maddəlik plan təqdim etdiyini təsdiqləyib

20:11
26 Mart

Fərid Qayıbov UNESCO-da COP10 Bürosunun ilk rəsmi iclasına sədrlik edib

20:07
26 Mart

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar - YENİLƏNİB

19:13
26 Mart

WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrini şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir  

19:01
26 Mart

NATO-nun Gürcüstan ilə əməkdaşlığına yenidən baxılıb

18:51
26 Mart

Ukrayna ordusu Dnepropetrovsk və Zaporojye istiqamətində daha 9 yaşayış məntəqəsini azad edib  

18:27
26 Mart

Azərbaycanın vətəndaş cəmiyyətləri təmsilçilərinin BMT çərçivəsində layihəsi başa çatıb

18:01
26 Mart

Dünya səyyahları Xankəndidə 

17:19
26 Mart

Yaponiya artıq Çini “yüksəksəviyyəli tərəfdaş” hesab etmir

16:47
26 Mart

Yapon səyyah: Fikirlərimi öz veb-saytımda paylaşacağam

15:34
26 Mart

Yaxın Şərqdəki hərbi əməliyyatlar dünya iqtisadiyyatını təhdid edir

15:30
26 Mart

Alman səyyah: Ağdam məscidi çox xoşuma gəldi

15:28
26 Mart

Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb

15:27
26 Mart

Tomas Praynl : Şəhər və kəndlərin, yolların yenidən qurulması çox təsirlidir

15:26
26 Mart

Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb

15:24
26 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!