18 May 2026 15:23
165
DÜNYA
A- A+
Boliviyada hökumət əleyhinə etirazlar polislə toqquşmalara çevrilib

Boliviyada hökumət əleyhinə etirazlar polislə toqquşmalara çevrilib


La Pasda  əhali yolları bağlayıb


Boliviyada hökumətin istefasını tələb edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı 57 nəfər saxlanılıb.

Yerli medianın məlumatına görə, ölkənin paytaxtı La Pasda yerli əhali – mədənçilər, müəllimlər, tələbələr və işçilər yolları bağlayıb və polislə toqquşublar. Hökumət yolların bağlanması səbəbindən xəstəxanalara vaxtında çata bilmədikdən sonra üç nəfərin öldüyünü bildirib. Bundan əlavə, iğtişaşlarda iştirak etdiklərinə görə 57 nəfər saxlanılıb.

Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, etirazçılar isə onlara Molotov kokteylləri və daş ataraq cavab veriblər. Hökumət sözçüsü Xose Luis Qalvez barrikadaları təmizləmək üçün 3500 hərbçi və polis əməkdaşının iştirak etdiyi genişmiqyaslı əməliyyatın başladığını açıqlayıb. O bildirib ki, əməliyyatın məqsədi xəstəxanalara qida, dərman və oksigen çatdırılmasını təmin etməkdir. Əməliyyat davam edir.

Bu arada Paraqvay, Argentina, Çili, Peru, Ekvador, Kosta Rika, Panama və Honduras hökumətləri Boliviyadakı vəziyyətdən narahat olduqlarını bildirən birgə bəyanat yayıblar. Bu ölkələr Prezident Rodriqo Pas hökuməti ilə həmrəyliklərini  ifadə ediblər və demokratik qaydanı pozmağa yönəlmiş hər hansı zorakılığı qətiyyətlə pisləyiblər.

Mədənçilər, həmkarlar ittifaqları və ictimai təşkilatlar ölkədə uzun müddət davam edən yanacaq çatışmazlığına, yüksək inflyasiyaya, xarici valyuta çatışmazlığına və ağır iqtisadi vəziyyətə etiraz edirlər.


Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda genişzolaqlı və mobil internetin sürəti artıb

17:14
18 May

DİM: Mayın 17-də magistraturaya imtahan vermiş bakalavrlar iyunun 14-də yenidən imtahan verə bilərlər

16:51
18 May

İrakli Kobaxidze: WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm  

16:48
18 May

Türkdilli ölkələrin çempionatında medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb  

16:48
18 May

Ağstafalı şəhid və qazi övladları üçün ekskursiya təşkil olunub  

16:46
18 May

“Zəkaların mübarizəsi”ndə “Abşeron” qalib oldu

16:44
18 May

Qazax kümçülərinə 50 qutu ipəkqurdu toxumu paylanıb

16:41
18 May

 ABŞ-də minlərlə insanın iştirakı ilə dua mərasimi keçirilib

16:36
18 May

Ryazanda PUA hücumu zamanı səkkizyaşlı azərbaycanlı qız həlak olub

16:33
18 May

Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır  

16:32
18 May

WUF13 çərçivəsində “İrsdən dayanıqlılığa doğru: Türk evləri” mövzusunda panel sessiya işə başlayıb

16:30
18 May

Şavkat Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib  

16:28
18 May

Azərbaycanla Türkiyə arasında “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb  

16:26
18 May

CAR təmsilçisi: WUF13 ölkələr arasında təcrübə və innovativ həllərin paylaşılmasına imkan yaradır

16:26
18 May

Müdafiə naziri Milli qəhrəmanların ailələrinə medallar təqdim edib

16:25
18 May

Toşimici Totaki: Yaponiya dayanıqlılıq, şəhər inkişafı və yaşıl infrastruktur sahəsində öz təcrübəsini paylaşır

16:24
18 May

Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir

16:23
18 May

DİM: İyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək

16:22
18 May

WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb

16:12
18 May

Zeynəb Ongankul: Qarabağda həyata keçirilən “ağıllı şəhər” layihələri dünya üçün maraqlı təcrübədir  

16:09
18 May

Baş nazir Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib  

16:08
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!